Rusiya XİN-dən Simonyanın sözlərinə sərt cavab

Rusiya XİN-dən Simonyanın sözlərinə sərt cavabErmənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın səfərbərlik elan ediləcəyi təqdirdə ölkəsinin Rusiyadan gələcək yeni miqrant axınını qəbul etməyə hazır olduğu barədə açıqlaması Rusiya Xarici İşlər Nazirliyinin sərt reaksiyasına səbəb olub.

BiG.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözləri nazirliyin "Telegram" kanalında dərc olunub.

"Biz A. R. Simonyanın açıqlamalarını təxribat hesab edirik. Əslində, bu açıqlamalar Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə sövq edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar verir", - deyə Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi təxribat xarakterli suala cavab verərək Rusiyada mümkün səfərbərliklə bağlı fərziyyələr irəli sürüb. O qeyd edib ki, Rusiya rəsmiləri belə ehtimalları daha əvvəl təkzib ediblər.

Zaxarova əlavə edib ki, Rusiya tərəfi Simonyanın açıqlamalarını Yerevanın Qərbin və Kiyevin rəğbətini qazanmaq cəhdi kimi qiymətləndirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 99   Tarix: 29 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolumbiyada meşə yanğınları 50 min hektar ərazini məhv edib

Kolumbiyanın Tolima bölgəsində baş verən meşə yanğınları geniş ərazidə ciddi fəsadlara səbəb olub. Yerli KİV-in məlumatına görə, yanğınlar nəticəsində ümumilikdə 50 min hektardan çox ərazi zərər görüb. Bunun 28 min hektarını kənd təsərrüfatı və heyvandarlıq üçün istifadə olunan sahələr təşkil edir. Preziden

28.08.2026 205
.

Bu ünvanlardakı binalar sökülə bilər

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər. -ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən A. Zeynallı küçəsi 35 ünvanındakı 1A saylı bina, A.Zeynallı küçəsi 37 ünvanındakı 2A saylı bina, M. S. Ordubadi küçəsi 15 ünvanındakı 3 saylı bina və A. Zeynall

28.08.2026 267
.

Rusiya və Qazaxıstanın bu yağlarında təhlükəli maddələr aşkarlanıb - AQTA açıqladı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycana idxal olunan bəzi yağ məhsullarında insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiriciləri aşkarlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı laborator müayinələr zamanı Qazaxıstan və Rusiyanın müxtəlif istehsalçılarına məxsus yağ və marqarin məhsullarınd

28.08.2026 460
.

Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İclasın yekunund

28.08.2026 241
.

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin imzaladığı Əmrlə bu vəzifəyə Paşayev Hüseyn Ələsgər oğlu gətirilib. Yeni sədr müavini təyi

10:46 57
.

Rusiya XİN-dən Simonyanın sözlərinə sərt cavab

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın səfərbərlik elan ediləcəyi təqdirdə ölkəsinin Rusiyadan gələcək yeni miqrant axınını qəbul etməyə hazır olduğu barədə açıqlaması Rusiya Xarici İşlər Nazirliyinin sərt reaksiyasına səbəb olub. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyini

10:18 88
.

Sabunçu Tibb Mərkəzi ilə bağlı SENSASİYALI İDDİA: "Mikrob keçib bizə" - VİDEO

Sabunçu Tibb Mərkəzində üç ildən çoxdur hemodializ müalicəsi alan Günel Yıldırım son dövrlərdə səhhətində yaranan problemə görə ciddi narahatlıq keçirir. Onun Baku TV-yə bildirdiyinə görə, iki həftədən çoxdur ki, dializə girdikdən təxminən bir saat sonra onda və digər xəstələrdə üşütmə başlayır:. "Soruşuru

28.08.2026 386
.

Kəlbəcərə dolu yağdı - Video

Kəlbəcərdə bu gün hava şəraiti kəskin dəyişib. Rayona dolu yağıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud paylaşım edib. Görüntüləri təqdim edirik:

28.08.2026 281
.

Dubayda qəribə görünən qadağalar: bu barədə heç düşünmüsünüz

Birləşmiş Ərəb Əmirlikləri dünyəvi qanunvericiliklə yanaşı, İslamın təsir etdiyi normaların da mövcud olduğu bir ölkədir. Xüsusilə, yerli əhali İslamın müqəddəs mətnlərinə - Quran və Sünnəyə əsaslanan qaydalara riayət edir. Bu qaydalara, digər şeylərlə yanaşı, dini liderlərə, ümumiyyətlə, İslama hörmə

28.08.2026 266
.