Su pəriləri mövcuddurmu?

Su pəriləri mövcuddurmu?Reallığa yox, şüuraltı təsəvvürlərimizə uyğun gələn miflər haqqında həmişə sual yaranıb: Onlar həqiqətənmi mövcuddur?

Bu gün araşdıracağımız mifik obraz su pərisi olacaq.

GÜNAHKAR QADINLAR

Yunan mifologiyasında suda boğulmuş, günahkar və zinakar qadınların ruhlarının su pəriləri, göl, dəniz nimfalarına çevrilməsi qeyd olunur. Çünki o vaxtlar ölüləri basdırmır, çaya, dənizə buraxırdılar. Dini mənbələrə görə, su pəriləri iblislə birgə yer üzünə qovulmuş mələklərdir ki, cənnətdən dənizlərə, göllərə düşmüşlər. Ona görə də su adamları insan nəslinə qarşı çıxıb, hər an ona ziyan vurmağa çalışır.

BU MİFİN TARİXİ

Su pərisi haqqındakı əfsanələrin tarixi e.ə beş mininci illərə gedib çıxsa da, indinin özündə də bu əfsanələr öz aktuallığını saxlayır.

Su pəriləri haqqında əfsanələrə, demək olar ki, bütün xalqların mifologiyasında rast gəlmək olar. Ən çox da yunanların zəngin folklorunda. Bu miflərdə su pəriləri adətən adalarda, dəniz sahillərində tək və yaxud toplu halında yaşayan ehtiraslı mələklərdir. Məsələn, bir dənizçinin, səyyahın yolu oradan düşsəydi o zaman su pəriləri onun geri dönməsinə heç cür razılıq verməzdilər. Bu kolorit az da olsa, özünü "Odissey" əsərində göstərir. Düzdür, Odisseyi buraxmaq istəməyən qadınlar yarıbalıq olmasa da, dəniz yaşamı ilə bilavasitə əlaqədə olan mələklər idi. Yunan su pəriləri adətən müsbət obrazlar kimi təsvir olunur. Əgər kiminsə həyatına son qoysalar belə, bunu qəsdən deyil, insan fiziologiyasını bilmədiklərinə görə edirlər. Onlar qonaqpərvərliklə insanları suyun altındakı kralığa aparanda başa düşmürlər ki, insan suyun altında nəfəs ala bilməz. Bəlkə də, bunun vicdan əzabıdır ki, onlar növbəti kişini "xoşbəxt" etmək üçün sahildə növbə çəkirlər.

Su pərilərinə baxış açısı rus folklorunda bir az fərqlidir. Ümumiyyətlə, rus nağıllarında az qala bütün surətlər mənfidir. Elə bil ruslar bu dünyada yaxşı varlığın olmasına inanmır. Onların su pəriləri adalarda, dənizlərdə deyil, bataqlıqda peyda olur, və heç də xoş niyyətlə deyil. Onlar birmənalı şəkildə özünə qurban seçmək məqsədiylə ova çıxır. Onların ovu çox vaxt sadə rus çobanı olur. Bu çobanlar çirkli bataqlıqdan çıxan gözəl su pərisini - yarıçılpaq qadını görəndə, təbii olaraq, özünə nəzarəti itirir və artıq çoban bataqlıqda çabalayır... Rus su pəriləri rəqsi, musiqini çox sevir, onlar gur səslə oxuyub ətrafdakıları başına yığımağı xoşlayır. Rəvayətə görə, su pəriləri ildə bir dəfə, bir həftəlik bayram təşkil edirlər. Həmin vaxt onlara rast gəlməmisənsə, demək bəxtin gətirib.

Şərq folklorunda su pərilərini anlamaq çətin məsələdir. Onlara adətən iri dənizlərdə, sıldırım qayaların altındakı dəryalarda rast gəlmək olar. Onlar da digər əfsanələrdəki su pəriləri kimi ehtiraslı, macərapərəstdirlər, iri gəmilərə hücum etməyi, dənizçiləri başdan çıxartmağı, gəmini batırmağı - bir sözlə fəlakət yaratmağı xoşlayırlar. Onlarla rastlaşan dənizçilər faciənin yaxınlaşdığını qəti hiss etmirlər. Gözəl pərilərin ağuşunda məst olan dənizçilər, ya dənizin dibində, ya qayalara çırpılanda vəziyyəti anlayırlar.

