Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər
"Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-2030-cu illəri əhatə edəcək yeni maliyyə sektorunun inkişaf strategiyası hazırlayır. Strategiyada rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" tədbirində deyib.
O bildirib ki, AMB-nin rolu artıq təkcə maliyyə sabitliyini qorumaqla məhdudlaşmır:
"Hazırda biz, eyni zamanda, innovativ mühitin formalaşmasını özümüzə bir hədəf kimi görürük. Amma burada çox önəmli bir məsələ var - düzgün balansı qorumaq lazımdır".
Fidan Tofidinin sözlərinə görə, Mərkəzi Bankın tətbiq etdiyi xüsusi tənzimləmə rejimi (sandbox) innovativ maliyyə məhsullarının bazara çıxarılması üçün yeni imkan yaradıb:
"Biz bu iki ildə 35-dən çox müraciət almışıq. Bu, 35 yeni məhsul deməkdir. İndi isə düşünürük ki, bunu müraciət dövrlərinə bağlamayaq, daim açıq modelə keçək".
O qeyd edib ki, açıq bankçılıq layihəsi üzrə artıq bütün banklar inteqrasiya olunub:
"Açıq bankçılıq istifadəçilərə bir tətbiq üzərindən bütün hesablarını idarə etmək imkanı yaradır. Artıq bütün banklar inteqrasiya olunub, fintexlərin də sayı artıb. Bu, eyni zamanda sağlam rəqabət mühiti yaradır".
Departament direktoru bildirib ki, kriptoaktivlərlə bağlı qanun layihəsinin son variantı hazırlanaraq dövlət qurumlarına təqdim edilib:
"Virtual aktivlər, yəni kripto bazarları haqqında qanunun son versiyası artıq bizim tərəfdən hazırlanıb, dövlət qurumlarına göndərilib. Hər şey yaxşı getsə, ilin sonuna kimi ölkəmizdə kripto haqqında qanun təsdiqlənəcək".
Onun sözlərinə görə, növbəti strategiya real məlumatlara əsaslanacaq:
"Biz bütün maliyyə sektorunun rəqəmsal yetkinlik səviyyəsini ölçdük və çox maraqlı göstəricilər əldə etdik. Növbəti strateji dövr Mərkəzi Bankın fərziyyələrinə deyil, real məlumatlara əsaslanan strategiya olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 147 Tarix: 29 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKeir Starmer NATO-nun baş katibi ola bilər
Keir Starmer gələcəkdə NATO-nun baş katibi postuna namizəd ola bilər. Məlumata görə, 2028-ci ildə baş katib vəzifəsinin yenidən vakant olacağı dövrdə Starmerin bu posta maraq göstərdiyi iddia edilir. Bildirilir ki, bu planın reallaşması üçün o, baş nazirlikdən ayrıldıqdan sonra da House of Commons-d
12:22 178 İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı
İsrail hökuməti Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş vermiş hadisələri, xüsusən də ermənilərin kütləvi qətllərini yekdilliklə "soyqırımı" kimi qəbul edib. -ın "Euronews"a istinadən verdiyi xəbərə görə, bu təşəbbüs İsrailin xarici işlər naziri Gideon Saar tərəfində
11:30 170 Hörmüz boğazında gərginlik artır: İran Vaşinqtonla planlaşdırılan görüşdən imtina etdi
Hörmüz boğazında İran qüvvələri və ABŞ hərbçiləri arasında baş verən qarşılıqlı zərbələrə görə Tehran Vaşinqtonla iyunun 28-nə planlaşdırılan texniki danışıqları ləğv edib. xəbər verir ki, bu barədə IRIB telekanalı İranın sabiq ali rəhbərinin ofisinin üzvü Həbibullah Fəzailiyə istinadən məlumat yayıb
10:00 136 İsrail Livanın cənubundakı Hizbullahın yeraltı infrastrukturunu məhv edib
İsrail ordusu Livanın cənubundakı bir kənddə Livan Hizbullah qruplaşmasının istifadə etdiyi yeraltı infrastrukturu məhv edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə bazar günü İsrail baş naziri və müdafiə nazirinin birgə bəyanatında bildirilir. İsrailin Baş naziri Binyamin Netanyahu v
10:42 168 Nəriman Həsənzadənin SON DURUMU
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan -a verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadənin kompleks müalicəsi davam edir. Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığ
13:45 177 İsrail ordusu Livanın cənubunda 200 metr uzunluğunda terror tunelini dağıdıb
Netanyahu və Katzın açıqlamasına görə, tuneldə yüzlərlə silah və İsrailə raket atılacağı bir neçə şaxta var idi. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz bazar günü gecəsi İsrail Müdafiə Qüvvələrinin Livanda Hizbullahın istifad
11:19 170 Ərdoğan: "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil"
"1926-cı ildə baş tutan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil". "Report"a istinadən xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsini
14:30 122 Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib. IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "ThinkIn"
12:15 203 İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərə
12:45 161