Anjelina Jolie haqqında

Anjelina Jolie haqqındaDünyanın gözəl qadınlarından biri də Anjelina Jolidir. O, demək olar ki, bütün kişilərin arzu etdiyi qadınlar siyahısında birinci yerdədir. Yaşıl gözləri, xırda burnu və dolu dodaqları ilə hər kasi valeh edə bilən gözəlliyə sahibdir.

Anjelina 1974-cü ildə Los Ancelisdə dünyaya gəlib. Məhşur aktyorun qızı olmasını onun əlavə bir şansı kimi dəyərləndirmək olar. Bu ona kino aləminə atılmasında yardımcı olub. Həmçinin anası, Marşelin Bertran (Marcheline Bertrand)aktrisa olub.

1976-cı ildə onun valideynləri ayrılır. Qardaşı və anası ilə birlikdə Nyu-Yorka köçməli olurlar. Bir il sonra, Jon Voight "The Homecoming" (Evə qayıdış) filmində olan rolu üçün "Oskar" alır. Anası isə kino aləmoində uzaqlaşaraq bütün vaxtını sevimli uşaqlarının tərbiyəsinə sərf edir. Anjelinanın söyləri ki, "Anam bizi tez-tez kinoteatra aparardı. Bu mənim kino aləminə olan həvəsimi daha artırıdı. Çünki mən kinoya baxmağı çox sevirdim".

1986 - cı ildə onlar yenidən Los-Ancelisə qayıdırlar. Joli burada Li Strasberq Universitetinin Teatr fakültəsində təhsil alır. 14 yaşından başlayaraq Joli model kimi fəaliyyət göstərməyə başlayır. O, Londonda, Nyu-Yorkda və Los-Ancelisdə moda nümayişlərində model kimi çalışırdı. Həmçinin o, bir çox musiqili videoklplərə çəkilirdi. 16 yaşında isə o, teatrda işləməyə qərar verir. Həmin illər Colinin qardaşı kino məktəbinə daxil olur və eksperiment üçün bir neçə uğursuz filmə çəkir. Bu filmlərdə Ancelina da rol alır. Bu ona tanınmağa elə də kömək etmir. Daha sonra 1993-cü ildə Kibor 2 adlı filmdə rol alsa da bu da ona uğur gətirmir.
Lakin Kiborqun ardınca çəkildiyi Hakerlər filmi ilə o artıq özünü tanıtmağı bacarır. Hətta Nyu York-Tayms kimi qəzetlər onun haqqında yazmağa başlayır. 1997-ci ildə çəkilmiş Corc Uolles filmindəki oyununa görə Emmi mükafatı laureatı və Qızıl Qlobusun sahibi olur. 1 il sonra, 1970-ci ildə məşhur model olmuş Cia Karanci haqqında çəkilən Cia filmində baş qəhrəmanı canlandırır. Coli yenə də Qızıl Qlobusun sahibi olur. 2 il ardıcıl olaraq. Çətin və yorucu Cia filminin çəkilişlərindən sonra Ancelina Coli səhnələrdən dincəlmək üçün Nyu Yorka köçür. Burada o Nyu York universitetində ssenarist təhsili almağa başlayır. Və Denzel Vaşingtonla birgə qorxunun hökmü filminə çəkilir. Film 151 milyon kassa gəliri əldə edir. 1999-cu ildə Ceyms Mengoldun filmi ekranlara çıxır. Bu film baş rol oyunçusu Vaynona Rayderin ekranlara yenidən dönüşü kimi dəyərləndirilsədə tam əksinə 2-ci planda olan aktrisa Ancelina Colinin tiumfu olur. Ancelina filmdəki Liz Rou roluna görə 3-cü dəfə qızıl qlobus mükafatı qazanır, Amerika kinoaktyorlar birliyi mükafatı və nəhayət oskarın sahibi olur. Yay aylarında Coli 60 saniyəyə oğurluq filmində Nikolas Keyclə birgə rol aldı. Bu film isə 230 milion kassa gəliri əldə etdi. 2001-ci ildə məşhur kompyuter oyunu Tomb Raiderin ekranlaşdırılmış əsərində baş rol məhz Ancelinaya təklif olundu. Lara Kroft adlanan filmin 1-ci hissəsi 270 milyon gəlir əldə edir. Lara Kroft filminin 2-ci hissəsi isə 2003-cü ildə ekrana çıxır. Film ilkindən uğursuz alınmışdı və bu səbəbdən kassa gəliri 160 milion dolları keçmir. Ancelina isə bu filmə görə 12 milion qonorar alaraq Hollivudun ən bahalı aktrisalarından birinə çevrilir. Filmdə Cuoli üçün xüsusi olaraq solaxaylarçün nəzərdə tutulmuş silah da tapırlar. Lara Kroft filmləri arasındakı fasilədə Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının xoş məramlı səfiri kimi bir çox kasıb ölkələrə səfərlər və humanitar yardım etməyə başlayır. 2004-cü il Ancelina Coli üçün uğurlu olur. Ilk öncə o Robert De Niro, Rene Zellveger və Uil Smitlə birgə Sualtı Qardaşlar cizgi filmini səsləndirir. Animasiya filmi 363 milyon dollar qazanır. Daha sonra Oliver Stounun Makedoniyalı İsgəndər haqqında çəkdiyi filmdə İsgəndərin anası obrazını yaradır. Nəhayət, 2005-ci ildə ekranlara çıxan Cənab və Xanım Smit filminin kontraktını imzalıyır. Bu filmlə o 20 milyon dollar qonorar alaraq Culiya Roberts və Kameron Diaz kimi məşhur xanım aktrisalarla eyni pilləyə yüksəlir. 2005-ci ilin yayında ekrana çıxan Cənab və Xanım Smit filmi 480 miyon dollar kassa gəliri yığır. Bu filmdə Ancelina filmdəki əri Con Smitlə sakit və darıxdırıcı ailə həyatı altında profesional qatıl olduğunu gizlədən Ceyn Smit obrazını canlandırır Con Smit rolunu isə Bred Pitt ifa edirdi.

