Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu - MÜZAKİRƏLƏR BÖYÜYÜR

Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu - MÜZAKİRƏLƏR BÖYÜYÜRSosial şəbəkələrdə aparıcı Zaur Baxşəliyevin ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirə olunur. O, həyat yoldaşı Günayla bağlı danışarkən "Biz siam əkizləri deyilik, ər-arvadıq, bir-birimizə yapışmalı deyilik" deyərək, ər-arvadın hər an birlikdə olmasının vacib olmadığını bildirib. Bu fikirləri bəziləri dəstəkləsə də, bəziləri tənqidlə qarşılayıb.

Maraqlıdır ki, ailə psixologiyasına əsasən, cütlüklərin müəyyən müddət fərdi vaxt keçirməsi, şəxsi məkanının qorunması münasibətlərin sağlam qalması üçün faydalı hesab olunur. Hətta bəzi ölkələrdə "evlilik fasiləsi" (marital break və ya trial separation) hüquqi mexanizm kimi mövcuddur.

Aparıcı fikirlərində haqlıdırmı? Ər-arvadın hər an birlikdə olması münasibəti gücləndirir, yoxsa zəiflədir? Avropa ölkələrində tətbiq olunan "evlilik fasiləsi" kimi yanaşmalar bizdə də tətbiq edilməlidirmi?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, bu, ailədən ailəyə dəyişən məsələdir:

"Yəni hər ailə üçün eyni resept yoxdur. Doğrudur, "uzaqlıq sevgini artırır" kimi məşhur bir ifadə var və bəzi hallarda bu, həqiqətən də özünü doğrulda bilər. Ancaq bu, uzunmüddətli ayrılığa aid deyil. Məsələn, bir və ya iki aylıq fasilələr əksinə, münasibətlərə mənfi təsir göstərə, emosional yaxınlığı zəiflədə bilər. Amma situativ hallarda, tərəflərin qarşılıqlı razılığı əsasında qısa müddətli ayrılıq faydalı ola bilər. Bəzən insanlar uzun müddət fasiləsiz bir yerdə olduqları üçün yorğunluq və monotonluq hiss edə bilirlər. Belə hallarda bir-iki günlük qısa fasilə hər iki tərəfin bir-birinin dəyərini daha yaxşı hiss etməsinə kömək edə bilər. Bu, həm də münasibətlərə müəyyən mənada müsbət təsir göstərən psixoloji bir eksperimentdir. Həyatda bunun nümunələrini də görürük. Məsələn, həyat yoldaşlarından biri qısa müddətə ata evinə, ezamiyyətə və ya səfərə gedir. Bir-iki həftədən sonra geri qayıdanda münasibətlərdə yenidən istilik və yaxınlığın artdığı müşahidə olunur. Çünki insanlar bir-birinin yoxluğunu hiss edir və birlikdə olmağın dəyərini daha yaxşı anlayırlar".

Sosioloq bildirib ki, bu məsələyə Azərbaycanın ailə dəyərləri və mədəni ənənələri prizmasından yanaşmaq lazımdır:

"Qərb ölkələrində tətbiq olunan bəzi modelləri olduğu kimi bizim cəmiyyətə gətirmək düzgün olmaz. Bizim ailə modelimiz fərqlidir. Ancaq qarşılıqlı razılıq əsasında, məsələn, xanımın bir neçə gün valideynlərinin evində qalması və ya tərəflərin qısa müddətlik fərdi vaxt ayırması münasibətlərə müsbət təsir göstərə bilər. Əsas məsələ ayrılığın özü yox, həmin müddətin tərəflərə bir-birinin dəyərini yenidən hiss etdirməsidir. Bu baxımdan belə qısa fasilələr bəzi ailələr üçün faydalı bir təcrübə ola bilər".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 794   Tarix: 01 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.