Tərbiyəsizlik saydığımız xəstəlik

Tərbiyəsizlik saydığımız xəstəlikBəzən ictimai nəqliyyatda, iş yerində, ictimai yerlərdə bəzi insanların başqalarının haqlarına davamlı olaraq hörmətsizlik etməsinin şahidi oluruq. İnsanlara söz atan, hərəkətlərinin yerini bilməyən belələrinə çoxumuz mədəniyyətsiz, qabiliyyətsiz kimi baxırıq. Amma psixoloqlara görə, insanların belə davranışlar nümayiş etdirməsi mədəniyyətsizlik, qabiliyyətsizlik yox, xəstəlikdir.

Psixoloq Zamin Ramilovun sözlərinə görə, "antisosial şəxsiyyət pozğunluğu" adlanan bu xəstəlik əsasən kişilər arasında çox görünür. Bu xəstəliyin təməlində genetik faktorların durduğunu bildirən psixoloq deyir ki, davamlı narkotik istifadəsi və pis ailə mühiti (qarışıq, səhlənkar, sərt və təcavüzkar ailələr) bu xəstəliyin meydana gəlməsi riskini artırır. "Antisosial şəxsiyyət pozğunluğu insanlara bağlanma mövzusunda müvəffəqiyyətsizlik yaşamaq deməkdir. Başqa insanlar yalnız təmin etdikləri fayda üçün lazımlıdır. Antisosial kəslər, ümumiyyətlə, xəstəlikləri olduğuna inanmazlar. Yalnız özlərinə inanarlar və özlərini ətraflarında zərər verəcək, ya da narahat edəcək kimsə olmadığında ən rahat hiss edərlər. Belə insanlar dünyanı təhlükə və xəyal qırıqlığı ilə dolu bir yer olaraq görürlər".

Antisosial insanlar ətraflarında olan digərlərini həmişə nəzarət etməyə çalışan və zərər vermək istəyən varlıqlar, idarəçi olmayan, ya da nəzarət etməyən insanları istifadə edilməyə açıq, zəif və qorunmasız olaraq görürlər. Psixoloqun fikrincə, bu xəstəliyin varlığını ətrafdakı insanlar, xəstənin yaxınları daha aydın hiss edirlər. Xəstəliyi qəbul etməyən kəslərə gəlincə isə, hər kəs onlara laqeyd və soyuq insan kimi baxırsa, deməli, o şəxslərdə antisosial problemlər var. "Yaşamaq üçün başqalarını manipulə etmək, aldatmaq və lazım olan hər şeyi etmək sizin üçün çox normaldır. Nəticə olaraq antisosial kəslər şübhəli və hətta qanunlara zidd davranışlar sərgiləyirlər, çünki qaydaların özləri üçün etibarlı olmadığına inanırlar".

Həmsöhbətimiz bildirir ki, antisosial şəxslər, ümumiyyətlə, digər insanları təhdidlərlə, ya da təcavüzkar yanaşmalarla qorxudurlar. Antisosialların müstəqil olmaları özlərinə həddindən artıq güvən duymalarından çox, başqalarına etibarsızlıqdan qaynaqlanır. Hər hansı bir təzyiq, nüfuz qarşısında və ya maddi problemlər qarşısında hirslənərlər.

Qeyd edək ki, antisosial şəxsiyyət pozuntusu düşünmədən ani hərəkətlər etmək, fərdi çıxar, ya da zövq üçün yalan danışma, aldatma və qanunsuz həyata keçirmə, başqalarının duyğularını əhəmiyyətsiz hesab etmək, əsəbilik, təcavüzkarlıq və şiddət tətbiq etmək, təhlükəsizlik və ya məsuliyyəti boynuna götürmək kimi mövzulara tamamilə qeydsiz qalmaq, ağrıma duyğusunun olmaması ilə özünü büruzə verir.

Antisosial şəxsiyyət pozğunluğundan əziyyət çəkənlər mütləq psixiatra müraciət etməlidir. Z.Ramilov deyir ki, əgər şəxs problemlərinin səbəbini başqalarında görməyə davam etsə və məsuliyyət almağı rədd etsə, müalicənin müddəti uzana bilər. Belə şəxsləri narkotik və spirtli içkilərdən qorumaq lazımdır. Bəzi vəziyyətlərdə maddə asılılığı və istifadəsi şəxslərin antisosial davranışları inkişaf etdirmələrində təməl faktoru ola bilər. Bu vəziyyətdə şəxsin maddə asılılığını buraxması onun yaxşılaşmasında əhəmiyyətli bir addım ola bilər. Antisosial davranış pozuntusunda istifadə edilə biləcək hər hansı bir dərman yoxdur. Lakin bəzi simptomlar və davranışlar üçün həkim nəzarətində dərmanlardan istifadə etmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2248   Tarix: 05 fevral 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1070
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1167
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1247
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1118
.

Yaşlanmanı gecikdirən qidalar

Bilirik ki, yediklərimiz sağlamlığımıza böyük təsir göstərir. Çoxumuz yeməklərimiz üçün sağlam qidalar seçmək üçün əlimizdən gələni edirik. Bol tərəvəz istehlak etmək, işlənmiş ət və şəkəri minimuma endirmək sağlam yaşlanma üçün yaxşı başlanğıcdır. Axşam.az xəbər verir ki, seçdiyimiz qidalardan bəzilər

21.01.2024 1326
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 353
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

24.03.2024 13158
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 806
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1334