Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər

Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onları özü sintez edə bilmir və qida vasitəsilə qəbul etməlidir".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, heyvan mənşəli zülallar adətən bu 9 amin turşusunun hamısını uyğun nisbətdə ehtiva edir. Bitki mənşəli zülallarda isə bəzi amin turşuları digər qidalarla müqayisədə daha az miqdarda ola bilər. Buna görə də ət istehlakını azaltmaq istəyən insanların qida rasionunda müxtəlifliyi qoruması vacibdir:

"Ən praktik yanaşmalardan biri paxlalıları taxıllarla birlikdə istehlak etməkdir. Məsələn, mərci ilə düyü, noxudla bulqur və ya lobya ilə tam taxıllı məhsullar bir-birini tamamlayır. Ayrı-ayrılıqda bəzi amin turşuları baxımından məhdud olan bu qidalar birlikdə daha balanslı zülal profili yarada bilər.

Burada başqa bir məqam da nəzərə alınmalıdır. Bitki mənşəli dəmirin orqanizm tərəfindən mənimsənilməsi heyvan mənşəli dəmirlə müqayisədə daha aşağı ola bilər. Bu səbəbdən paxlalı yeməklərlə birlikdə C vitamini mənbələrindən istifadə faydalı hesab olunur. Limon, pomidor, bibər və göyərti kimi məhsullar dəmirin mənimsənilməsini müəyyən qədər yaxşılaşdıra bilər.

Ət və digər heyvan mənşəli qidaları istehlak etməyən insanlarda ən çox diqqət edilən məsələlərdən biri B12 vitaminidir. B12 əsasən heyvan mənşəli qidalarda olduğu üçün uzun müddət bu məhsullardan uzaq duran insanlarda həmin vitaminin çatışmazlığı riski arta bilər.

Bundan başqa, rasionun düzgün qurulmaması dəmir və sink kimi bəzi qida maddələrinin kifayət qədər qəbul edilməməsinə səbəb ola bilər. Xüsusilə yorğunluq, halsızlıq, saç tökülməsi və qanazlığı kimi hallar müşahidə olunduqda bunu yalnız stress və yorğun həyat tərzi ilə əlaqələndirmək düzgün deyil. Bəzi hallarda səbəb qida rasionundakı çatışmazlıqlarla bağlı ola bilər.

Göbələk dad və tekstura baxımından əti müəyyən qədər xatırlada bilər. Bu səbəbdən bir çox reseptdə ət əvəzi kimi istifadə olunur. Lakin qida dəyəri baxımından göbələyi ətlə eyniləşdirmək olmaz. Onun zülal miqdarı əksər hallarda ətlə müqayisədə xeyli aşağıdır. Buna görə göbələyi daha çox yeməyin həcmini artırmaq, dad və tekstura vermək, eləcə də qiyməyə əlavə etmək üçün istifadə etmək daha məqsədəuyğundur. Onu əsas zülal mənbəyi kimi deyil, rasionu tamamlayan məhsul kimi qiymətləndirmək daha düzgün yanaşmadır.

Qida dəyəri baxımından mərci, noxud, lobya və xüsusilə soya ətə alternativ zülal mənbələri arasında mühüm yer tutur. Paxlalılar zülalla yanaşı, lif və maqneziumla da zəngindir. Soya isə bitki mənşəli qidalar arasında bütün əvəzolunmaz amin turşularını kifayət qədər təmin edən tam zülal mənbələrindən biri hesab olunur.

Lakin burada əsas məsələ yalnız əti rasiondan çıxarmaq deyil. Əsas məqsəd balanslı və müxtəlif qidalanma modelinin qurulmasıdır. Hamilə qadınlarda, inkişaf dövründə olan uşaqlarda və yaşlı insanlarda heyvan mənşəli zülalın rasiondan çıxarılması daha diqqətli yanaşma tələb edir. Belə hallarda qidalanma planı fərdi ehtiyaclara uyğun müəyyənləşdirilməli, zərurət yarandıqda laborator analizlərin nəticələri və həkim tövsiyələri nəzərə alınmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 774   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.