Tənha qadınların pensiya yaşı azaldıla bilərmi? - İqtisadçıdan AÇIQLAMA
Azərbaycanda sosial təminat və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi, xüsusilə həssas qruplardan olan vətəndaşların rifahının yaxşılaşdırılması məsələsi hər zaman gündəmdədir. Son dövrlərdə ən çox müzakirə edilən təkliflərdən biri də tənha qadınların pensiyaya daha tez yaşda çıxması ilə bağlıdır. Bəs bu addım iqtisadi baxımdan nə dərəcədə əsaslıdır və mövcud sistem buna imkan verirmi?
Mövzu ilə bağlı Oxu24.com-a özəl verən iqtisadçı-ekspert Pərviz Heydərov ölkədə pensiya-sığorta sisteminin hazırkı vəziyyətini və bu növ güzəştlərin tətbiqinin zəruriliyini şərh edib.
"Həssas qruplar üçün güzəştlərin tətbiq edilməsi vacibdir"
İqtisadçı bildirib ki, dövlətin sosial siyasətində müəyyən kateqoriyadan olan vətəndaşlara xüsusi yanaşmanın nümayiş etdirilməsi təbiidir və bu istiqamətdə güzəştlərin tətbiqi lazımdır:
"Ölkədə pensiya sığorta sistemində bu cür, bu tip müvafiq güzəştlərin təmin olunması, tətbiq edilməsi, əlbəttə ki, lazımdır. O cümlədən tənha qadınlar üçün pensiyaya daha tez yaşda çıxmalarına şərait yaradılması, o cümlədən çoxuşaqlı anaların vaxtından əvvəl pensiya hüququ əldə etmək şanslarının tanınması vacibdir və məqsədəuyğundur".
P.Heydərov vurğulayıb ki, tənha qadınların üzərinə düşən sosial və iqtisadi yük fərqlidir. Onların həm ailəni təkbaşına idarə etməsi, həm də iş həyatını davam etdirməsi yaşlaşdıqca daha da çətinləşir. Bu baxımdan, qanunvericilikdə onlara münasibətdə yaş həddinin aşağı salınması humanist və sosial dövlət prinsiplərinə tamamilə uyğundur.
Çoxuşaqlı analarla bağlı qanunvericilik dəyişməlidirmi?
Ekspert mövcud qanunvericilikdə çoxuşaqlı analarla bağlı olan müddəalara da toxunaraq, bu məsələdə yanaşmanın dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib. O, əvvəlki dövrlərdəki təcrübəni xatırladaraq qeyd edib:
"Əvvəllər bu güzəşt (çoxuşaqlı ana statusu) üç uşaq nəzərdə tutularaq tətbiq olunurdu. Son dövrdə isə bu, beş uşaqlı analar üçün tətbiq olunur. Yəni hazırda çoxuşaqlı ana dedikdə, beş uşağı olan analar hesab olunur".
Pərviz Heydərov bu rəqəmin optimallaşdırılmasının tərəfdarı olduğunu gizlətməyib:
"Mən çox istərdim ki, elə bu, üçuşaqlı analar üçün də tətbiq olunsun. Yəni çoxuşaqlı dedikdə, ikidən çox uşaq nəzərdə tutulanda, ikidən çox uşağı olan analar üçün bu çoxuşaqlı ana hesab olunsun".
Ekspertin sözlərindən belə məlum olur ki, həm çoxuşaqlı anaların (iki və daha artıq uşağı olanların), həm də tənha qadınların sosial müdafiəsini gücləndirmək üçün pensiya yaşının azaldılması təkcə sosial deyil, həm də mənəvi bir zərurətdir. Pensiya-sığorta sistemində aparılan islahatlar çərçivəsində bu kimi humanist addımların atılması və qadınlara vaxtından əvvəl əmək pensiyası hüququnun verilməsi cəmiyyətdə sosial ədalət prinsipini daha da möhkəmləndirə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 614 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30.09.2026 293 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
30.09.2026 236 Azərbaycanda yeni lazer idarəetməli raket hazırlanıb
Azərbaycan istehsalı "MGK MK-82 500 LBS" lazer idarəetməli raketi ilk dəfə "ADEX 2026" sərgisində nümayiş etdirilib. BİG.AZ -a istinadla xəbər verir ki, çəkisi 250 kiloqram olan raket döyüş şəraitində lazerlə işarələnmiş sabit hədəfləri məhv etmək üçün istehsal olunub. Raket Azərbaycand
30.09.2026 218 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 92 İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı
Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"
30.09.2026 211 Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə
10:39 64 Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi
Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı
10:16 98 "AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal
10:19 98 Pakistan Əfqanıstanın iki əyalətini bombaladı - 9 mülki şəxs öldü
Pakistan Əfqanıstanın şərqində və cənubunda hava zərbələri həyata keçirib. xəbər verir ki, bu barədə Əfqanıstan Ali Liderinin sözçüsü Zəbihullah Mücahid X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Kunar əyalətinin Çuqam və Helmand əyalətinin Səfər bölgələrində yaşayış binalarına zərbələ
10:30 84