Bu məhsulları heç vaxt dondurucuya qoymaq olmaz - SƏBƏB

Bu məhsulları heç vaxt dondurucuya qoymaq olmaz - SƏBƏBƏrzaqları dondurmaq onların saxlanma müddətini uzatmağın rahat yoludur. Lakin bəzi məhsulların donu açıldıqdan sonra dadı, görünüşü və quruluşu dəyişir. Onlar sulanır, yumşalır və əvvəlki keyfiyyətini itirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dondurulması məsləhət görülməyən məhsulların siyahısını təqdim edir. Bu məhsulların əksəriyyətində əsas problem dondurulmanın onları təhlükəli etməsi deyil, keyfiyyətinə mənfi təsir göstərməsidir.

Süd və qaymaq əsasında hazırlanan souslar

Süd və qaymağı daha uzun müddət saxlamaq üçün dondurmaq çıxış yolu kimi görünə bilər. Lakin donu açıldıqda onların tərkibi ayrılır, quruluşu dənəvər olur və sulanır. Eyni hal qaymaqlı şorba və souslarda da baş verə bilər.

Salat üçün nəzərdə tutulan yarpaqlı tərəvəzlər

Kahı, ispanaq və kələm kimi tərəvəzlər çox su ehtiva etdiyindən dondurulduqdan sonra əvvəlki quruluşunu itirir. Buna görə təzə salatda istifadə ediləcək yarpaqlı tərəvəzləri dondurmaq məsləhət deyil.

Bağban və kulinariya mütəxəssisi Culi Martens Forninin sözlərinə görə, həmin tərəvəzlər şorba və ya smuzi hazırlamaq üçün istifadə ediləcəksə, onları dondurmaq olar.

Bişmiş makaron

Bişmiş makaron dondurulduqdan sonra yenidən qızdırılarkən yapışqan və həddindən artıq yumşaq ola bilər. Buna görə sousu ayrıca dondurmaq, makaronu isə yemək vaxtı bişirmək daha yaxşıdır.

"Don't Waste the Crumbs" saytının müəllifi Tiffani makaronu dondurmaq zərurəti yaranarsa, onu tam yumşalana qədər bişirməməyi və bir-birinə yapışmaması üçün az miqdarda yağ əlavə etməyi məsləhət görür.

Çiy kartof

Çiy kartof da tərkibindəki suya görə dondurulmağa uyğun deyil. Donu açıldıqdan sonra yumşalır və quruluşu dənəvər olur. Kartofu quru, sərin və birbaşa günəş işığı düşməyən yerdə saxlamaq tövsiyə edilir.

Qabıqlı yumurta

Yumurta qabıqlı halda dondurulduqda içərisindəki maye genişlənərək qabığın çatlamasına səbəb ola bilər.

Dondurmaq üçün yumurtanı qabığından çıxarıb çalmaq, sonra isə ağzı kip bağlanan qaba yerləşdirmək daha uyğundur. Onu buz qəliblərində kiçik porsiyalarla da dondurmaq olar.

Qızardılmış yeməklər

Qızardılmış yeməklər dondurulub yenidən qızdırıldıqda xırtıldayan qabığını itirir, yumşalır və nəm çəkir. Xırtıldayan quruluşunu bərpa etmək üçün onları sobada və ya isti hava ilə işləyən fritözdə qızdırmaq daha münasibdir.

Yumşaq pendirlər

Krem pendir, rikotta və yumşaq keçi pendiri dondurulduqdan sonra əvvəlki keyfiyyətini itirə bilər. Onların tərkibi ayrılır və quruluşu dənəvər olur.

Çedar və parmezan kimi bərk pendirlər isə dondurulmağa daha uyğundur. Xüsusilə sonradan yeməklərə əlavə etmək üçün onları sürtgəcdən keçirib saxlamaq olar.

Mayonezli salatlar

Mayonezlə hazırlanan salatlar da dondurulmağa uyğun deyil. Kulinariya mütəxəssisi Loren Devid bildirir ki, don açıldıqda mayonezin tərkibi ayrılır, salat sulanır və iştahaçan görünüşünü itirir.

Təzə ətirli göyərtilər

Reyhan və keşniş kimi göyərtilər dondurulduqda ətrinin və əvvəlki quruluşunun bir hissəsini itirə bilər.

Onları doğrayıb buz qəliblərinə yerləşdirmək, üzərinə zeytun yağı əlavə edərək dondurmaq tövsiyə olunur. Belə hazırlanmış porsiyalar sonradan sous və şorbalarda istifadə edilə bilər.

Xiyar

Xiyarın tərkibində su çox olduğundan donu açıldıqdan sonra həddindən artıq yumşalır və sürüşkən hala gəlir. Salat və qəlyanaltılar üçün nəzərdə tutulan xiyarı soyuducuda təzə saxlamaq daha yaxşıdır.

