Yemək zamanı dinlədiyiniz musiqi qida seçiminizə təsir edə bilər
Sakit musiqi insanları daha sağlam yeməklər seçməyə sövq edə bilər. Makaoda aparılan araşdırmada həzin melodiyaların səsləndiyi vaxtlarda faydalı məhsulların alışlarda payı daha yüksək olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Makaо Elm və Texnologiya Universitetinin tədqiqatçıları musiqi fonunun qida seçiminə təsirini dörd eksperimentlə araşdırıblar.
İlk sınaq universitet yeməkxanasında keçirilib. Səkkiz iş günü ərzində burada növbə ilə sakit və enerjili musiqilər səsləndirilib. Bu müddətdə ziyarətçilər ümumilikdə 911 qida məhsulu alıblar.
Sakit musiqi səslənən günlərdə sağlam hesab edilən məhsullar bütün alışların 18,94 faizini təşkil edib. Enerjili musiqi zamanı isə bu göstərici 13,59 faiz olub.
Restoran şəraitinin yaradıldığı digər üç eksperimentdə də oxşar nəticələr müşahidə edilib. İştirakçılar sakit musiqi fonunda daha sağlam menyuya üstünlük verməyə meyilli olublar. Adi restoran səs-küyünün olması da bu təsiri tam aradan qaldırmayıb.
Tədqiqatçılar ehtimal edirlər ki, sakit musiqi daha rahat mühit yaradır və belə şəraitdə faydalı yeməklər insanlara daha uyğun seçim kimi görünə bilər.
Bununla belə, müəlliflər musiqinin insanı mütləq sağlam qidalanmağa məcbur etmədiyini vurğulayıblar. Araşdırma musiqinin xarakteri ilə yemək seçimi arasında əlaqə olduğunu göstərib.
Bu yanaşmanın restoranlarda, mağazalarda və onlayn sifariş xidmətlərində sağlam məhsullara marağı artırmaq üçün istifadə oluna biləcəyi bildirilir. Lakin eyni nəticənin adi supermarket şəraitində də müşahidə edilib-edilməyəcəyi hələ yoxlanılmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 120 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
17:03 324 Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə
12:56 225 İordaniyaya getmək istəyənlərin nəzərinə!
"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb
17:52 158 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
18:31 169 2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu
15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna
11:30 187 Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni inkişaf mərhələsi
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə dövlət başçısı seçilməsindən 23 il ötür. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalq ölkənin gələcək inkişafına, siyasi sabitliyin qorunmasına və Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dava
13:02 193 Məktəblərdə vahid formaya keçid intizam qaydasıdır
Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı təmin olunur. Hər kəs öz dini inancına uyğun yaşamaqda sərbəstdir. Lakin məktəb təhsil müəssisəsidir və burada şagirdlər üçün müəyyən edilmiş vahid geyim forması, daxili intizam və təhsil qaydaları mövcuddur. Şagirdlərin məktəbə gələrkə
11:45 254 İran məktəbli forması məsələsindən ideoloji məqsədlər üçün istifadə edir
"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj
12:50 260 Yemək zamanı dinlədiyiniz musiqi qida seçiminizə təsir edə bilər
Sakit musiqi insanları daha sağlam yeməklər seçməyə sövq edə bilər. Makaoda aparılan araşdırmada həzin melodiyaların səsləndiyi vaxtlarda faydalı məhsulların alışlarda payı daha yüksək olub. xarici mediaya istinadən xəbər verir ki, Makaо Elm və Texnologiya Universitetinin tədqiqatçıları musiqi fonunu
19:30 112