Naxçıvanda avtobuslar kart sisteminə keçir

Naxçıvanda avtobuslar kart sisteminə keçirNaxçıvan Muxtar Respublikasında ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi və sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində növbəti mühüm addım atılır.

Oxu.Az NUHÇIXAN-a istinadla xəbər verir ki, bu çərçivədə Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC tərəfindən ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqi ilə bağlı təlimlərə başlanılıb.

Yeni sistem gediş haqqının bank kartları və xüsusi nəqliyyat kartları vasitəsilə ödənilməsinə imkan yaradaraq ödəniş prosesini daha rahat, operativ və şəffaf edəcək.

Layihənin uğurla həyata keçirilməsi məqsədilə avtobus sürücüləri və aidiyyəti əməkdaşlar üçün xüsusi təlimlər təşkil olunur. Təlimlər zamanı ödəniş terminallarından düzgün istifadə qaydaları, sərnişinlərə xidmət standartları, eləcə də yeni sistemin texniki və funksional xüsusiyyətləri barədə ətraflı məlumat verilir.

İlkin mərhələdə nəqliyyat kartlarının satışı və kart balansının artırılması Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin şəhər ərazisində fəaliyyət göstərən bütün poçt şöbələrində həyata keçiriləcək. Gələcək mərhələlərdə isə bu xidmət şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Nağdsız ödəniş sisteminin tətbiqi nəqliyyat sahəsində rəqəmsal transformasiya prosesinin mühüm tərkib hissəsidir. Bu yenilik həm maliyyə əməliyyatlarının şəffaflığını artıracaq, həm də sərnişinlər üçün daha təhlükəsiz, sürətli və rahat xidmət mühiti formalaşdıracaq.

Yeni sistemin tətbiqi ictimai nəqliyyat xidmətlərinin müasir standartlara uyğunlaşdırılmasına, vətəndaş məmnuniyyətinin artırılmasına və rəqəmsal xidmətlərin genişləndirilməsinə mühüm töhfə verəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 137   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Peleni geridə qoyan yeganə futbolçunun adını çəkdi

ABŞ prezidenti bildirib ki, yalnız Lionel Messi əfsanəvi braziliyalıdan daha yaxşı hesab olunmağa layiqdir. ABŞ prezidenti Donald Tramp tarixin ən görkəmli futbolçuları haqqında fikirlərini bölüşüb və əfsanəvi Peleni geridə qoyan oyunçunun adını çəkib. -ın xarici mediaya istinadən xəbərinə görə, amerikal

16:00 158
.

Pakistan Əfqanıstan sərhədində quru əməliyyatı keçirib, 29 döyüşçünü öldürüb

Pakistan təhlükəsizlik qüvvələri bazar günü Pakistan- Əfqanıstan sərhədi boyunca kəşfiyyat məlumatlarına əsaslanan quru əməliyyatı keçirib , ardınca terrorçuların sığınacaqlarına "kalibrlənmiş zərbələr" endirib və 29 döyüşçünü öldürüb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Pakistanı

11:52 173
.

Cənubi Koreya prezidenti millinin oyununun araşdırılmasını əmr etdi

Cənubi Koreya Prezidenti Li Çje Myon futbol üzrə milli komandasının dünya çempionatındakı uğursuzluğunun səbəblərinin araşdırılmasına dair göstəriş verib. xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Bu gözlənilməz nəticə ilə bağlı nəinki çaşqınlıq

10:45 204
.

Yay aylarında balıq yemək olar?

"Kürü tökmə dövründə balıq istehlakı ilə bağlı yayılan fikirlər həm bioloji, həm də qida təhlükəsizliyi baxımından kifayət qədər ciddi məsələdir. Bu mövzuda bəzi miflər olsa da məsələnin elmi tərəfini istehlakçılara çatdırmalıyıq. Kürü tökmə dövründə balıqların birbaşa zəhərli olduğunu demək doğr

14:55 175
.

Banklar vətəndaşların etimadını necə bərpa edə bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Son günlər bank sektorunda yaşanan texniki nasazlıqlar minlərlə vətəndaşın gündəlik maliyyə əməliyyatlarına mənfi təsir göstərdi. Kart ödənişlərində yaranan problemlər, mobil tətbiqlərə girişdə çətinliklər və bəzi köçürmələrin gecikməsi müştərilər arasında narahatlıq yaradaraq bank sisteminə olan etimad

13:07 217
.

Hörmüz boğazında gəmiçiliyin tam bərpası aylarla vaxt apara bilər

Hörmüz boğazında minaların təmizlənməsi zərurəti bölgədə atəşkəsin qüvvədə qalacağı halda belə, beynəlxalq dəniz daşımalarının qısa müddətdə əvvəlki səviyyəyə qayıtmasına imkan verməyəcək. BİG.AZ Financial Times-a istinadən xəbər verir ki, bunu Yaponiyanın NYK Line şirkətinin prezidenti Takaya Soga bildirib

12:39 203
.

Xaçmazda evin həyətində meyit tapıldı

Xaçmazda meyit tapılıb. xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon mərkəzindəki evlərdən birinin həyətində gənc oğlanın meyiti aşkar edilib. Meyiti tapılan şəxsin elə həmin ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Ələkbərov Ruslan Rövşən oğlu olması müəyyən edilib. Faktla bağlı Xaçma

11:45 214
.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1500-ə yaxınlaşıb, xilasetmə işləri davam edir

Xilasetmə qrupları bazar günü Venesuelada bu həftə baş verən iki güclü zəlzələdən sağ qalanları tapmaq üçün yarışa başladılar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, həyat əlamətləri on minlərlə itkin düşmüş şəxsin siyahısını azaltmaq üçün edilən çətin bir işə ara-sıra rahatlıq gətirirdi. Çərşənb

10:53 184
.

Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər

"Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-2030-cu illəri əhatə edəcək yeni maliyyə sektorunun inkişaf strategiyası hazırlayır. Strategiyada rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq". xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyala

14:00 191
.

TOP MP3