Avropa mənşəli folklorda isə onlar sadəcə rəqsi xoşlayan, çəmənliklərdə özlərinə məclis qurub, oxuyub-oynayan, xoşməramlı varlıqlardır. Onlar suda boğulan insanları xilas edir və bunu heç vaxt dilə gətirmirlər. Su pərisinin öz yaxşılığını sirr kimi saxlamağı vacibdir.

ONLAR NECƏDİR?

Su pərilərinin xarici görünüşü haqda demək olar ki, bütün şahidlərin dedikləri üst-üstə düşür. Su pərilərinin boyu çox da uzun olmur, bədənləri hamar, işıltılı, dəriləri ağ-sarı, üzərində dəniz yosunları, saçları dalğavari, çox uzun və sıx (bütün bədənlərini örtür), rəngi açıq-sarı, kürən və qara, gözləri insan gözündən bir qədər böyük, nadir hallarda qırpılır, şəffaf, gecələr fosfor kimi parıldayır. Dişləri balıq dişi kimi xırda, yaşıl rəngdə, itiuclu, bədənləri göbəkdən yuxarı qadın bədəni, kürəyi
düz hamar (sanki sümüksüzdür), bədənlərinin aşağısı iri balıq quyruğu, yelgəcli, səsləri cingiltili, qulaq batırıcı, dilləri anlaşılmazdır, özlərinə məxsus nəğmələri olur.

Orta əsr alman təbiətşünası İohan Yonetus özünün "Balıqların və balinaların təbii tarixi" adlı əsərində yazır ki, bütün böyük su pərilərinin çəkisi insanın çəkisindən az olur: "Buna baxmayaraq şahidlərin ifadələrinin analizi göstərir ki, "dəniz adamları" müxtəlif boyda – 3-4 yaşlı körpənin boyundan tutmuş 2 metrə qədər olurlar. Ancaq dənizçilər və balıqçılar əsasən 150-170 sm rəqəminin üstündə dayanırlar". Yonetus daha sonra iddia edir ki, su pərilərinin qidası yosun və müxtəlif dəniz ilbizləri, xırda balıqlar ola bilər. Məsələn, su pərilərinin qədim təsvirlərinin bir çoxunda onlar əllərində balıq olaraq təsvir edilirlər. Yonetus o dövrdə balıqlar haqqında ona məlum olan informasiyalara, həmçinin söyləmələrə əsaslanaraq su pərilərinin eynən insanlar kimi doğub törədiyini bildirirdi. Alim bu məsələdə daha çox su pərilərinin kişilərə olan münasibətlərinə, onlarla nikaha girən dənizçilər, balıqçılar haqqında rəvayətlərə istinad edirdi. Həqiqətən yunanların, irlandların, şotlandların, german və slavyan tayfalarının rəvayətlərində su pəriləri ilə insanların nikahından doğulan uşaqlar barədə çox danışılır. Bu uşaqlardan bəziləri eynən su pəriləri kimi qurşaqdan yuxarı insan, qurşaqdan aşağı balıq bədənində doğularaq suda yaşayırlar, bir qismi isə normal insan kimi məşhur sülalələrin əsasını qoyublar. Bunlarla belə, təbiətşünas su pərilərinin eynən balıqlar kimi onurğasız olduqlarını da iddia edirdi.

ONLAR NECƏ ÇOXALIRLAR?

Su pəriləri saylarını insanların hesabına genişləndirirlər. Ölmüş südəmər qız uşaqlarını, yarımçıq doğulmuş körpələri, suda özünü boğub intihar edən qadınları, çayda, dənizdə tək çimən qızları öz məskənlərinə çəkirlər. Su pəriləri ilin müəyyən günlərində sahilə çıxıb, bir həftə quruda yaşayırlar. Slavyan mənbələrində, bu günlər Semik günündən Petrov gününə kimi davam edir, Ruh günü və ya Troitsa günü adlanır. Su pəriləri bu günlərdə su kənarındakı meşədə, talada bir yerə yığışır, səhərə qədər şənlənir, çığır-bağır salir, gülüşürlər. Bu vaxt ordan yad adam keçərsə, onu çağırıb nəğmə və gülüşləri ilə dairəyə alır, həmin insanı nəfəsi kəsilənə qədər qıdıqlayırlar.

