Evlilikdə yaş fərqi: Kişiyə verilən azadlıq qadına niyə TANINMIR? - AÇIQLAMA

Evlilikdə yaş fərqi: Kişiyə verilən azadlıq qadına niyə TANINMIR? - AÇIQLAMACəmiyyətdə qadın və kişi münasibətlərinə yanaşma həmişə eyni olmayıb. Yaşlı kişinin gənc qadınla evlənməsi çox vaxt "normal" və hətta "kişi özünə gənc həyat yoldaşı tapıb" kimi təqdim edilir. Amma yaşlı qadının özündən kiçik kişi ilə ailə qurması daha çox müzakirə və qınaqla qarşılanır. Niyə kişinin yaş fərqi cəmiyyətdə asan qəbul edilir?

Yaşlı qadın gənc kişi ilə evlənəndə qınağın kökündə nə dayanır? Bu yanaşma gender stereotiplərinin nəticəsidir?

Mövzü ilə bağlı BiG.AZ-a danışan sosioloq Rəşad Əsgərov suallarımızı cavablandırıb:
Evlilikdə yaş fərqi: Kişiyə verilən azadlıq qadına niyə TANINMIR? - AÇIQLAMA"Azərbaycan cəmiyyəti, ümumiyyətlə şərq cəmiyyəti daha çox patriarxallığa əsaslandığına görə burada kişilərin rolu həddindən artıq şişirdilir, qabardılır, xüsusilə də kişi əməyi, kişi fəaliyyətinin ən ağır sahələrində olması da müsbət bir hal kimi qəbul olunur. Və bu da xususilə gender münasibətlərində qadınlara nisbətən qadınlarla münasibətlərdə müəyyən qədər rolların kişinin tərəfinə, kişinin mövqeyinə yaxın formada, müsbət, pozitiv diskriminasiya kimi izzah olunmasına gətirib çıxarır. Bu da xusuilə də gənc kişilər, və yaxud da ki yaşlı qadınlarla münasibətdə eləcə də yaşlı kişilərin nigah məsələsində cavan insanlarla, qadınlarla əks cinsin nümayəndələrinin nigahında özünü göstərir.

Xüsusilə də gənc kişilər cavan xanımlarla ailə qururusa, bunu patriarxal cəmiyyətin dəyərləndirmələrindən asılı olaraq normal olaraq qəbul edir. Amma yaşlı qadının gənc kişi ilə evlənməsini isə cəmiyyət birmənalı qəbul etmir və buna müəyyən qədər təpki göstərir. Bu nəinki şərqdə, xüsusilə də qərbdə də özünü göstərir. Bu da qadın və kişinin fizioloji quruluşu, müəyyən qədər iş potensialı, sağlamlığı, fiziki durumu və s. ilə bağlıdır.

Hətta Fransanın özündə də Makron və onun özündən böyük həyat yoldaşı ilə münasibətini ailə üzvləri heç əvvəllər normal qəbul etmirdilər və cəmiyyət də bunu müəyyən qədər təpki ilə qarşılayırdı. Bir müddət keçdikdən sonra isə insanlar artıq buna alışır və bunu adi hal kimi qəbul edirlər. Amma azərbaycan cəmiyyətində isə xüsusilə cavan qızların yaşlı kişilərlə ailə qurması burada müəyyən qədər daha çox sevgi, ülvi münasibətlərdən daha çox burada maddi təminat, müəyyən qədər maddi rıçaqlar daha çox rol oynayır və bu maddi rıçaqlarda vəzifə, güc, nüfuz, təsir dairəsi və s. bu ailələrin yaranmasına səbəb olur,cəmiyyət də buna əks mövqedən münasibət bildirmir. İnsanlar hətta öz aralarında bu məsələyə mənfi yanaşsalar da belə, amma ictiamiyyət içərisində, ictimai rəydə buna qarşı kəskin münasibət bildirməkdən uzaqlaşırlar. Və ona görə də Azərbaycan cəmiyyətində bu kimi halların baş verməsi, xüsusilə də yaşlı kişilərlə 15, 20, 30 yaş özündən böyük kişilərlə ailə quran qadınlara münasibətdə bu gender stereotiplərindən müəyyən qədər istifadə edərək bu məsələyə kəskin münasibət bildirilmir".

Sosioloqun sözlərinə görə, zaman dəyişsə də, cəmiyyətdə formalaşmış bəzi stereotiplər nəsildən-nəslə ötürülərək bu gün də yaşamaqda davam edir:

"Əsrin əvvəlllərində, hətta keçən əsrin ortalarında da bu məsələ daha çox azərbaycan ictimaiyyəti tərəfindən müəyyən qədər ictimai qınaq obyektinə çevrilsə də, xüsusilə də Üzeyir Hacıbəyov "O olmasın, bu olsun" filmində bu məsələni daha çox qabartmışdır. Və burada da Məşədi İbadın özündən yaşda çox kiçik olan 17-18 yaşlı Gülnaz xanımla nigaha girməsini ictimai qınaq obyektinə çevirmiş, xüsusilə də insanları bu məsələyə daha çox etiraz etməyə və yaxud da ki ictimai rəydə bu məsələni daha çox qınamağa çağırmışdır. Amma əfsuslar olsun ki, bu hadisələrdən yüz il keçsə də, azərbaycan cəmiyyəti yenə bu məsələlərdə yenə də köhnə stereotiplərlə yanaşmağa davam edirlər.

Xüsusilə də azyaşlı qızların, qadınların özündən daha böyük və hətta atası yaşında olan bir şəxslə ailə qurmasını cəmiyyətimiz indinin özündə də digər rıçaqlar hesabına (pul, maddi gəlir, nüfuz, vəzifə) göz önünə alaraq normal qəbul edirlər. Bu da Azərbaycan cəmiyyətinin ailə institunun böhranının nəticəsidir ki, gələcəkdə bu kimi halların çoxalması ailə institunun tamamilə sıradan çıxmasına və yeni ailə institutu formalarının formalaşmasına, qərbdəki ailə institunun dəyərlərinin daha çox Azərbaycan cəmiyyətinə siraət etməsinə gətirib çıxara bilər ki, bu da azərbaycan xalqına məxsus olan özünəməxsus ailə institunun formalaşdırdığı numunəvi ailə formullarının böhranına gətirib çıxara bilər".

Lalə Məmmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 924   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 221
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

15:22 278
.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 236
.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

17:50 185
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

17:43 172
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

16:08 213
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

15:36 223
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 238
.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

16:11 225
.