Yoqurt

Dondurulmuş yoqurtun donu açıldıqda quruluşu dəyişir: dənəvər olur və sulanır. Bu dəyişiklik onun əvvəlki kimi hamar və qatı olmasına mane olur.

Bütöv avokado

Bütöv halda dondurulan avokado donu açıldıqdan sonra qarala və həddindən artıq yumşala bilər.

Bunun qarşısını qismən almaq üçün avokadonu əvvəlcədən dilimləmək və ya kub şəklində doğramaq, qaralmasını azaltmaq üçün üzərinə bir qədər limon suyu əlavə etmək məsləhətdir.

Tərkibində su çox olan meyvələr

Qarpız və sitrus meyvələri kimi sulu meyvələr donu açıldıqdan sonra əvvəlki quruluşunu itirir. Onlar yumşalaraq əzilməyə meyilli olur və təzə halındakı görünüşünü saxlamır.

Pomidor

Çiy pomidor dondurulduqdan sonra yumşalır və sulanır. Buna görə donu açılmış pomidor təzə salatlar üçün uyğun sayılmır.

Lakin şorba və sous hazırlamaq üçün istifadə ediləcəksə, pomidoru dondurmaq olar.

Qəhvə dənələri

Qəhvə dənələri düzgün qablaşdırılmadıqda dondurucudakı digər məhsulların qoxusunu çəkə və dadını itirə bilər. Gündəlik istifadə üçün nəzərdə tutulan qəhvəni ağzı kip bağlanan qabda, sərin və qaranlıq yerdə saxlamaq daha münasibdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda zəlzələ oldu

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Zəlzələnin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, təkanlar yerli vaxtla saat 20:24-də qeydə alınıb. Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub

26.11.2026 30
.

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə bağlı görüntülər yayılıb. xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin məsələ ilə bağlı APA-nın sorğusun

26.11.2026 234
.

Dünya Bankı Özbəkistana 800 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib

Dünya Bankının Direktorlar Şurası Özbəkistanda iqtisadi islahatların dəstəklənməsi üçün 800 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə paketini təsdiqləyib. xəbər verir ki, bu barədə "İnterfaks" banka istinadən məlumat yayıb. "Proqram daha yüksək maaşlı iş yerlərinin yaradılmasına

26.11.2026 112
.

Puqaçova makiyajsız fotosunu paylaşdı

Rusiyanın Xalq artisti Alla Puqaçova sosial şəbəkədə yeni fotosunu yayımlayıb. Axşam.az xəbər verir ki, 77 yaşlı sənətçi makiyaj və filtrdən istifadə etmədən çəkilmiş şəklini paylaşıb. Qeyd edək ki, 2022-ci ildə Puqaçova və Qalkin əkiz övladları Liza və Harri ilə birlikdə İsrailə köçüblər. Daha sonr

26.11.2026 316
.

"Sülh körpüsü" təşəbbüsünün beşinci görüşü: Cənubi Qafqazda davamlı sülhə və yeni əməkdaşlıq mərhələsinə doğru

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, uzun illər davam etmiş münaqişənin ağır nəticələrinin aradan qaldırılması və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması regionun gələcəyini müəyyən edən əsas siyasi məsələlərdəndir. Bu prosesdə dövlətlərarası danışıqlarla yanaşı

26.11.2026 214
.

Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb

Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində "Azersun Holding"in qonağı olub. İki günlük səfər çərçivəsində "Azersun Holding"in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığı

26.11.2026 0
.

Özcan Dəniz ifadəsində əmlaklarının sayını açıqladı

Xəbər verdiyimiz kimi, sərbəst buraxılan məşhurlar arasında türkiyəli müğənni Özcan Dəniz də yer alıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının narkotik istintaqı çərçivəsində verdiyi ifadə üzə çıxıb. Məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan sənətçi ittihamları rədd edib. Təxminə

26.11.2026 297
.

Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb

Qazaxıstanın Atırau vilayətində polis dövlət orqanlarının saxta xidməti vəsiqələrinin hazırlanması və satışını həyata keçirən kanal ifşa edilib. "Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Polis saxta sənədlərin hazırlanmasında şübhəl

26.11.2026 0
.

"Sülh körpüsü": Azərbaycan və Ermənistan arasında sülhə doğru növbəti mühüm addım

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin yaratdığı siyasi, humanitar və ictimai maneələrin aradan qaldırılması yalnız diplomatik danışıqlarla məhdudlaşmamalı, cəmiyyətlər arasında da qarşılıqlı anlaşma və etimad mühiti formalaşdırılmalıdır. Bu baxımdan "Sülh körpüsü"

26.11.2026 218
.