Apellyasiya şikayətlərinin ödənişli olması təhsildə nəyi dəyişə bilər? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin apellyasiya müraciətlərinin ödənişli olması ilə bağlı səsləndirdiyi təklif təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. O bildirib ki, xüsusilə əsassız apellyasiya müraciətləri qurum üçün ciddi resurs itkisinə səbəb olur və bu baxımdan prosesin ödənişli olması məqsədəuyğun hesab edilir. Hazırda qüvvədə olan qaydalar buna imkan verməsə də, təklif cəmiyyətdə müxtəlif suallar doğurub.
Bu yanaşma qəbul edilərsə, imtahan sistemi və abituriyentlərin apellyasiya hüququna necə təsir göstərə bilər? Yeni mexanizm əsassız müraciətlərin sayını azaldacaq, yoxsa bəzi abituriyentlərin öz hüquqlarını müdafiə etməsinə maneə yaradacaq?
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, Məleykə Abbaszadənin apelyasiya şikayətləri ilə bağlı təklifi cəmiyyətdə, təhsil ekspertləri və valideynlər arasında geniş müzakirələrə səbəb olan bir mövzudur. Onun sözlərinə görə, bu cür dəyişikliyin tətbiq edilməsi təhsil sistemində və imtahan prosesində bir neçə ciddi dəyişikliyə yol aça bilər: "Hazırda apelyasiya prosesinin pulsuz olması, bir çox abituriyentin öz nəticəsindən əmin olmasa belə, "bəlkə bəxtim gətirər" prinsipi ilə müraciət etməsinə şərait yaradır. Ödənişli sistemin tətbiqi, şagirdləri və valideynləri daha məsuliyyətli olmağa, real ehtimalı qiymətləndirməyə və həqiqətən də səhv olduğuna əmin olduqları halda müraciət etməyə təşviq edə bilər. Bu, müraciətlərin sayını kəskin azaldaraq, sistemin yükünü yüngülləşdirə bilər.
Çox sayda əsassız müraciət həm vaxt, həm də insan resursları baxımından Dövlət İmtahan Mərkəzi üçün ciddi yük yaradır. Ödənişli sistemin tətbiqi ilə real ehtiyacı olan şagirdlərin müraciətlərinə daha çox vaxt və diqqət ayrılması mümkün ola bilər. Beləliklə, apelyasiya prosesi daha keyfiyyətli və dərin araşdırma ilə həyata keçirilə bilər.
Bu dəyişikliyin ən çox müzakirə olunan tərəfi sosial ədalətdir. Əgər rüsum məbləği yüksək müəyyən edilərsə, bu, aşağı gəlirli ailələrdən olan şagirdlər üçün bir maneəyə çevrilə bilər. Hətta haqlı olduqları halda belə, maddi imkansızlıq səbəbindən şagirdlər öz hüquqlarını müdafiə etməkdən çəkinə bilərlər. Bu riskin qarşısını almaq üçün adətən "əgər müraciət haqlı çıxarsa, ödənilən məbləğ geri qaytarılsın" kimi bir mexanizmin olması vacib sayılır.
Əgər ödənişli sistem tətbiq olunarsa, DİM-in üzərinə daha böyük məsuliyyət düşür. İnsanlar pul ödədikləri prosesin daha şəffaf, daha ədalətli və daha obyektiv olmasını tələb edəcəklər. Hər hansı bir qərəzli yanaşma və ya şübhəli nəticə, ictimai etimadı daha sürətlə sarsıda bilər.
Belə bir addımın atılması, böyük ehtimalla, imtahan prosesində "keyfiyyət və intizam" axtarışıdır. Ancaq bu prosesin uğurlu olması üçün iki əsas şərtə əməl olunmalıdır:
1. Məbləğ əlçatan olmalıdır: Ailələrin büdcəsinə ağır yük olmamalıdır.
2. Geri qaytarılma mexanizmi: Haqlı çıxan şəxslər üçün ödənişin geri qaytarılması qaçılmaz olmalıdır ki, sistem "cərimə" kimi deyil, "tənzimləyici" kimi qəbul edilsin".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖtən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
16:50 172 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 193 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 221 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 277 Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13.11.2026 325 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 233 Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
20:15 70 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
17:20 164 Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy
10:31 227