Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı

Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdıMəşhur ABŞ-li müğənni Britni Spirs illərlə məruz qaldığı qəyyumluq rejiminin ona vurduğu zərərlər barədə danışıb.

Oxu.Az xəbər verir ki, sənətçi "Instagram" hesabında etdiyi yeni paylaşımında bu səbəbdən insanlara hörmət etməyi dayandırdığını etiraf edib.

"İnsanlara böyük hörmətlə yanaşdığım keçmiş günlərin həsrətini çəkirəm. Bir vaxtlar kiminləsə ünsiyyətdə olanda aramızda xüsusi və müqəddəs bir bağ yaranırdı. Hiss edirəm ki, qəyyumluq dövründə qəlbimə və ruhuma nə qədər ciddi ziyan dəydiyini insanlar hələ də tam dərk etmirlər", - deyə ifaçı yazıb.

Hazırda fərqli bir yolda olduğunu deyən 44 yaşlı müğənni bugünkü vəziyyəti ilə qürur duyduğunu bildirib.

O əlavə edib: "Hesab edirəm ki, həmin illərdə insanlarla münasibətlərimdəki o dəyəri itirdim, çünki daxilən olduqca həssas və çəkingən biri idim. Əvvəlki həqiqi əlaqələrim üçün darıxıram. Düzünü desəm, özümü sanki bir maşın, bir robot kimi görürdüm. Yaxşı ki, bütün bunlar artıq keçmişdə qaldı".

Qeyd edək ki, psixoloji problemləri səbəbindən Britni Spirs 2008-ci ildə atasının qəyyumluğuna verilib. O, 2021-ci ilin noyabr ayına qədər bu nəzarət altında qalıb.

Müğənninin keçmiş əri Kevin Federlayn tərəfindən böyüdülmüş Şon Preston və Ceyden Ceyms adlı iki oğlu var. Onların hazırda 20 və 19 yaşları var.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 244   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm"

Şou-biznesin əfsanəvi duet ortaqları - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu 16 illik fasilədən sonra yeni duetlə sevənlərinə sürpriz ediblər. Axşam.az xəbər verir ki, ən arzulanan duet ortaqları "Gəlirəm" adlı mahnı və klipi sevənlərinin ixtiyarına veriblər. Sevgidən bəh

04.09.2026 1135
.

Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - VİDEO

Müğənni Vəfa Şərifovaya həyat yoldaşı tərəfindən bahalı hədiyyə təqdim olunub. xəbər verir ki, sənətçiyə hədiyyə edilən lüks saatın qiymətinin 12 min avro, yəni təxminən 24 min manat olduğu bildirilir. Dəyəri ilə diqqət çəkən saat sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub

05.09.2026 1222
.

"Komedixana"da tamaşaçının gülüşü aktyorları da güldürdü - VİDEO

"Komedixana"nın buraxılışlarından birində yaşanan maraqlı an sosial şəbəkələrdə müzakirələrə səbəb olub. -ın məlumatına görə, çəkiliş zamanı səhnədə nümayiş olunan səhnəcik zalda əyləşən tamaşaçılardan birinin reaksiyası ilə daha da rəngarəngləşib. Belə ki, qadın tamaşaçının səhnəcik zaman

05.09.2026 300
.

Freddi Merkurinin külünün yeri 35 ildir sirrdir

Məşhur "Queen" qrupunun mərhum solisti Freddi Merkurinin yaxın dostu Meri Ostin müğənninin külünün haraya səpdiyimi 35 ildir sirr saxlayır. Axşam.az xəbər verir ki, o, bu barədə "The Guardian"a müsahibəsində danışıb. Meri bildirib ki, bu, Merkurinin ölümündən əvvəl ona etdiyi şəxs

06.09.2026 255
.

Bülənt Ərsoyun milyonluq boyunbağısı

Türkiyənin məşhur sənətçisi Bülent Ersoy dəbdəbəli görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçinin sosial şəbəkədə yayılan görüntülərində iri zümrüd qaşlı boyunbağı ilə kamera qarşısına keçdiyi görülüb. Bildirilir ki, boyunbağının hazırlanmasında Kolumbiya zümrüdündən istifadə olunub v

07.09.2026 342
.

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı

Xalq artisti Niyaməddin Musayevin yeni görüntüləri yayılıb. Axşam.az xəbər verir ki, məclislərdən birində lentə alınan videoda ifaçı da yer alıb. Lakin görüntülərdə fotoşopdan istifadə edilməsi izləyicilərin müzakirəsinə səbəb olub

01.09.2026 489
.

"Mənim yeganə övladım olaraq qalacaqsan"

Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiaqonun doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı paylaşımında onun hər zaman özünün yeganə övladı olaraq qalacağını vurğulayıb. "Kaş bu dünya dəyişməsəydi, sə

06.09.2026 245
.

"Heç bir süni intellekt onun ifa ruhunu əvəz edə bilməz"

Əməkdar artist Sevda Ələkbərzadə hər kəsin süni intellektlə hazırlanmış mahnıları dinlədiyini bildirərək gileylənib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Hara gedirsən hər yerdə robot (süni intellekt ) oxuyur, bezdim vallah, - müğənni paylaşımınd

04.09.2026 294
.

"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO

Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə

05.09.2026 261
.