Dəfələrlə dünyanın ən gözəl və cəlbedici aktyor və aktrisası adını qazanan məşhura diqqət çəkilişlər boyu azalmaq bilmirdi. Dəfələrlə şayiələr yayılaraq onların görüşdüyü yazılırdı. Sonda deyilənlər doğru oldu. Bred Pitt aktrisa Cenifer Enistondan ayrılaraq Ancelina Coli ilə evlənir və onun uşaqlarını övladlığa götürür.

Ancelina Coli və Bradd Pittin 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı il may 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyurlar. Uşaglarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satmışdılar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkili kimi tarixə düşüb. 2008-ci ildə isə onların əkiz uşaqları dünyaya göz açıb. Oğlan və qız. Oğlanın adı Noks Leon qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılır - 14 milyon dollar. Həmin bu pulları isə onlar xeyriyyəçiliyə xərcləyirlər. 2010-cu ildə Ancelina Solt adlı bədii filmdə baş rolda çəkilir. 2011-ci ildə isə Conni Depplə birgə Turist filmində rol alır. Hər iki film də uğurlu alınıb.

Aktrisalıq fəaliyyəti ilə yanaşı, Ancelinanın geyim tərzi də hər kəs tərəfindən bəyənilir. Joli, daha çox rahat üslubda olan geyimlərə üstünlük verir. O, People jurnalına açıqlamasında bilidrib ki, "Yorucu kino çəkilişlərindən sonra özümü azad və sərbəst hiss etməliyəm. Bunun üçün də geyimlərim rahat olmalıdır. Lakin onların zövqlü olmasına da çox fikir verirəm".
Jolinin ziyafət geyimləri də özü qədər cazibədar və zərif olur. O. Daha çox ipəkdən hazırlanmış ziyafət geyimlərinə üstünlük verir. Ziyafətlər üçün uzun və yarıqlardan ibarət paltarlar ən çox sevdiyi üslubdur. Şəkillərdən də göründüyü kimi uzun geyimlərdən daha çox istifadə edir.

Ən çox sevdiyi rəng qara və yaşıldır.

Hazırda onun çəkisi 44 kq, boyu isə 1 73 m-dir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9835   Tarix: 18 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

TOP MP3