İlham Əliyev London Olimpiyadasının açılışında

İlham Əliyev London Olimpiyadasının açılışındaAzərbaycan prezidenti və xanımı Olimpiya oyunlarının açılışında olub

Olimpiya oyunlarına 3-cü dəfə ev sahibliyi edən London şəhəri ötən gecə 90 min tamaşaçı tutan Olimpiya stadionunda XXX Olimpiya oyunlarının təntənəli açılış mərasimini keçirib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da mərasimdə iştirak ediblər.

Olimpiadanın açılış mərasiminin əsas şousu "Möcüzələr adası" adlandırılıb. 42 milyon dollardan çox məbləğə başa gələn möhtəşəm şou süni yağış və dünyada ən böyük – 23 tonluq zəngin sədaları ilə müşayiət olunub.
Oskar mükafatı laureatı, Britaniya kinorejissoru Denni Boylun təqdimatında meydanda aqrar Britaniyanın həyatından idilliya səhnələrini Birləşmiş Krallığın tarixinə səyahət səhnələri əvəz edib.

"Tarixi parad" zamanı stadionda 1948-ci ildə Karib hövzəsindən ilk böyük mühacirət dalğası dövrünə, Britaniya qadınlarının öz hüquqları uğrunda mübarizəsinə, Krallıq zəhmətkeşlərinin 1936-cı ildə yoxsulluq və işsizliyə qarşı etirazlarına həsr olunmuş epizodlar yer alıb.
Şou bitəndən sonra iştirakçı ölkələrin paradını Olimpiya oyunlarının vətəni olan Yunanıstanın yığma komandası açıb.

Ölkəmizin nümayəndə heyəti bu paradda, başda şef-demission İlham Mədətov olmaqla, 100-ə yaxın idmançı, məşqçi və mütəxəssis ilə təmsil edib. Azərbaycan Respublikasının dövlət bayrağını komandanın kapitanı, Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli aparıb.

Sonra mərasimdə Olimpiada-2012-nin Təşkilat komitəsinin sədri lord Sebastyan Kou, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe çıxış edıblər.
Böyük Britaniyanın kraliçası II Elizabet XXX Yay Olimpiya oyunlarını açıq elan edib.
İdmançıların, hakimlərin və məşqçilərin dilindən olimpiya andı səslənib.
Mərasimin "Nəsli ruhlandıraraq" devizi ilə keçən ən unudulmaz anı Olimpiya məşəlinin alovlandırılması olub. Dörd saat davam edən və rəngarəng atəşfəşanlıqla başa çatan Olimpiadanın açılış mərasimini dünyanın bütün qitələrində televiziya ilə 4 milyard adam izləyib.
Azərbaycanın idman azarkeşləri də bu möhtəşəm bayrama tamaşa etmək imkanı qazanıb. İctimai kanal və "İdman Azərbaycan" kanalı təntənəli açılış mərasimini birbaşa yayımlayıb.

İyulun 28-də Azərbaycan idmançılarının ilk çıxışı olacaq.
Xatırladaq ki, Azərbaycan komandasının 53 üzvü idmanın 16 növündə yarışacaq. Velosiped, avarçəkmə, qadınlar arasında boks, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə çıxış edəcəklər.

Bu il Olimpiya oyunlarında 36 idman növündə 302 dəst medal uğrunda mübarizə aparılacaq. Olimpiya çempionu adı qazanmaq üçün 205 ölkədən 10 mindən çox idmançı yarışacaq.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5330   Tarix: 28 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704