Azərbaycanda yol polisinin maşınlarında videokameralar quraşdırılacaq

Azərbaycanda yol polisinin maşınlarında videokameralar quraşdırılacaqYol Patrul Xidməti haqqında" Təlimata əlavə və dəyişikliyə əsasən, Yol Patrul Xidməti (YPX) avtomobillərində videokameralar da quraşdırılmalıdır. Dünyanın bir çox ölkələrində YPX maşınlarında videokameralar var və onların vasitəsilə hər bir etik və qeyri-etik hal qeydə alınır. Məsələn, biz telekanallarda ABŞ-da xidmətən aparan patrul maşınlarından çəkilən qəzalara və hansısa bir cinayətkar sürücü ilə polis arasındakı silahlı atışma səhnələrinə baxmışıq.

Azərbaycanda təsdiqlənəcəyi gözlənilən "Yol Patrul Xidməti haqqında" Təlimata əlavə və dəyişikliyə əsasən nəqliyyat vasitəsi YPX inspektoru tərəfindən saxlanılarkən, patrul avtomobilində quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, YPX inspektorunun digər hərəkətləri polis avtomobilində quraşdırlmış kameranın görünüş dairəsində aparılmalıdır.
Deyəsən bu məsələ öz həllini tapır. Belə ki, Azərbaycanda YPX avtomobillərində videokameralar quraşdırılacaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda YPX avtomobilləri videokamera ilə təmin olunacaq.

"Amma hələki konkret vaxt demək olmaz. Yəqin ki, daha tez müdəttdə quraşdırılacaq. Bunun vasitəsilə hər bir hal qeydə alınacaq. Videokamera polis əməkdaşı ilə sürücü arasında hər hansı bir münaqişənin yaranmasının qarşısının alınmasına xidmət edəcək. Bundan əlavə, avtomobillərdə quraşdırılacaq videokameralar sürücünün yol verdiyi qayda pozuntusunun aşkar edilməsini asanlaşdıracaq. Yəni bu kameralar sonradan hər hansı bir narazılğın qarşısının alınması və yaxud da ki, inzibati xətanın özünün mövcudluğunun da isbatında mühüm rol oynayacaq".

Yeni patrul avtomobillərinin gətirilməsinə gəlincə, K.Əliyev bunun gözlənilmədiyini bildirib:

"May ayında 50 yeni YPX avtomobili gətirilib. Artıq kifayət qədər patrul avtomobili var. Gələcəkdə buna zərurət yaranarsa, əlbəttdə həmin maşınlar yeniləri ilə əvəz olunacaq".

mənbə: modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4903   Tarix: 11 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb

Türkiyənin Zonquldak bölgəsində keçmiş sevgilisinin sevgilisinin maşınına bomba yerləşdirən şübhəli saxlanılıb. xəbər verir ki, hadisə dünən axşam saatlarında Ereğli rayonundakı Kışla Sənaye Sahəsində baş verib. Mühərrik ustası avtomobilin alt hissəsini yoxlayanda bomba qurğusunu görüb. Vəziyyətlə bağl

01.05.2024 257
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 409
.

Ankaraya kəskin yağışlar yağdı

Türkiyənin paytaxtı Ankara şəhərində kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki,yağışlar zamanı evləri, iş yerlərini, metro stansiyaları suyun altında qalıb. Hava şəraiti gündəlik həyatı iflic edib. Ərazidən olan görüntüləri təqdim edirik:

01.05.2024 332
.

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur. Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. On

01.05.2024 926
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 196
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1639
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 356
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 187
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 255