Nanə Ağamalıyevaya qadağa qoyuldu

Nanə Ağamalıyevaya qadağa qoyuldu

Əməkdar artist televiziyaları məhkəməyə verəcəyini deyib.
Əməkdar artist Firuzə İbadova teleaparıcı Nanə Ağamalıyevanın cavabını verib.

Bu barədə AzNews.az-a danışan F.İbadova bildirib ki, ümumiyyətlə, hər hansı televiziya verilişində ailəsi haqqında müzakirələr aparılsa, həmin telekanalı məhkəməyə verəcək: “Qızım şou-biznes aləmində deyil. O, dövlət işində çalışır. Çox səliqəli insandır. Kürəkənim Azərbaycana gəlir də, gedir də… ailəsiylə bir yerdədir. İstəmirdim ki, Nanə xanım efirdə qızımın şəklini göstərsin və desin ki, mən başa düşə bilmirəm niyə anasıyla qalır? Onun məni başa düşməyi də lazım deyil. Mən ondan soruşmuram ki, sənin neçə yaşın var? Sən niyə ailə qurmursan?”

Əməkdar artist Nanə Ağamalıyeva ilə yanaşı digər aparıcılara da qadağa qoyduğunu deyib: “Bundan sonra televiziyaların hər hansındasa övladımın şəklini göstərsələr və müzakirə etsələr, məhkəmə vasitəsilə ciddi tədbirlər görəcəyəm. Buna birbaşa ixtiyarım da var. Dövlət orqanlarına teleqram, məktub göndərərəm və həmin insanın cəzasını verərəm. Mənim ailə albomuma heç kim toxunmasın”.

F.İbadova onu da əlavə edib ki, kimin ona qarşı şübhəsi varsa, məhz özünə müraciət etsin: “Qızım həyat yoldaşıyla yaşayır, yaşamır, bu, heç insanlara da maraqlı deyil. Burada söhbət məndən getməlidir. Mənim sənətimə, əxlaqıma və tərbiyəmə kiminsə şübhəsi varsa, mənimlə danışa bilər. 42 ildir ki, Firuzə İbadova kimi ön cərgələrin birində olmuşam. Xəstə olduğum vaxtlarda belə evdə oturmamışam. Tələbələrim var ki, onları da hazırlaşdırıram. Onlar bu gün də mənim repertuarıma müraciət edirlər.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 21262 Tarix: 19.12.2012
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər