Gənclərə sevindirici xəbər var

Gənclərə sevindirici xəbər varGənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsindən bildirilib ki, qurum tərəfindən "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər hazırlanıb.

Dəyişikliklərdə sosial ipotekanın şərtlərinin asanlaşdırılması, internat və uşaq evlərindən olan məzunların yaşayış və işlə təmin edilməsi sahəsində mexanizmlərin təkmilləşdirilməsi, emalatxanaların, sərgi salonlarının gənclərə imtiyazlarla verilməsi və bir sıra digər məsələlər öz əksini tapıb.

"Gənclər siyasəti haqqında" qanunun təkmilləşdirilməsi üçün BMT-nin texniki dəstəyi ilə Azərbaycana beynəlxalq ekspertlər dəvət edilib və onların dəstəyi ilə qanun yenidən təhlil edilib.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ilə bağlı hazırlanan dəyişikliklər artıq bütün müvafiq dövlət qurumları ilə razılaşdırılıb.

Millət vəkili Fuad Muradov da açıqlamasında gənclərin sosial təminatının gücləndirilməsi ilə bağlı artıq fevral ayından başlayaraq Milli Məclisdə müzakirələrin aparılacağını bildirib. O qeyd edib ki, qanunvericilik gənc ailələrə dövlət tərəfindən dəstəyin artırılması istiqamətində təkmilləşdirilməlidir.
Eyni zamanda, deputat vurğulayıb ki, qanunvericiliyə edilən dəyişikliklərin yerli icra orqanları tərəfindən həyata keçirilməsində problemlər yaşanır.
"İcra orqanları gənclər sahəsində qəbul olunan qanunları həyata keçirməyə məcbur edilməlidir. Əks halda gənclərlə bağlı təşəbbüslərin, görülən işlərin nəticəsi istənilən səviyyədə olmayacaq", - Muradov deyib.

Qeyd edək ki, Azərbaycanda "Gənclər siyasəti haqqında" qanun 2002-ci ildə qəbul olunub. 2007-ci ildə "Gənclər ili" çərçivəsində qanuna bir sıra dəyişikliklər edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5532   Tarix: 16 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942