Azərbaycanda qiymətlər niyə artır? - Bahalaşmanın görünməyən səbəbləri

Azərbaycanda qiymətlər niyə artır? - Bahalaşmanın görünməyən səbəbləri"Azərbaycanda qiymət artımının əsas səbəblərindən biri iqtisadi modelin struktur problemləridir. Müxtəlif məhsul və xidmətlərin bahalaşmasını yalnız dünya bazarındakı qiymət artımı, inflyasiya və ya sahibkarların marjası ilə izah etmək düzgün deyil".

Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.

O, qeyd edib ki, istənilən məhsulun yekun qiyməti onun istehsalı, idxalı, daşınması, saxlanması və maliyyələşdirilməsi zamanı yaranan xərclərdən formalaşır. Yanacağın, elektrik enerjisinin, vergi və digər ödənişlərin bahalaşması nəticədə məhsulun maya dəyərinə və satış qiymətinə təsir edir. Yəni qiymət mağazada deyil, məhsul ora çatana qədər formalaşır:

"Burada Azərbaycanın idxaldan yüksək asılılığı da mühüm rol oynayır. Bir çox məhsul, xammal, avadanlıq və komponent xaricdən gətirilir. Onların üzərinə daşınma, logistika, gömrük rüsumları, ƏDV, aksiz və digər xərclər əlavə olunur. Daha sonra topdansatış, anbar, maliyyələşmə və sahibkar marjası gəlir. Nəticədə məhsul mağazaya çatana qədər onun maya dəyəri əhəmiyyətli dərəcədə yüksəlir.

Bu baxımdan demək olar ki, inflyasiyanın müəyyən hissəsini elə ölkənin "qapısında" özümüz yaradırıq.

Gömrük tariflərinin yerli istehsalçını qorumaq funksiyası olsa da, burada müəyyən paradoks yaranır. Yerli istehsalı qorumağa çalışarkən həmin istehsalçının istifadə etdiyi xammal, avadanlıq və komponentləri bahalaşdıra bilərik. Sahibkarın xammal və digər istehsal vasitələri üzrə xərcləri artdıqda, o da məhsulunu yüksək maya dəyəri ilə istehsal etməyə məcbur olur.

Bu səbəbdən "idxalı azaltmaq" siyasəti daxili istehsal imkanlarının yaradılması ilə paralel aparılmalıdır. Yerli istehsalda istifadə olunan xammal, texnologiya, avadanlıq və komponentlər üçün aşağı və ya sıfıra yaxın gömrük tariflərinin tətbiqi daha rasional yanaşma ola bilər. Bu, həm istehsalın maya dəyərini, həm də daxili bazardakı qiymət təzyiqini azalda bilər.

Digər mühüm amil rəqabətdir. İdxaldan asılılıq, yüksək idxal xərcləri, zəif rəqabət və uzun vasitəçi zənciri birləşdikdə son istehlakçı yüksək qiymətlə üzləşir.

İdxaldan asılılıq + yüksək idxal xərcləri + zəif rəqabət + uzun vasitəçi zənciri = yüksək son istehlak qiyməti.

İnflyasiya ilə mübarizəni yalnız Mərkəzi Bankın üzərinə qoymaq da düzgün deyil. Pul-kredit siyasəti tələbi və pul təklifini tənzimləyə bilər, lakin logistika, gömrük, enerji, istehsal və rəqabət sahəsində yaranan xərcləri təkbaşına aradan qaldıra bilməz.

Ona görə antiinflyasiya siyasəti monetar tədbirlərlə məhdudlaşmamalıdır. Fiskal, gömrük, rəqabət, sənaye, kənd təsərrüfatı, logistika və enerji siyasətləri də birgə nəzərdən keçirilməlidir.

Əsas sual "qiymətləri necə donduraq?" deyil, "məhsulun maya dəyərini harada və necə aşağı sala bilərik?" olmalıdır.

Çünki inflyasiyanın bütün səbəbi gömrük deyil. Dünya bazarındakı qiymətlər, məzənnə, tələb, əməkhaqqı, enerji, logistika və digər amillər də rol oynayır. Lakin qiymət artımının müəyyən hissəsini elə ölkənin "qapısında" özümüz yaradırıq.

Nəticə etibarilə, qiymətlərin aşağı salınması üçün yalnız mağazadakı satış qiymətinə deyil, məhsulun ölkəyə daxil olduğu andan formalaşan maya dəyərinə diqqət yetirmək lazımdır. Çünki qiymətin böyük hissəsi mağazaya çatana qədər artıq formalaşmış olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 780   Tarix: 17 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

06.11.2026 308
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

06.11.2026 254
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

06.11.2026 242
.

Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi

Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil. xarici mediaya istinadla xəbər verir ki, reklam sistemlər

06.11.2026 219
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

06.11.2026 399
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

06.11.2026 248
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

06.11.2026 247
.

39 yaşlı kişinin meyiti bağda tapıldı

Qazaxda 39 yaşlı kişinin meyiti tapılıb. -ın məlumatına görə, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü S.Orucovun meyiti bağ ərazisində aşkarlanıb. Onun ölüm səbəbi hələ məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır

06.11.2026 180
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

06.11.2026 225
.