Ana südünün faydaları ilə bağlı çox yazılıb, çox deyilib

Ana südünün faydaları ilə bağlı çox yazılıb, çox deyilibAna südünün faydaları ilə bağlı çox yazılıb, çox deyilib.
Hər halda heç bir süni qidanın ana südünü əvəz edə bilmədiyi hər kəsə məlumdur. Ancaq ortada bir reallıq var: ana südü olmayanda körpəyə süni qida vermək qaçılmaz olur. Düzdür, keçmişdə bu problem "süd anaları" vasitəsi ilə həll olunub, ancaq indi vəziyyət tamamilə başqadır. Hazırda hətta ən ucqar kəndlərdə belə, "süd anaları"na nadir hallarda rast gəlinir. Odur ki, ən rahat çıxış yolu süni qidalardır...

Lakin uşaq qidalarının bahalığı imkansız və orta təbəqədən olan ailələri sözün həqiqi mənasında, maddi baxımdan sıxıntıya, çətin duruma salır. Uşaq qidalarının satışını təşkil edən şirkətlər də sanki valideynlərin başqa çıxış yolu olmadığını və almaq məcburiyyətində qaldıqlarını bildikləri üçün qiyməti kifayət qədər bahalaşdırırlar.

Mövcud vəziyyət bir maraqlı faktı ortaya çıxarır: məsələn, 2-3 aylıq bir körpənin aylıq qidalanmasına sərf edilən pul 3 nəfərlik bir ailənin 30 gün ərzində ətə xərclədiyi məbləğdən də çox olur. Məsələn, orta təbəqədən olan, 3 nəfərdən ibarət bir ailə ay ərzində maksimum 5 kilo ət istifadə edir. Bu, 40 manat edir. Amma 4 aylıq bir körpə ayda 8 qutu uşaq qidası yeyirsə, bu, 50 manat edir. Biz bu hesablama zamanı "Hipp pre" uşaq qidasının qiymətini əsas götürmüşük. Məlumat üçün bildirək ki, bu uşaq qidasının 1 qutusu 6 manat 30 qəpiyə satılır. 8-10 manata, hətta daha yüksək qiymətə satılan uşaq qidaları da var. Məsələn, "Nutrilak" uşaq qidasının bir qutusunun qiyməti 11 manatdır. Bu qidanı seçən ailələrdə körpənin qida xərci 88 manata qədər yüksələ bilir. Həkimlər valideynlərə bu qidanı təklif edərkən, onun vitaminlərlə daha zəngin olduğunu iddia edirlər.

"Uşaq qidaları Bakıda neçəyə satılırsa, bölgələrdə də eyni qiymətədir"

Marketoloq Tural Abdullayev mövzu ilə bağlı sualımıza belə cavab verdi: "Ərzaq və xidmətlərin bahalığına görə Bakı dünyanın 50 şəhəri arasında yer alır. Bu baxımdan uşaq qidalarının da bahalığı qaçılmaz olub. Ancaq burada bir məqam da var. Söhbət ondan gedir ki, uşaq qidaları Bakıda neçəyə satılırsa, bölgələrdə də eyni qiymətədir. Zənnimcə, bu bahalığın əsas səbəblərindən danışırıqsa, gömrük və vergi xərclərini də mütləq nəzərə almaq lazımdır. Nəticədə bu qidaların qiyməti süni şəkildə artırılır. Mənim bildiyimə görə, bizdə qiyməti kifayət qədər baha olan uşaq qidalarının bir çoxunun qiyməti Türkiyədə 3 manatdan baha deyil".

"Pediatrlara mütəmadi tapşırıqlar verilir"...

Azərbaycanın baş pediatrı Nəsib Quliyev də mətbuata açıqlamasında pediatrların süni uşaq qidaları istehsal edən şirkətlərlə işbirliyinin yolverilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu barədə pediatrlara mütəmadi tapşırıqlar verilir...

Bu mövzuda hər zaman açıqlamalar verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov uşaq qidalarının baha olmasından danışmaqdan yorulmur ki, yorulmur. O bu mövzunu davamlı gündəmdə saxlamasını ona edilən müraciətlərlə əlaqələndirir. Dediyinə görə, gənc ailələrdən rəhbəri olduğu Birliyə bu mövzuda tez-tez müraciətlər daxil olur.

"Şirkətlərlə pediatrların işbirliyi gənc ailələrin başında çatlayır"

E. Hüseynovun sözlərinə görə, bu mövzu, daha doğrusu, problem gənc ailələri ciddi şəkildə narahat etməkdədir. Ancaq başqa çıxış yolu olmadığından gənc ailələr bu məhsulları alırlar.

Yeri gəlmişkən qeyd edək ki, bəzi doğum evlərində süni uşaq qidaları qeyri-rəsmi şəkildə reklam edilir. Bəlkə də bu reklamlar özəl xəstəxanalarda aparılsaydı, normal qəbul etmək olardı. Ancaq dərd orasındadır ki, dövlət xəstəxanaları da bu işə cəlb olunub. Deyilənə görə, şirkətlər bu reklamların müqabilində həkimlərə "hörmət" edirlər. Bu halla üzləşənlərdən biri də gənc ana Sevinc Abbasovadır. O, bu hadisənin Dəmiryol Xəstəxanasında şəxsən şahidi olduğunu söylədi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, bir çox hallarda şirkətlərlə pediatrların işbirliyi gənc ailələrin başında çatlayır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3733   Tarix: 22 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914