BANK KARTINDA PUL SAXLAYANLARIN DİQQƏTİNƏ - Ekspertdən vacib xəbərdarlıq

BANK KARTINDA PUL SAXLAYANLARIN DİQQƏTİNƏ - Ekspertdən vacib xəbərdarlıqÖtən günlərdə Azərbaycanda bir sıra bankların müştəriləri kart hesablarında gözlənilməz vəsait azalmaları və balans uyğunsuzluqları ilə qarşılaşıblar.

"AzPolitika" xəbər verir ki, hadisə qısa müddətdə sosial şəbəkələrdə və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, problemlə üzləşən banklar arasında "ABB", "AccessBank", "Expressbank" və "Yelo Bank" yer alıb.

Yaranmış anlaşılmaz vəziyyətə ilk reaksiya "ABB"dən gəlib. Məsələ ilə bağlı açıqlama verən ABB problemin üçüncü tərəf provayderində yaranmış texniki nasazlıqla əlaqədar olduğunu bildirib.

Diqqət çəkən məqamlardan biri odur ki, sözügedən bankların hamısı eyni prosessinq mərkəzi - "Azericard" vasitəsilə fəaliyyət göstərir.

"Azericard" yayımladığı açıqlamada hadisənin banklararası hesablaşma fayllarının emalı zamanı yaranan və şirkətdən asılı olmayan texniki səbəblərlə bağlı baş verdiyini bildirib. Qurumun məlumatına görə, təkrarlanan əməliyyatlar ləğv edilib və hesablar mərhələli şəkildə əvvəlki vəziyyətinə qaytarılıb.

Azərbaycan Mərkəzi Bankı da hadisəyə münasibət bildirərək bunun kibermüdaxilə və ya kiberhücum olmadığını, ödəniş infrastrukturunun fəaliyyətində problem yaşanmadığını və məsələnin texniki səbəblərdən qaynaqlandığını bəyan edib.

Ekspert: "Vətəndaş hansı bankı seçməsindən asılı olmayaraq eyni risklə üzləşə bilər"

Baş verən hadisəni "AzPolitika"ya şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu cür hallar bank sistemində yüksək mərkəzləşmənin yaratdığı riskləri bir daha üzə çıxarır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov
Ekspertin sözlərinə görə, bu hadisə göstərdi ki, vətəndaşın vəsaitini hansı bankda saxlaması bəzən ciddi fərq yaratmaya bilər: "Belə hallar göstərir ki, vətəndaşın pulunu hansı bankda saxlamasının elə də böyük fərqi yoxdur. Görürük ki, bir prosessinq mərkəzində yaranan problem eyni anda bir neçə bankın müştərilərinə təsir göstərdi. Düzdür, problem sonradan aradan qaldırıldı, amma insanların yaddaşında xoşagəlməz təəssürat qaldı".

Ekspertin fikrincə, son illərdə bank kartlarından vəsaitlərin oğurlanması ilə bağlı xəbərlərin artması fonunda belə texniki problemlər əhalinin maliyyə sisteminə inamına da mənfi təsir göstərə bilər. Əkrəm Həsənov qeyd edib ki, son dövrlərdə bank sektoru ilə bağlı müxtəlif mübahisəli hallar müşahidə olunur və bu da vətəndaşların narahatlığını artırır.

Ekspert bildirib ki, onun iştirak etdiyi məhkəmə çəkişmələrindən birində müştərinin əmanəti ilə bağlı mübahisə yaranıb: "Məndə belə bir məhkəmə işi var. Vətəndaş banka müraciət edir və bildirir ki, əmanətini çıxarmayıb. Bank isə əmanətin çıxarıldığını iddia edir. Lakin bunu təsdiq edən kifayət qədər sübut təqdim olunmur. Belə halların sayı artır".

Onun sözlərinə görə, texniki nasazlıqlar fonunda vətəndaşların bank kartlarında iri məbləğdə vəsait saxlamağı təhlükəlidir.

Digər tərəfdən, mütəxəssislər qeyd edirlər ki, vahid prosessinq mərkəzlərinin fəaliyyəti banklar üçün xərclərin azaldılması, əməliyyatların sürətləndirilməsi və texniki xidmətin optimallaşdırılması baxımından mühüm üstünlüklər yaradır. Lakin eyni zamanda belə sistemlərdə baş verən hər hansı nasazlıq çoxsaylı bankların fəaliyyətinə eyni anda təsir göstərə bilir.

Məhz son hadisə də göstərdi ki, bir texniki problem qısa müddət ərzində minlərlə müştərinin hesabında balans dəyişikliklərinə səbəb ola və ciddi narahatlıq yarada bilər. Ekspertlər hesab edirlər ki, oxşar problemlərin təkrarlanmaması üçün texniki nəzarət və risk idarəetmə mexanizmlərinin daha da gücləndirilməsinə ehtiyac var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 559   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını

30.09.2026 232
.

Tualet kağızı vanna otağında saxlanılmamalıdır: bilirdinizmi, hara qoymaq lazımdır?

Tualet kağızı ehtiyatını hamam otağında saxlamaq rahat görünsə də, yüksək rütubət rulonların keyfiyyətini poza bilər. Kağız havadakı nəmi asanlıqla özünə çəkdiyindən onun saxlanıldığı yerə diqqət yetirmək lazımdır. xarici mediaya istinadla xəbər verir ki, duş qəbul edərkən və ya isti vannadan istifad

30.09.2026 227
.

Polşada ABŞ-nin daimi hərbi bazası yaradılacaq

ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib. BİG.AZ xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib. O qeyd edib ki, ABŞ-nin yeni strategiyasında əsas məqamlardan biri məhz Polşada amerikalı hərbçilə

30.09.2026 211
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

10:24 126
.

Bu məşhurların narkotik testinin nəticələri açıqlandı

Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb. BİG.AZ xəbər verir ki, istintaq çərçivəsində Afra Saraçoğlu, Aras Bulut İynemli və Yağız Sabuncuoğlunun testlərinin nəticələri bəlli olub. Afranın analizlərinin cavabı müsbət çıxıb. Onda

30.09.2026 326
.

Niyə yadplanetlilər Yerə hücum etmir?

Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric

30.09.2026 239
.

Zelenski cəbhə xəttinə getdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda şiddətli döyüşlərin getdiyi Liman istiqamətinə gedib. BİG.AZ xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat yayıb. Məlumata görə, cəbhə xəttinə onunla birlikdə müdafiə naziri Yevgeni Xmara, Ukrayna Silahlı Qüvvələrinin komandanı Mixai

30.09.2026 236
.

Futbol klubunun prezidenti başından güllələndi

"Botev" futbol klubunun prezidenti və sahibi İliyan Filipov Plovdivdə güllələnib. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, qətl dünən gecə yerli vaxtla saat 01 radələrində baş verib. Nəqliyyat və tikinti biznesi ilə də məşğul olan 53 yaşlı iş adamı başından aldığı güll

30.09.2026 229
.

Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik

"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb

30.09.2026 284
.