Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər

Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblərHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib. IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "ThinkIn" təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil müəssisəsindən 1000-ə yaxın müəllim iştirak edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzi Nəbatat Bağında açıq hava formatında təşkil olunmuş festivalda Leyla Əliyeva və Alyona Əliyeva da iştirak ediblər.

Leyla Əliyeva və Alyona Əliyeva festival ərazisində yaradılmış müxtəlif fəaliyyət zonaları ilə tanış olub, milli zona, sənət emalatxanaları, yoqa və meditasiya sessiyaları, əl işləri yarmarkası və digər interaktiv məkanlarda iştirakçılarla səmimi söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib və məktəblilərin hazırladığı yaradıcı çıxışları izləyiblər. Onlara müxtəlif əl işlərindən ibarət hədiyyələr təqdim olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva festivalın hər kəsə gözəl və müsbət hisslər bəxş edəcəyinə inandığını bildirib. Leyla Əliyeva vurğulayıb ki, hər bir uşaq bir möcüzə, bir xəzinədir. Biz bunu nə qədər tez aşkar etsək, onların istedadları bir o qədər tez üzə çıxacaq. Müəllimlərin, valideynlərin və ümumilikdə böyüklərin uşaqları daha yaxşı anlamasının əhəmiyyətini qeyd edən Leyla Əliyeva mehribanlığın ən böyük xoşbəxtlik olduğunu bildirib.

Sonra Leyla Əliyeva müəllimlərə gördükləri məsuliyyətli işə görə minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində keçirilən panel müzakirəsində ümumtəhsil müəssisələrində xeyirxahlıq, mərhəmət, qarşılıqlı hörmət və empatiya kimi dəyərlərin təşviqinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Nərminə Hüseynova və ADA Universitetinin prorektoru Vəfa Kazdal bu xüsusda müəllimlərin gələcək nəsillərin və bütövlükdə cəmiyyətin inkişafında oynadığı mühüm rolu xüsusi olaraq vurğulayıblar.

Daha sonra festival çərçivəsində keçirilən "Xeyirxahlıq Marafonu"nun qaliblərinin mükafatlandırma mərasimi olub. Məktəblər arasında xeyirxahlıq mövzusunda hazırlanmış ən yaradıcı sosial media məzmunları müxtəlif nominasiyalar üzrə qiymətləndirilib, 55, 244, 83, 156, 185, 45, 277, 144, 211, 300 və 165 nömrəli məktəblər "Ən səmimi təşəkkür", "Xeyirxah əməllər mükafatı", "Ən yaxşı ekoloji təşəbbüs" və digər nominasiyalar üzrə qalib elan olunublar. Marafon məktəblərdə xeyirxahlıq, minnətdarlıq, yaradıcılıq və həmrəyliyin gündəlik davranış mədəniyyətinə çevrilməsini təşviq etmək məqsədilə keçirilib.

Yüksək əhval-ruhiyyə şəraitində keçən festival geniş konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Xeyirxahlıq Festivalının əsas məqsədi cəmiyyətin müəllimlərə olan dərin hörmət və minnətdarlığını ifadə etmək, məktəblərdə xeyirxahlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan sağlam təhsil mühitini təşviq etmək, empatiya və mənəvi dəyərlər üzərində qurulan təhsil mədəniyyətinin inkişafına töhfə vermək, eləcə də xeyirxahlığın təhsil sistemində və cəmiyyətin inkişafındakı mühüm rolunu nümayiş etdirməkdən ibarət olub.

Tədbir çərçivəsində keçirilən əl işləri yarmarkasında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi, "Birgə və Sağlam" Autizm Mərkəzi, Zəka Yolu İnkişaf Mərkəzi, "İZ Community", "Kashalata" və digər təşkilatların nümayəndələrinin hazırladıqları məhsullar tədbir iştirakçılarına təqdim olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 779   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

16:50 172
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 193
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 221
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 277
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 325
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 233
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

20:15 70
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 164
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 227
.