Ölkəmizdə niyə ictimai WIFI-lar mövcud deyil?

Ölkəmizdə niyə ictimai WIFI-lar mövcud deyil?"Parkda, kafedə və ya ticarət mərkəzində təklif olunan pulsuz wifi rahatlıq üçündür, amma təhlükəsizlik baxımından ev və ya ofis şəbəkəsi qədər etibarlı sayılmır. Çünki bu tip şəbəkələr açıq mühitdir. Yəni eyni anda onlarla, bəzən yüzlərlə insan eyni şəbəkədən istifadə edir və bu risk ehtimalını artırır. Əsas problem ondadır ki, belə şəbəkələrdə məlumat ötürülməsi bəzən kifayət qədər qorunmur. Eyni şəbəkədə olan başqa biri texniki bilikdən istifadə edərək məlumat axınını izləməyə cəhd edə bilər". Bunu BiG.AZ-a açıqlamasında İKT üzrtə ekspert Elvin Həsənov bildirib.

O qeyd edib ki, üstəlik, çox yayılmış risklərdən biri də saxta wifi şəbəkələridir: "Məsələn, "Free WiFi", "Park_WiFi" kimi adla eyni məkanda saxta şəbəkə yaradılır və istifadəçi fərqinə varmadan ona qoşulur. Bundan sonra artıq istifadəçinin etdiyi bütün fəaliyyət risk altına düşə bilər. Ancaq bu o demək deyil ki, pulsuz Wi-Fi istifadə etmək tam təhlükəlidir. Sadəcə hansı işləri gördüyünüz çox önəmlidir. Məsələn, xəbər oxumaq, xəritəyə baxmaq, video izləmək kimi sadə istifadə təhlükəli deyil. Amma bank tətbiqinə daxil olmaq, kart məlumatı yazmaq, dövlət xidmətlərinə giriş etmək və ya iş e-poçtuna qoşulmaq artıq riskli sayılır. İstifadəçilər özlərini qorumaq üçün birincisi, qoşulduqları şəbəkənin həqiqətən həmin məkana aid olub-olmadığını dəqiqləşdirməlidirlər.

İkincisi, ictimai wifi-də heç vaxt kart məlumatı və ya şəxsi məlumat daxil edilməməlidir. Üçüncüsü, cihazda avtomatik wifi qoşulma funksiyasını söndürmək məsləhətdir ki, telefon özü naməlum şəbəkəyə qoşulmasın. Bir də saytlara daxil olarkən https ilə başlayan şifrəli bağlantılara üstünlük vermək vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

16:50 172
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 193
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 221
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 277
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 325
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 233
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 164
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 227
.