Səyahət sığortası nədir?

Səyahət sığortası nədir?"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan xidmətlərdən biridir. Təəssüf ki, Azərbaycanda bu məhsula maraq hələ də kifayət qədər aşağı səviyyədədir". Bunu BiG.AZ-a açıqlamasında sığorta üzrə mütəxəssis Şahin İszmayılov bildirib.

O qeyd edib ki, şengen ölkələrinə səfər etməyi planlaşdıran vətəndaşlar viza müraciəti zamanı səyahət sığortasını məcburi qaydada təqdim etməlidirlər: "Əks halda, onların viza müraciəti rədd edilir. Lakin digər qonşu və ya uzaq ölkələrə səfərlərdə belə bir tələb olmadığından, əksər insanlar səyahət sığortası almağa ehtiyac duymurlar.

Halbuki hər bir vətəndaş bilməlidir ki, xarici ölkədə baş verə biləcək gözlənilməz hadisə zamanı səyahət sığortası onun ən böyük təminatçısına çevrilə bilər. Xaricdə tibbi xidmətlərin qiyməti əksər hallarda çox yüksək olduğundan, qəfil xəstəlik, bədbəxt hadisə və ya təcili tibbi müdaxilə böyük maliyyə yükü yarada bilər. Səyahət sığortası isə bu xərclərin əhəmiyyətli hissəsini qarşılayaraq vətəndaşı həm maddi, həm də psixoloji baxımdan çətin vəziyyətdən qoruyur. Məhz buna görə də ölkə hüdudlarını tərk edən hər bir şəxs səyahət sığortasını vacib təhlükəsizlik vasitəsi kimi qiymətləndirməlidir.

2026-cı il yanvarın 1-dən etibarən Gürcüstanda qüvvəyə minən yeni qanuna əsasən, ölkəyə daxil olan bütün xarici ölkə vətəndaşlarının etibarlı səyahət sığortasına malik olması məcburidir.

Bu qərar Azərbaycan vətəndaşlarının bir qismi üçün gözlənilməz oldu və müəyyən narazılıq doğurdu. Çünki minlərlə vətəndaşımız Gürcüstana iş, təhsil, müalicə, biznes və qohumluq əlaqələri səbəbindən uzunmüddətli səfərlər edir. Belə hallarda uzunmüddətli səyahət sığortasının dəyəri xüsusilə ailə üzvləri ilə birlikdə səfər edənlər üçün kifayət qədər yüksək məbləğ təşkil edir və əlavə maliyyə yükü yaradır.

Lakin məsələyə digər prizmadan baxdıqda, bu tələbin ilk növbədə vətəndaşların təhlükəsizliyinə xidmət etdiyi görünür. Çünki heç kim gözlənilməz qəza, xəstəlik və ya digər risklərdən sığortalanmayıb. Belə vəziyyətlərdə sığorta şirkətləri yaranan tibbi və digər zəruri xərclərin qarşılanmasında mühüm rol oynayır. Buna görə də səyahət sığortasına əlavə xərc kimi deyil, xaricdə baş verə biləcək risklərə qarşı maliyyə təminatı və şəxsi təhlükəsizliyin ayrılmaz hissəsi kimi yanaşmaq daha doğru olardı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 390   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

16:50 172
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 193
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 221
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 277
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 325
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 233
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 164
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 227
.