İnsan öləndən sonra, onu dənizin, gölün dibinə çəkir və iti dişləri ilə onu parçalayıb, uzun müddət qidalanırlar.

SU PƏRİLƏRİ HAQQINDA ÜÇ NƏZƏRİYYƏ

Elmi araşdırmalarda su pərisiylə bağlı üç nəzəriyyəyə rast gəlinir. İlk nəzəriyyəyə görə, su pəriləri XIX əsrə qədər yaşayıb. Alimlər bu məxluqların barəsində Arstotelin də yazdığını əsas gətirərək, araşdırma aparır və belə qənaətə gəlirlər ki, onurğasız varlıqlar 19-cu əsrədək sualtı səltənətlərində ömür sürüblər.

İkinci nəzəriyyədə, dinozavrlardan tutmuş, su pərilərinə qədər bütün mifik varlıqların əslində milyon illər öncə yer kürəsində yaşaması və təkamül getdikcə məhv olmasından danışılır.
Digər nəzəriyyənin tərəfdarlarına görə, su pərisi əslində- ucu-bucağı görünməyən dənizdə başın itirmiş dənizçinin gözünə görünə biləcək təbii qarabasmadır. Nəzərə alsaq ki, dənizin dalğalanan səthi müxtəlif görüntülərə səbəb olur, bu ehtimal inandırıcıdır. Bəs qulaqbatırıcı səslər? Musiqi? Bu barədə yaranan söz-söhbətdə deyilir ki, su pəriləri ilə qarşılaşan insanlar onların dəhşətli səslər çıxardığının şahidi olublar. Alimlər isə bu barədə susurlar.

SU PƏRİSİ MUMİYASI TAPILIR

Kembricdə tapılmış su pərisi mumiyasının üzərində aparılan rentgenoloji ekspertiza nəticələri göztərmişdir ki, bu mumiyanın saçları insan saçları, dərisi və dişləri isə balığınkı kimidir. Ancaq mumiyanın qabırğaları adi məftildən, gövdəsinin yuxarı hissələri isə taxtadandır.

"Bizim tərəfmizdən müayinə olunan bu SU PƏRİSİ 60% insan, 40%-isə balıqdır" - deyə Kembricdən olan tədqiqatçı Xuanita Xollis bildirib. Sözügedən su pərisi mumiyasının I əsrə aid olduğu güman edilir. Hətta bu su pərisinin "oğlan dostu" da tapılıb. Belə ki, bu iki mumiya, 1982-ci ilə kimi London Tibb Tarixi institutunda eksponat kimi saxlanılıb. Bir müddətdən sonra, su pərisi Bakston muzeyinə aparılmış, onun "oğlan"ı isə Londonda qalmışdı.

SU PƏRİSİNİ GÖRƏNLƏR

Su pərilərinə inanmayanlar, (ümumiyyətlə mifik varlıqlara ) bunu, heç vaxt onlara rast gəlmədikləri ilə izah edirlər. Amma bu "dəniz qızları"na rast gələrkən yəqin ki, hər şey dəyişir, insan inanmağa məcbur olur.

Su pərilərinin üzə çıxması ilə bağlı istər keçmişdə, istərsə də indiki dövrdə çoxlu məlumatlara rast gəlmək olar.

Ünlü ingilis səyyahı Henri Qudzon 1625-ci ildə öz gündəliyində, bu qeydləri yazıb: "Dənizçilərdən biri onu gördü ve sakitcə məni çağırdı. Beldən yuxarı qadın bədəni idi, kürəyi hamar, dərisi çox ağ idi. Uzun qara saçları vardı. Dənizdə üzəndə delfin quyruğuna oxşar quyruğu görünürdü". 1717-ci il London qəzetlərinin birində su pərisinin tutulması xəbəri yazılmış və rəsmi də çəkilmişdi.
Çox əcayib bir dəniz varlığı isə Barneo limanında tutulmuşdu.

Uzunluğu 1.5 metr idi. Su dolu çəlləkdə cəmi 4 gün yaşadı. Siçan civiltisinə oxşar səslər çıxarırdı. Ona verilən balıq və digər yeməklərin heç birini yemədi.

