Məntiqi Sual №5
Bir padşah var imiş, bunun da bir qızı. Günlərin bir günü padşahın iqtisadi krizislə əlaqədar çox böyük problemləri çıxır. Borc yiyələri gəlib qapıya dayananda şah bilmir nə etsin ki, bu vəziyyətdən çıxsın. O zaman onun yadına vaxtı ikən bunun qızını istəyən qonşu dövlətin kralı düşür. Bu kral varlı, dövlətli olduğu kimi bir o qədər də qəddar və yaraşıqsız olur. Tək çıxış yolunu qızını bu krala verməkdə görən şah planını qızına demək qərarına gəlir. Şahzadə də söhbətdən xəbər tutan kimi pis olur, günlərlə otağından çıxmır, yemək yemir. Atası narahat olmağa başlayır və qızını çağırıb deyir. "Qızım, gəl belə eləyək. Gəl püşk ataq. İçində qara və ağ daş olan papaq götürək və sən əlini salaraq daşların birini çıxart. Əgər ağ daşı çıxartsan sən o krala ərə gedəcəksən. Yox əgər qara daşı çıxartsan sən onunla evlənməyə məcbur deyilsən." Şahzadə çıxış yolu görməyərək razılaşır.Fikirlərini krala bildirirlər.
Püşk günü gəlir. Şah, şahzadə və kral çay qırağında görüşürlər. Şah krala papağın içinə ağ və qara daş atmasını tapşırır. Kral da baxır görür ki, ətraf ağ, qara daşlar ilə doludu, əyilib yerdən biclik işlədərək iki ağ daş götürüb papağın içinə atır. Şahzadə bunu görür. Tez atasına xəbər vermək istəyir. Ancaq sonra ağlına nəsə fikir gəlir və atasına demir. Şahzadənin qurduğu plan nə olursa bir neçə dəqiqədən sonra məlum olur ki, şahzadə krala ərə getməyə məcbur deyil. Eyni zamanda kral da şahzadənin ağlına heyran qalır və onun atasının ölkəsinə maddi yardım etmək qərarına gəlir.
Beləliklə həm şah canını qurtarır,həm də şahzadə.
Bəs bütün bu problemi həll eləyən plan nə olur, şahzadə necə eləyir ki, ərə getmir krala?
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6012 Tarix: 22 mart 2010
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO
Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür. Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbində
07.12.2025 1980 Musiqi dinləyərək yatmayın - Alimlər XƏBƏRDARLIQ etdi
Yuxu zamanı televizor, podkast, musiqi və ya "ağ səs" kimi arxa plan səslərindən istifadə geniş yayılıb. xəbər verir ki, elmi araşdırmalar bu vərdişin hər zaman zərərsiz olmadığını göstərir. Neyroelm mütəxəssisləri bildirirlər ki, səsli mühitdə yatmaq beynin tam sakitləşməsinə mane olur, dəri
14.12.2025 407 Məşhur türk serialında "Tərəkəmə" rəqsi - VİDEO
Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" musiqisi səsləndirilib. xəbər verir ki, görüntülər həm Türkiyənin, həm də Azərbaycanın sosial şəbəkələrində böyük maraqla qarşılanıb. Həmin görüntülər sosial mediada sürətlə paylaşılaraq geniş reaksiyalar doğurub. Qeyd edə
13.12.2025 258 Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir
Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir
14.12.2025 434 45 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı: "Allah əməyimizi itirmədi"
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib
13.12.2025 306 Boşandılar… - Teatrdan da getdi
Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb. Axşam.az xəbər verir ki, bu haqda Səidə məlumat yayıb. "Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi
14.12.2025 726 Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?
Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı
13.12.2025 288 Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi
Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla
12.12.2025 342 Hamamda mütləq şam saxlayın - Qeyri-adi səbəb - VİDEO
Vanna otağında ən tez çirklənən yer su kranlarıdır. xəbər verir ki, kranların üzərində yaranan su ləkələri qısa müddətdə eybəcər görüntü yaradır. Bu ləkələri kimyəvi təmizləyicilər ilə asanlıqla silmək mümkündür. Ancaq təqdim etdiyimiz üsul ümumiyyətlə ləkələrin yaranmamasına hesablanıb. Belə ki, kranları
13.12.2025 291