"Satışda olan tortların 98%-i şübhəlidir"

"Şirniyyat dükanlarında satışa çıxarılan tortların saxlanma müddəti 31 saatdır. Lakin aparılan monitorinqlərin nəticəsi göstərir ki, satışda olan tortların 98%-nin üzərində istifadə müddəti yazılmır. Bu da ondan xəbər verir ki, vətəndaşlara külli miqdarda vaxtı keçmiş tort və şirniyyatlar satılır." Bu sözləri FaktXeber.com-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, dükanlarda satılan tortların keyfiyyəti və saxlanma müddəti ilə bağlı açıqlama verərkən qeyd edib. Tortların qiymət və təhlükəsizlik sənədlərinin olmadığını qeyd edən ekspert, "satışda olan tortların yalnız gigiyenik sənədləri vardır ki, o da bir neçə aylıq və ya illik verilir", - deyə bildirdi: "Gigiyenik sənəd isə satışda olan məhsulların təhlükəsiz olması demək deyil. Gigiyenik sənədlər yalnız istehsalla bağlı verilir. Ona görə də ölkədə kütləvi zəhərlənmələr baş verir. "

Azərbaycanda zəhərlənmə hallarının rəsmi qeydiyyatı ilə bağlı ciddi problemlərin olduğunu qeyd edən Eyyub Hüseynov, hər il dünyada 3 nəfərdən birinin zəhərləndiyini bildirdi: "Avstraliya bazarı həyat səviyyəsinə görə dünya ölkələri arasında 4-cü yeri tutur. 20 milyon əhalisi olan Avstraliyada ildə 5 milyon insan zəhərləndiyini halda, bu göstərici əhalisinin sayı 10 milyona yaxın olan Azərbaycanda isə 1000 nəfərdir. Lakin bu göstərici 2 milyon dəfəyə qədər azaldılıb. Səhiyyə Nazirliyi zəhərlənmədən ölən insanların sayının ildə 1 nəfər olduğunu söyləyir. Deyilən rəqəmlərin heç bir həqiqəti əks etdirmir. "
Sonda ekspert bildirdi ki, nə vaxta qədər Səhiyyə Nazirliyi gigiyenik sertifikat verərək zəhərlənmələri qeydiyyatı almır, o vaxta qədər də azərbaycanlıların həyatı təhlükə altında olacaq.

mənbə: faktxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2387   Tarix: 01 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381