"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY

"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilər arasında geyim fərqlərinin ön plana çıxmamasına xidmət edir. Bu baxımdan məktəbli forması dünyəvi təhsil sistemində qəbul olunan əsas yanaşmalardan biri hesab edilir".

"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏYBu sözləri BiG.AZ-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova bildirib. O qeyd edib ki, lakin son dövrlərdə ayrı-ayrı ölkələrdə dinlə əlaqəli məsələlərin məktəb mühitində də gündəmə gəldiyini görürük:

"Təəssüf ki, bu tendensiya Azərbaycanda da özünü göstərməyə başlayıb. Belə ki, bəzi məktəbli qızlar məktəbə başları bağlı, yəni hicabla gəlirlər. Təbii ki, bu, onların ailələrinin təsiri, dini inancları və İslam dininə bağlılıqları ilə əlaqəli ola bilər. Burada əsas məsələ kiminsə dini inancına və ya hicab taxmasına qarşı çıxmaq deyil. Heç kim onların hicablı olmasına qarşı deyil. Məsələ məktəblərdə müəyyən edilmiş vahid geyim qaydalarına riayət olunmasıdır. Məktəblərdə şagirdlər üçün vahid forma müəyyən edilibsə, hər kəs həmin formaya uyğun şəkildə təhsil müəssisəsinə gəlməlidir. Çünki məktəb ilk növbədə elm və təhsil ocağıdır və burada ümumi qaydaların qorunması vacibdir. Hər bir dövlət öz təhsil müəssisələrində tətbiq olunan qaydaları müəyyən edir və həmin qaydalar bütün şagirdlər üçün nəzərdə tutulur. Buna görə də məktəbli formasına riayət etmək şəxsi dini inancları müzakirə etməkdən fərqli məsələdir. Əsas olan müəyyən edilmiş qaydalara əməl etmək, məktəb mühitində vahidliyi və nizam-intizamı qorumaqdır. Bütün vətəndaşlar, o cümlədən şagirdlər də dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində hərəkət etməlidirlər".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının bu rayonunda 30 bina söküləcək

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". "Qafqazinfo" -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, sökünt

15:46 0
.

Bəhruz Quliyev: Vahid məktəbli forması və intizam qaydaları dünyəvi təhsilin və milli təhlükəsizliyin tələbidir

"Vahid məktəbli formasının tətbiqi və təhsil müəssisələrində intizam qaydalarının qorunması hər bir dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir. Məktəb, ilk növbədə, bilik və tərbiyə ocağıdır. Burada əsas məqsəd şagirdlər arasında bərabərliyi təmin etmək, vahid intizam mühiti formalaşdırma

11:54 168
.

Prezident Hindistanın yeni səfirini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyin

14:04 125
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

15.10.2026 384
.

AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxal

10:44 177
.

"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY

"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə

14:31 117
.

Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?

Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında

13:56 141
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

14:15 129
.

Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?

Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl

13:51 135
.