Yaponiya haqqında bilmədiyimiz gerçəklər
Yaponiya haqqında bilmədiyimiz bəzi gerçəklər:Yaponlar telefona "Allo"deyil,"Mosi-Mosi"deyə cavab verirlər.Telefon ilk dəfə yaponların həyatına girdiyi zaman onlar çağrılara "oy-oy"deyə cavab verirdilər.Bu "bəli,bəli"mənasına gəlir.Zəng edən adam isə"xay ye qodzaymasu" ("mənim işim var") deyirdi.Zamanla bu kəlmə sıx-sıx işlənməyə başladı və öz formasını dəyişdirərək qısaldıldı.Öncə "Mosimasu,mosimasu" sonra isə "mosi-mosi" oldu.
Qədim zamanlarda Yaponiyada balıqları qarabataq quşunun köməyi ilə ovlayırmışlar.Onlar gecənin qaranlığında gəmidə işıq yandıraraq balığın diqqətini çəkirlərdi.Sonra uzun ipə bağlanmış quşlar suya salınırdı.Quşların boğazını iplə möhkəmcə bağlayırlarmış ki,onlar balığı uda bilməsinlər.Quş balığı tutduqdan sonra onu sudan çıxardıb,ağzında tutduğu balığı alırmışlar.Sonda isə əməyinin qarşılığında hər bir quşa yemək verilirdi.
Yapon banknotlarında,ümumiyyətlə üzündə çox tük olan oğlanların şəkilləri yerləşdirilir.Bunun səbəbi qədim zamanlarda Yaponların daha tüklü olması deyil.Yaxşı,əsas səbəb nədir? Banknotları hazırlayan dizaynerlərin əsas məqsədi pulun saxtasının edilməsini önləməkdir.Belə ki,banknotların üzərinə yapışdırılan şəklə kiçik detallar əlavə edildiyində onun saxtasını eləmək daha çətin olur.Bu səbəbdən dizaynerlər kiçik detalların çox olmasına xüsusilə diqqət edirlər.Məsələn,gur saqqallı,bığlı,alnı sızanaqlı.
Yaponiyada bir fincan qəhvə çox baha.Kafelərdə bir fincan qəhvə içmək bəzi yerlərdə 400 iyenadan yuxarıdır.Bunun səbəbi qəhvəni xaricdən idxal edilməsi deyil.Qiymətlərin bahalı olmasının səbəbi qəhvə yox,bu qəhvənin olduğu ərazidir.Kafelərə gələn müştəri içkiyi sifariş etdikdən sonra rahat bir yerdə istədiyi qədər otura bilər.Burada həm kitab oxur,həm yağışdan qoruna bilər,həm də şəhərin toz-dumanından qaça bilər.Oturduğu zaman onu heç kimsə narahat etməz.
Yaponiyada şoferlər qovşaqda durduqları zaman maşının faralarını bağlayırlar.Bura gələn xaricilər zənn edərlər ki,bu üsulla yapon sürücülər,matorun enerjisinə qənaət etmək istəyirlər.Fəqət,bu doğru deyildir.Məsələ bu ki,sürücülər qovşaqda durduqları zaman maşının işıqlarına ehtiyac duymazlar və bu səbəblə onu bağlayarlar ki,qarşısındai maşının şoferinin gözünü qamaşdırmasın.Bir fikirləşin,bu qədər incə bir davranışı niyə başqa ölkələr də təkrar etməsin?
Yaponiyada səbzə mağazasına "800 növdə məhsul mağazası"deyilir.Köhnə zamanlarda səbzə mağazalarında sadəcə səbzə və bitki satırlardı.Zamanla satılan məhsulların növü artmağa başladı (yemək üçün lazım olan digər qidalar).Yaponlarda 800 rəqəmi çox sayda obyektləri təyin edər.Bu səbəblə səbzə mağazalarına indi "800 növ məhsul mağazası" deyilir.
Yaponlar yol işığında olan yaşıl rəngə mavi rəng deyirlər.Yaponiyada ilk dəfə yol işığı meydana gələn zaman siqnallar qırmızı,sarı və mavi rəngdə olmuşdur.Sonradan anlaşıldı ki,uzaq məsafədən rəngi görmək daha asan.Buna görə də yol işığının mavi rəngi yaşıl ilə dəyişdirilmişdir.Yol işığındakı rəng dəyişsə də,nüfus dilində bu ənənə hələ də dəyişməmişdir.
Yaponiyada Sumo turnirini qazananlar üçün fövqəladə ştepsel vardır.Yarışmaçıya yeni maşının açarı,bir illik benzin anbarı,bir illik Coca-cola,1000 ədəd şitaki göbələyi və bir dana hədiyyə verilir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










