İlk milli hərbi hissənin yaradılmasından 34 il keçir - çətin coğrafiyada formalaşan yenilməz döyüş təcrübəsi

İlk milli hərbi hissənin yaradılmasından 34 il keçir - çətin coğrafiyada formalaşan yenilməz döyüş təcrübəsi"Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yaradılan ilk milli ordu qurumu Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçib. 15 sentyabr 1992-ci ildə Naxçıvan Müdafiə Komitəsinin bazasında yaradılan 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada bu gün tarixi zəfərlərlə dolu Əlahiddə Ümumqoşun Ordu kimi fəaliyyət göstərir".

Nuray Nəzərova yazır ki, Ümummilli Lider Heydər Əliyevin elmi əsaslara söykənən ordu quruculuğu siyasətini qətiyyətlə davam etdirən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin döyüş imkanları davamlı olaraq genişləndirilir.

Bunun nəticəsidir ki, real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış təlimlərdə peşəkarlıqlarını artıran Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Günnüt əməliyyatında və 44 günlük Vətən müharibəsində yüksək döyüş hazırlığı nümayiş etdirərək tarix yazıblar.

Azərbaycanın müdafiə qüdrətinin gündən-günə artması ordunun müasir və milli silah və hərbi texnika ilə təminatını da genişləndirməyə imkan verir. 2023-cü il sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin istifadəyə verilməsi isə ordunun modernləşməsi istiqamətində mühüm addımlardan biri olub.

İlk milli hərbi hissənin yaradılmasından 34 il keçir - çətin coğrafiyada formalaşan yenilməz döyüş təcrübəsiPrezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinə göstərdiyi xüsusi diqqət bu inkişafın əsas amillərindən biridir. Bu il avqustun 11-də yeni yaradılan əməliyyat hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması və ordunun müasir arsenalı ilə tanışlıq da bunun növbəti göstəricisi olub.

Naxçıvana səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra təməlqoyma və açılış mərasimlərində iştirak etməklə yanaşı, Əlahiddə Ümumqoşun Ordunun yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması mərasimində də iştirak ediblər. Mərasimdən sonra dövlət başçısına ordunun arsenalında olan silah sistemləri və hərbi-texniki vasitələr barədə məlumat verilib.

Prezident İlham Əliyev həmin gün Azərbaycan Televiziyasına müsahibəsində də ilk növbədə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsinə toxunub. Dövlət başçısı prezident kimi 17-ci dəfə Naxçıvana səfər etdiyini, bu illər ərzində muxtar respublikada bir sıra mühüm layihələrin həyata keçirildiyini və ümumi inkişafın təmin olunduğunu bildirib. O, eyni zamanda Naxçıvanın müdafiə potensialının gücləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb:

"Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, özü də ən müasir texnika ilə, həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir".

Bu gün sülhün və çəkindiriciliyin əsas amillərindən biri olan Azərbaycan Ordusunun Naxçıvandakı birləşmə, hissə və bölmələri döyüş təcrübəsi, yüksək peşəkarlığı və Vətənə sədaqəti ilə seçilir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvanın spesifik coğrafi mövqeyi və Azərbaycanın əsas hissəsi ilə quru bağlantısının olmaması bu ərazinin təhlükəsizliyinə xüsusi diqqət yetirilməsini zəruri edir. Bu baxımdan Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun yaradılması muxtar respublikanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm qərarlardan biri olub.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri bu gün regionda söz sahibidir və Naxçıvanda hərbi potensialın bundan sonra da gücləndirilməsi əsas prioritetlərdən biri olaraq qalacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1085   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevdən həmkarına - Təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. "Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdə

16:11 226
.

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ

12:03 237
.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 236
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

15:02 312
.

Gecikdirilmiş vergi ödənişləri ilə bağlı mühüm yenilik

Artıq ödənilmiş vergilərin gecikdirilərək qaytarılmasına görə gündəlik faiz 0.1%-dən 0.05%-ə endirilir, faizlərin hesablanması müddəti isə iki illə məhdudlaşdırılır. -ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Qeyd olunur ki, vergi ödəyicilərini

20:45 47
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 245
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 302
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 251
.

Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bir qrup media nümayəndəsi təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycanda medianın inkişafında xidmətlərin

16:02 244
.