2004-cü ilin mart ayında, Xəzər dənizində azərbaycanlı dənizçilər ölkəmizə məxsus traulerlə üzərkən, dənizdə kişi cinsinə məxsus, yarıbalıq qəribə varlıq görüblər. Kapitan Qafar Həsənov İran sahillərinə çıxdıqdan sonra İranın (Zindagi) qəzetinə hadisəni danışıb: "Əvvəlcə o, üzdüyümüz istiqamətdən bir qədər uzaqda idi. Əvvəl elə bildik ki, böyük balıqdır. Sonra onun baş hissəsində qara-yaşıl saç gördük. Qüvvətli əlləri vardı. Qarnı xeyli böyük olub, irəli çıxmışdı. Bədəninin uzunluğu 1.60 sm olardı. Alt dodaqları boğazına kimi çatırdı."

Bu yaxınlarda İsrailin Hayfa bölgəsi sahillərində, su pərisi peyda olması ilə bağlı məlumatlar yayıldı. Bu ölkənin mətbuatına istinadən, SİA-nın verdiyi xəbərə görə, Kiryat Yam Bələdiyyəsinə bir-birinin ardınca dəniz sahilində "dəniz qızı" görüldüyü barədə xəbərlər daxil olub. Nəhayət, bələdiyyə sözügedən varlığı tutub gətirənə, yaxud lentə alana 1 milyon dollar mükafat vəd edib. Lakin Şəhər Məclisinin nümayəndəsi Natti Zilberman belə bir mükafat elan olunması barədə yayılan xəbərləri təkzib edib. O bildirib ki, son bir neçə ay ərzində onlarla fərqli və bir-biri ilə əlaqəsi olmayan insan Məclisə müraciət edərək, "dəniz qızı"nı gördüyünü deyib. Zilbermanın sözlərinə görə, su pərisini gördüyünü iddia edənlər onu yarıbalıq, yarıqadın formasında təsvir edirlər. Bütün bunların nə dərəcədə həqiqitə uyğun olub-olmadığını aydınlaşdırmaq məqsədilə şəhərin dəniz sahili boyunca kameralar quraşdırılıb. Lakin kameralarda qeyri-adi bir varlıq qeydə alınmayıb. Ayrıca, sıravi yəhudilərin bəziləri də sahilə gələrək gözlərini qırpmadan səmaya və dənizə baxırlar.

NEFTÇALADAKI "SU PƏRİSİ"

Keçən il qafqazinfo.az saytına Salyan rayonunun sakini Elçin Əziz tərəfindən bir videomaterial təqdim olmuşdu.

Videogörüntülər Neftçala rayonunun Qoltuq kəndi ərazisində çəkilib. E.Əziz deyir ki, həmin qəsəbənin balıqçıları bir neçə gün əvvəl, Xəzərə tor atarkən tora su pərisi düşüb. Amma su pərisi ölü idi.

Bu xəbər qısa zaman ərzində, sosial şəbəkələrdə ən çox izlənilən,paylaşılan material oldu.
Amma araşdırmalar nəticəsində məlum olur ki, sözügedən video, əslində Neftçalada yox, 2 il öncə Vyetnamda çəkilib. Videonu youtube-də 85 minə yaxın insan izləyib. Videoya gələn şərhlər bu kardların həqiqət olmadığını deməyə əsas verir.

SU PƏRİSİ MÖVCUDDURMU?

İnsanlar uzun ilər boyunca, su pərisinin mövcudluğunu, yoxsa onun sadəcə mifik personaj olduğunu öyrənməyə çalışıb. Bir müddət əvvəl, ABŞ Atmosfer və Okeanın Tədqiqatı üzrə Milli İdarəsi su pəriləri barədə həqiqəti açıqlayıb. Mütəxəssislər bildirib ki, su pərilərinin mövcudluğu barədə sübut tapılmayıb. Bu barədə məlumat Animal Planet telekanalında: «Su pəriləri: Tapılmış bədən» filmi nümayiş etdirildikdən sonra verilib. Filmin müəllifləri onun elmi-fantastik olduğunu bildirsə də, tamaşaçılar bədəni real qəbul ediblər. Filmin həqiqətə oxşaması üçün müasir kompüter fəndlərindən istifadə olunub. "Yarıinsan, yarıbalıq olan su pəriləri mifik personajlardır. Bizim su pərilərini öyrənmək üçün elmi proqramlarımız yoxdur" – deyə Milli Okean xidmətinin mətbuat katibi Kerol Kavan bildirib.
mənbə: xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5215   Tarix: 15 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292