Kədərlənmə

Kədərlənmə Ey mömin, kədərlənmə! Çünki kədərin nə olduğunu dünən başa düşdün. Ancaq bunun da sənə bir faydası dəymədi.

Övladın imtahandan kəsildi. Yenə kədərləndin, qəmləndin. Amma bu da onun imtahanda uğur qazanmasına kömək etmədi.

Atan haqqın rəhmətinə qovuşdu. Hüznün onu geri qaytardımı?!

Müflisləşdin. Qəmlənib-kədərlənməyin itirdiklərini sənə qaytardımı?

Kədərlənmə! Çünki hər dəfə bir bəladan dolayı kədərləndikcə yeni-yeni müsibətlərə tuş gəldin. Kasıblıqdan dolayı kədərləndin, ancaq bu, sənə var-dövlət vermədi, əksinə, atdığın hər bir addımda uğursuzluğa düçar oldun. Hətta bədgüman olaraq qəm dəryasına qərq oldun.

Kədərlənmə! Qəmli anlarında nə geniş mali-mülkün, nə zəngin var-dövlətin nə də əməlisaleh övladların sənə fayda verəcək.

Kədərlənmə! Çünki qəm-kədər səni tikanlı gülə, qurumuş bir bağa və dözülməz zindan olan həyata bənzədir.

Ey insan! Allah sənə qüsursuz əl-ayaq, gözlər və digər əzalar əta etdiyi halda üzülüb- kədərlənməyinin səbəbi nədir?

Kədərlənmə! Çünki sənin səmimi qəlbdən bağlanacağın dinin, əmin-amanlıqda olacağın evin, yeməyə bir parça çörəyin, geyməyə paltarın, sadiq həyat yoldaşın var.

Kədərlənmə! Sanki sən qüssələnməklə zamanın axarını dayandıra, itirdiyin vaxtı, qədir-qiymətini bilmədiyin anları geri qaytara biləcəyini zənn edirsən. Əbəs yerə…

Kədərlənmə!! Çünki qəm-kədər şiddətli bir külək kimidir. Belə külək havanı korlayar, təmiz suları bulandırar və bol məhsullu bağları yerlə yeksan edər.

Kədərlənmə! Çünki qəmli insan məcrasından çıxan çaya bənzəyər. Gah dənizdən ayrılar, gah da dənizə yol alar.

Kədərlənmə! Çünki xoşbəxtlik və rahatlıq həyatı mənasıdır. Günlərini qəm-qüssə ilə keçirmə. Sakit gecələrini qəm dəryasına qərq etmə. Qoy, həyatın belə şeylərin güdazına getməsin, israf olmasın! Unutma, Allah israf edənləri sevməz.

Kədərlənmə! Çünki sahib olduğun var-dövlət, ev-eşik, bağ-baxça qəm-qüssə içində olduğun halda sənə heç bir fayda verməyəcək. Əksinə, onlar sənin ağrı-acını, qəm-qüssəni daha da artıracaq.

Kədərlənmə! Nə qədər ki, qəmi-kədəri qəlbinin sirdaşı, gözünün nuru etmişsən, təbiblərin verdiyi dava-dərman sənə əlacı olmayacaq.
Kədərlənmə! Dua edəcəyin, dərgahına əl uzadacağın, qapısında aram tapacağın, gecəyarı qalxıb ürəyini boşaldacağın bir rəbbin var.

Kədərlənmə!Çünki Allah hər şeyi sənin üçün xəlq edib. Sənin üçün yer üzündə bağlar, bağçalar yetişdirib. Saymaqla tükənməyən bu nemətlər qarşısında sənin kədərini başa düşmək çətdindir.

Kədərlənmə! Çünki sən hər gün sənin içməyə suyun, almağa havan var. Sərbəst gəzmək, gecələri rahat uyumaq nemətinə sahibsən.

Kədərlənmə!Bütün müsibətlər keçicidir, cəmi xəstəliklər sağalandır, günahlar da bağışlanandır. Unutma ki, sən Allah tərəfindən ən böyük nemət olan İslam ilə şərflənmişsən.
Kədərlənmə! Məgər qara buludların tez keçib getdiyini görmürsənmi? Gələn gecənin nurlu sabahla əvəzləndiyini müşahidə etmirsənmi? Qorxulu və təlatümlü küləklərin xoş və xəfif yellə əvəz olunduğunu bilmirsənmi?

Elə isə Kədərlənib qəm-qüssəyə batmağının heç bir mənası yoxdur. Qəmi-kədəri bir kənara qoy. Xoşbəxt bir həyata qədəm bas!

Kədərlənmə! əziz qardaş! Unutma ki, günəşin qızmar istisi gecənin qaranlığı ilə soyuyur. Şiddətli suszluq soyuq su ilə yatırılır, aclıq isti çorəklə dəf edilir. Gündüzün yorğunluğu gecənin yuxusuna təslim olur. Sənə isə yalnız və yalnız azacıq səbr etmək və bir müddət gözləmək düşür.

P.S. Dəyərli Userlərimiz fikrilərinizi bildirməyi unutmayın !

BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4890   Tarix: 27 oktyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121