AQEM-də Azərbaycanın mövqeyi daha da artır

AQEM-də Azərbaycanın mövqeyi daha da artırMüasir dövrdə geosiyasi gərginliklərin artması, regional münaqişələrin coğrafiyasının genişlənməsi, təhlükəsizlik risklərinin mürəkkəbləşməsi və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər dövlətlərarası etimadın və çoxtərəfli tərəfdaşlığın bərpasını həyati zərurətə çevirir. Bu baxımdan, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə ölkələri arasında konstruktiv dialoqun qurulması və qarşılıqlı anlaşmanın dərinləşməsi üçün strateji platforma rolunu oynayır. Asiya ərazisinin 90 faizini əhatə edən və 28 dövləti sıralarında birləşdirən AQEM miqyasna görə regionun en böyük dialoq mexanizmidir. Asiyanın dünya ticarətində, energetikada, nəqliyyat dəhlizlərində və rəqəmsal texnologiyalardakı artan çəkisi bu platformanın dəyərini daha da artırır. Azərbaycanın 2024-cü ilin dekabrından etibarən AQEM-ə rəhbərlik etməsi bu istiqamətdə yeni bir səhifə açır. Ölkəmiz öz sədrliyini "Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf" konseptual xətti üzərində quraraq, təşkilatın təsisat kimi möhkəmlənməsini, mövcud iş prinsipinin təkmilləşdirilməsini və qlobal əlaqələrinin genişlənməsini ön plana çəkib. Bu təşəbbüskar möqe AQEM-in sadəcə fikir mübadiləsi aparılan bir forumdan çıxaraq, daha çevik, nəticəyönümlü və nüfuzlu beynəlxalq təşkilata transformasiyasına mühüm töhfə verir.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısındakı çıxışında Azərbaycan ikiillik sədrlik müddətində təşkilatın gücləndirilməsinə prioritet olduğunu qeyd edib. Dövlətimizin başçısı nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm kimi strateji sahələrdə əməkdaşlığın fəal təşviq olunduğunu bildirib. Vurğulanıb ki, bütün üzv ölkələrin yekdil dəstəyi ilə reallaşan təşəbbüslər sayəsində AQEM hazırda institusional və hüquqi baxımdan daha da möhkəmlənib.
Ölkə rəhbəri AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir.
Çıxışı əsnasında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə də toxunan dövlət başçısı vurğuladı ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətməsi nəticəsində azərbaycanlı hərbçilər həlak olub. Beləliklə, Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi. Vətən müharibəsinin 44 gün davam etdiyini diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib, 2020-ci il noyabrın 10-da isə Ermənistan kapitulyasiya aktı imzalayıb.
Müharibənin ölkəmizin seçimi olmadığını diqqətə çatdıran dövlət başçısı vurğuladı ki: "Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimiz ilə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar".
Beynəlxalq hüququn icra mexanizmlərinin vacibliyinə toxunan dövlət başçısı bu məsələdə qətiyyətli mövqe ortaya qoyaraq, "BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq" fikrini ifadə edib, eyni zamanda qazanılan tarixi Zəfərin təkcə ədalətin bərpası deyil, həm də beynəlxalq hüququn təntənəsi olduğunu, ölkəmizə gələn xarici qonaqların bu həqiqətləri yerində görməsinin böyük önəm daşıdığını vurğulayan dövlət başçısı "İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər" deyə qeyd edib.
Göründüyü kimi, Azərbaycanın AQEM-dəki uğurlu sədrliyi və dövlət başçısının qətiyyətli mövqeyi regional sülhün, beynəlxalq ədalətin və çoxqütblü tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 137   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

15.10.2026 395
.

Məktəb müqəddəsdir - uşaqlar Azərbaycanın gələcəyidir!

Məktəb yalnız bilik verilən bir məkan deyil. Məktəb bir xalqın gələcəyinin formalaşdığı, milli düşüncəsinin inkişaf etdiyi, vətəndaşlıq məsuliyyətinin aşılandığı müqəddəs bir ocaqdır. Burada uşaqlar həyata hazırlanır, elmin sirlərini öyrənir, Vətənə, dövlətə və insanlığa faydalı şəxsiyyət kimi yetişirlər

11:09 100
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

15.10.2026 437
.

Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video

Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th

15.10.2026 397
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15.10.2026 269
.

Məşhur diabet dərmanının güclü ürək qoruyucusu olduğu sübut edildi

Şəkərli diabetin müalicəsində istifadə olunan empaqliflozin damar iltihabında iştirak edən hüceyrələrin fəaliyyətinə təsir göstərə bilər. Kiçikmiqyaslı araşdırmada dərmanı qəbul edən qadınlarda artıq iki həftədən sonra dəyişikliklər qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, piylənməsi v

15.10.2026 332
.

Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar

Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1

15.10.2026 353
.

Uşaqlar siyasi oyunların aləti deyil - Azərbaycan öz gələcəyini qoruyur!

Bir ölkənin gələcəyini müəyyən edən ən böyük sərvət onun uşaqlarıdır. Onların aldığı təhsil, qazandığı biliklər və formalaşan dünyagörüşü sabahın cəmiyyətini yaradır. Buna görə də uşaqların təhsil mühitinə müdaxilə etmək, onların inamından və həssaslığından sui-istifadə etmək təkcə ailəyə deyil, bütövlükd

11:24 115
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

10:07 197
.