"Rusiya çıxacaq, Türkiyə gələcək" - Ermənistanla bağlı bu ssenari nə dərəcədə realdır?

"Rusiya çıxacaq, Türkiyə gələcək" - Ermənistanla bağlı bu ssenari nə dərəcədə realdır?"Ermənistanda "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyanın 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılacağı təqdirdə onun yerini Türkiyə hərbi bazasının tutacağı barədə açıqlaması ilk növbədə Ermənistan cəmiyyətində mövcud olan təhlükəsizlik dilemmasını göstərir".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, Karapetyanın səsləndirdiyi fikirlər hazırda real siyasi qərardan deyil, siyasi ehtimal və narahatlıq üzərində qurulan yanaşmadan xəbər verir:

"Bu günə qədər Türkiyənin Ermənistanda hərbi baza yerləşdirmək niyyətində olduğuna dair hər hansı rəsmi məlumat yoxdur. Ona görə də "Rusiya çıxacaq, Türkiyə gələcək" məntiqini avtomatik olaraq siyasi reallıq kimi qəbul etmək düzgün olmaz.
"Rusiya çıxacaq, Türkiyə gələcək" - Ermənistanla bağlı bu ssenari nə dərəcədə realdır?Amma bu açıqlamanın ortaya çıxması özü çox maraqlıdır. Çünki Ermənistanın müəyyən siyasi dairələri başa düşürlər ki, Rusiya hərbi mövcudluğunun azalması regionda yarana biləcək təhlükəsizlik boşluğu məsələsini gündəmə gətirə bilər".

B.Quliyev qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da sentyabrın 3-də 102-ci bazanın Ermənistan üçün "həyati zərurət" olmadığını və Rusiya bazanı ölkədən çıxarmaq qərarı verərsə, Yerevanın buna etiraz etməyəcəyini bildirib. Rusiya Prezidenti Vladimir Putin isə bu qərarın Ermənistanın suveren seçimi olduğunu açıqlayıb.

Ekspertin sözlərinə görə, digər tərəfdən, 102-ci Rusiya hərbi bazasının hüquqi əsasları hələ də qüvvədədir və onun Ermənistanda yerləşmə müddəti 2044-cü ilə qədər uzadılıb. Rusiya tərəfi də hazırkı mərhələdə Ermənistandan bazanın çıxarılması ilə bağlı hər hansı rəsmi siqnal almadığını bildirib.

"Hesab edirəm ki, burada əsas məsələ Türkiyənin Ermənistanda hərbi baza yaradıb-yaratmayacağı deyil. Əsas məsələ Ermənistanın öz təhlükəsizlik sistemini hansı geosiyasi model üzərində quracağıdır. Əgər Ermənistan bir xarici hərbi gücün yerini digər xarici hərbi güclə doldurmaq məntiqindən çıxış edirsə, bu, tam mənada strateji müstəqillik deyil.

Azərbaycan baxımından isə bu prosesə soyuqqanlı və realist yanaşmaq lazımdır. Region artıq əvvəlki geosiyasi reallıq deyil. Azərbaycan öz hərbi və siyasi imkanlarını gücləndirib, Türkiyə ilə müttəfiqlik münasibətlərini strateji səviyyəyə çatdırıb və Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşır.

Ona görə də Karapetyanın "ya rus, ya türk" yanaşması əslində Ermənistanın qarşısında duran daha fundamental sualı ortaya qoyur: Ermənistan öz təhlükəsizliyini xarici hərbi qüvvələrin hesabına, yoxsa regional sülh, öz milli müdafiə imkanları və qonşularla normal münasibətlər üzərində quracaq?

Məncə, əsas məsələ məhz bundan ibarətdir", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 107   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir

Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək. "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib. Avropa İttifaqını

13.09.2026 262
.

28 May ərazisində 1 və 2 saylı marşrutlarla bağlı problem: sərnişinlər uzun müddət gözləyir

Bakının "28 May" metro stansiyası ərazisində 1 və 2 nömrəli marşrut avtobuslarının hərəkət intervalı ilə bağlı narazılıq yaranıb. Xüsusilə səhər saatlarında, işə və təhsil müəssisələrinə gedən sərnişinlərin çox olduğu pik vaxtlarda avtobusların uzun müddət gözlənilməsi ciddi çətinlik yaradır

10:50 179
.

"İsrailin hərbi-texnoloji dəstəyi Qarabağ müharibəsində həlledici rol oynayıb" - İqor Roytapel ilə EKSKLUZİV MÜSAHİBƏ

Azərbaycan Jewish Media-nın İsraildəki büro rəhbəri, politoloq və beynəlxalq ekspert İqor Roytapel Bakı və Qüdsün strateji alyansı və Qarabağ müharibəsinin geopolitik yekunları ilə bağlı BİG.AZ-a müsahibə verib. Sual: Beynəlxalq mətbuatın materiallarında, ölkə mediasında və AJM-in ekspert nəşrlərind

11:14 299
.

Hörmüz boğazında tanker vuruldu: Ölən var

Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd

13.09.2026 286
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13.09.2026 327
.

"Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağ

13.09.2026 259
.

Alimlər Yerin dərinliklərində suyun hələ 3 milyard il əvvəl mövcud olduğunu aşkar ediblər

Beynəlxalq geoloqlar qrupu suyun Yer kürəsinin dərin qatlarına nüfuz etdiyini və təxminən 3,1 milyard il əvvəl artıq vulkanik fəaliyyətə təsir göstərdiyini sübut edən dəlillər aşkar edib. "Report"un verdiyi məlumata görə, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Adelaid

13.09.2026 261
.

Yəməndə husilərin güclənməsi regionda yeni qarşıdurma yarada bilər

Yəməndə vəziyyət getdikcə gərginləşir. Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlasalar da, proses qısa müddətdə husilərin xeyrinə dəyişib. Husilə

11:28 165
.

Azərbaycanda bankların sayı niyə azalır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bank sektorunda son dövrlərdə birləşmə və struktur dəyişiklikləri yenidən gündəmə gəlib. Son olaraq Bank Respublika-nın AccessBank-ın 100 faiz səhmlərini almağı nəzərdə tutan strateji sövdələşmənin əsas şərtləri təsdiqlənib. Satışın 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır

11:46 199
.

Son Xəbərlər