İsrail qüvvələri Livandan çıxır? - ABŞ Dövlət Departamenti sazişdə nəzərdə tutulan məqamları açıqladı

İsrail qüvvələri Livandan çıxır? - ABŞ Dövlət Departamenti sazişdə nəzərdə tutulan məqamları açıqladıİsrail və Livan arasında nizamlanma üzrə çərçivə sazişi İsrail qüvvələrinin tədricən Livandan çıxarılmasını nəzərdə tutur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ, İsrail və Livan rəsmiləri tərəfindən Vaşinqtonda imzalanan və ABŞ Dövlət Departamenti tərəfindən dərc edilən sənədin mətnində məlumat verilib.

Sazişdə qeyd olunur ki, İsrail hökuməti və Beyrut münaqişəyə son qoymaq və onun kökündə dayanan səbəbləri aradan qaldırmaq niyyətindədirlər.

Tərəflər Livan Silahlı Qüvvələrinin bütün Livan ərazisi üzərində effektiv suveren nəzarətini bərpa etməsini, eləcə də Livanda qeyri-hökumət qruplaşmalarının tərk-silah edilməsinə və respublikada onlarla əlaqəli infrastrukturun məhv edilməsinə səy göstərəcəklərini razılaşdırıblar. Sazişdə bildirilir ki, bu, İsrail qüvvələrini Livan ərazisindən tədricən çıxarmağa imkan verəcək.

Ehtimal edilir ki, bu mərhələli proseslə bağlı detallar ABŞ-nin tam dəstəyi ilə hazırlanmış əlavədə əksini tapacaq. Bu əlavədə, əsasən, təhlükəsizlik tədbirləri və yoxlama mexanizmləri razılaşdırılacaq.

Tərəflər Livan ərazisində iki zona müəyyən ediblər ki, bu zonalar üzərində nəzarəti İsrail qüvvələri tədricən Livan qüvvələrinə təhvil verəcəklər. Məhz hansı ərazilərdən söhbət getdiyi isə bildirilməyib. Sənəddə göstərildiyinə görə, Livan hökuməti bütün öz ərazisi üzərində suverenliyin tam bərpa edilməsi və qorunması üzrə öz güclü və sarsılmaz öhdəliyini təsdiqləyir. İsrail hökuməti bəyan edir ki, Livandakı silahlı qruplaşmaların, o cümlədən "Hizbullah" hərəkatının yaratdığı təhlükənin aradan qaldırılması gələcəkdə hərbi əməliyyatların və ya respublika ərazisində İsrail Müdafiə Qüvvələrinin mövcudluğunun saxlanılmasına olan zərurəti ortadan götürəcək.

Xatırladaq ki, iyunun 26-da ABŞ dövlət katibi Marko Rubio İsrail və Livanın Vaşinqtondakı səfirləri Yehiel Leyter və Nada Hammade-Muavvad ilə birlikdə beş raund danışıqlardan sonra tərəflər arasında əldə edilən çərçivə sazişini elan ediblər. Onlar qeyd ediblər ki, bu sənəd İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" təşkilatı arasındakı münaqişədən sonra sülhə yol açır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 479   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qiymətlər niyə hər il artır? - Bahalaşmanın əsas səbəbləri

"Azərbaycanda qiymətlərin hər il müəyyən qədər artmasının əsas səbəblərindən biri iqtisadiyyatda gedən inflyasiya prosesidir. Qiymətlərin davamlı yüksəlməsi təkcə bir məhsulun və ya sahənin problemi deyil. Ərzaqdan xidmətlərə, tikintidən nəqliyyata qədər müxtəlif istiqamətlərdə qiymət artımını

12.08.2026 204
.

Dünən dənizdə batan "Krosna"nın solisti imiş

Ötən gün Xəzər rayonunun Buzovna qəsəbəsində, ən yaxın xilasetmə məntəqəsindən 2 kilometr aralıda, dənizin nəzarətsiz ərazisində batan Seymur Allahverdiyev müğənni olub. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, S.Allahverdiyev "Krosna" qrupunun solisti kim

12.08.2026 256
.

Alimlər xərçəngin yayılmasına təsir edə biləcək qidanı açıqladı

Kimyaterapiyadan sonra bəzi xərçəng hüceyrələri sağ qalaraq qocalmış hüceyrə vəziyyətinə keçə bilir. Lakin onlar tam fəaliyyətsiz qalmır, metabolik aktivliyini davam etdirərək şişin ətrafındakı mühitə təsir edən müxtəlif molekullar ifraz edirlər. Yeni araşdırma belə siqnallardan birinin adi fruktoz

12.08.2026 217
.

Tiktoker "səhra çiçəyi" SAXLANILDI

Sosial şəbəkədə etik qaydaları pozan daha bir tiktoker saxlanılıb. -ın əldə etdiyi xəbərə görə, 43 yaşlı Samirə Baxışova (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "səhra çiçəyi 99" profilində canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyət

12.08.2026 170
.

"İkiniz də öləsiniz elə, gün görməyəcəksiniz" - Məhkəmədə QARĞIŞ DAVASI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mircəlil Əzizlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, zərərçəkmişin hüquqi nümayəndəsi Nərgiz Şəfiyeva hadisədə iştirak edən ikinci şəxs - "Mercedes-Ben

12.08.2026 177
.

Yeni strateji üçbucaq: Qarabağ-Şərqi Zəngəzur-Naxçıvan

Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Muxtar Respublikada tətbiq olunan yeni idarəetmə modelinin üstünlükləri ilə bağlı dediyi fikirlər böyük ictimai marağa səbəb olub. Əsas prinsipial məqam ondan ibarətdir ki, söhbət inzibati statusun dəyişdirilməsindən yox, həmin status daxilində idarəetməni

12.08.2026 128
.

Narkotik çəkən pilot qəzadan son anda qurtuldu

"Air India" aviaşirkətinə məxsus təyyarə Fuketdən Yeni Dehliyə uçuş zamanı qəza təhlükəsi yaranıb. Buna səbəb təyyarə kapitanının narkotik maddənin təsiri altında olması olub. xarici mediaya istinadla bildirir ki, hadisə avqustun 4-də baş verib. Uçuş zamanı kapitan qəfil təyyarəni idarə etməy

12.08.2026 154
.

İngilis kanalında yeni rekord: Bir qayıqda 230 miqrant

Rekord sayda miqrant daşıyan kiçik qayıq Böyük Britaniyaya çatıb. xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Məlumata görə, qayıqda 230 nəfər olub. Bu, bir gəmidə İngilis kanalını keçərək Böyük Britaniyaya çatan ən böyük miqrant qrupudur. Bundan əvvəl bir qayıqla İngilis kanalını keçə

12.08.2026 184
.

Elektrikli maşın sahiblərinin DİQQƏTİNƏ: Evdə şarj edənlər daha çox elektrik pulu ödəyə bilər

Elektromobillərin mühərrikləri yüksək səmərəliliyi ilə seçilsə də, avtomobilin enerji ilə doldurulması zamanı müəyyən elektrik itkisi yaranır. Araşdırmaya görə, bəzi modellərdə ev şəraitində enerji doldurma zamanı bu göstərici 25 faizə yaxınlaşa bilər. xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlə

12.08.2026 166
.

TOP MP3