"Avropa üçün Azərbaycan yalnız tərəfdaş ölkə deyil, həm də enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir" - BƏHRUZ QULİYEV

"Avropa üçün Azərbaycan yalnız tərəfdaş ölkə deyil, həm də enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir" - BƏHRUZ QULİYEV"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyenin Azərbaycan və Ermənistana gözlənilən səfəri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi diqqət doğurur. Bu səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Avropa İttifaqının regiona dair yeni strateji yanaşmasının göstəricisi kimi qiymətləndirilməlidir.

Nəzərə almaq lazımdır ki, son dövrlərdə Avropa Parlamenti və Avropa Şurasının bəzi strukturlarında Azərbaycana qarşı qərəzli xarakter daşıyan qətnamələr qəbul olunub. Lakin bu siyasi sənədlərlə Avropa Komissiyasının praktik siyasəti arasında müəyyən fərqlər mövcuddur. Çünki Avropa Komissiyası ilk növbədə enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi strateji məsələləri ön plana çıxarır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Avropa üçün Azərbaycan yalnız tərəfdaş ölkə deyil, həm də enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, bu gün Avropa üçün Azərbaycan yalnız tərəfdaş ölkə deyil, həm də enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Xüsusilə, Cənub Qaz Dəhlizi, yaşıl enerji layihələri və Orta Dəhlizin inkişafı fonunda Bakının əhəmiyyəti daha da artıb. Məhz buna görə də Avropa İttifaqı siyasi müstəvidə zaman-zaman sərt bəyanatlar versə də, praktiki əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

"Ermənistana səfərin əsas məqsədi isə İrəvanın Avropa ilə inteqrasiyasını daha da gücləndirmək, islahatlara dəstəyi artırmaq və sülh prosesini təşviq etməkdən ibarət olacaq. Bununla yanaşı, Avropa İttifaqı çalışacaq ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində dialoqun davam etməsinə töhfə versin.

Əgər Ursula fon der Lyenin Bakı səfəri baş tutarsa, əsas müzakirə mövzularının enerji əməkdaşlığı, yaşıl enerji ixracı, nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik olacağı gözlənilir. Azərbaycan isə öz növbəsində Avropa ilə münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini bir daha vurğulayacaq.

Burada mühüm məqam ondan ibarətdir ki, bir tərəfdən Azərbaycana qarşı siyasi təzyiq xarakterli qətnamələrin qəbul edilməsi, digər tərəfdən isə Avropa Komissiyasının ən yüksək səviyyədə Bakıya dialoq üçün gəlməsi Brüsselin ikili yanaşmasını nümayiş etdirir. Bu, onu göstərir ki, Avropa İttifaqı siyasi ritorika ilə geosiyasi və iqtisadi maraqlar arasında balans saxlamağa çalışır.

Hesab edirəm ki, Azərbaycan artıq regionun təşəbbüs irəli sürən dövləti kimi öz mövqeyini möhkəmləndirib. Bu gün Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq Azərbaycanın iştirakı olmadan mümkün deyil. Məhz buna görə də Avropa İttifaqı bütün siyasi fikir ayrılıqlarına baxmayaraq Bakı ilə dialoqu davam etdirmək məcburiyyətindədir. Bu səfər də məhz həmin reallığın növbəti təsdiqi kimi qiymətləndirilə bilər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

16:50 172
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 193
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 221
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 277
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 325
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 233
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 164
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 227
.