Bu videonu "YouTube"da 2 gün ərzində milyondan artıq adam izləyib
Polşalı tennisçi Eji Yanoviç idmançıya yaraşmayan hərəkətinə görə cərimə edilib
Polşalı tennisçi Eji Yanoviç rekord miqdarda cərimə ödəməli olacaq. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, idmançı tennis üzrə Avstraliyanın açıq çempionatında idmançıya yaraşmayan hərəkətinə görə cərimə olunub.
Hadisə hindistanlı Sondeva Devvarmanla oyun zamanı baş verib. Polşalı idmançı tennis yarışı zamanı korta tüpürərək, məşqçiyə qışqırıb və onun köməkçisini raketka ilə vurub. Bu Avtraliya açıq çempionatında ən böyük cərimə hesab olunur. Hazırda idmançı turnirdə ispaniyalı Nikolas Almaqroya qarşı keçirəcəyi oyunu dayandırıb.
Qeyd edək ki, bu hadisəni əks etdirən videoya "YouTube" video portalında 2 gün ərzində 1 milyona yaxın insan tərəfindən baxılıb.
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş