MM nümayəndə heyəti QDİƏT PA-nın 67-ci Baş Assambleyasında iştirak edəcək

MM nümayəndə heyəti QDİƏT PA-nın 67-ci Baş Assambleyasında iştirak edəcəkMilli Məclisin (MM) nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci Baş Assambleyasında iştirak edəcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iştirak məqsədilə Milli Məclisin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Kamran Bayramov və Səbinə Salmanova iyunun 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

Tədbirdə "Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf" mövzusunda müzakirələr aparılacaq, təşkilati məsələlərə baxılacaq. Assambleya çərçivəsində qurumun komitə iclasları da keçiriləcək.

Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər iyulun 2-də başa çatacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 99   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə narkotacirlərə qarşı əməliyyat: 412 kq narkotik ələ keçirilib

Türkiyənin 24 əyalətində narkotacirlərə qarşı əməliyyatlar keçirilib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyatlar Adıyaman, Afyonkarahisar, Antalya, Aydın, Balıkesir, Batman, Denizli, Diyarbakır, Edirne, Hakkari, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli

15:30 114
.

Venesuelada 50 mindən çox insan itkin düşüb - BMT

Venesuelanın şimalında baş verən iki zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb. xəbər verir ki, bu barədə BMT nümayəndəliyindən məlumat verilib. Qeyd edək ki, iyunun 25-də Venesuelanın şimalında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 589-a çatıb

26.06.2026 356
.

Nigeriyada binanın çökməsi nəticəsində 9 nəfər həlak olub

Nigeriyanın cənub-qərbindəki Laqos ştatında çökmüş üçmərtəbəli ticarət kompleksinin dağıntıları altından 9 nəfərin meyiti çıxarılıb, daha 27 nəfər xilas edilib. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyinə Laqos ştatının Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin daim

26.06.2026 257
.

Moskva ilk dəfə müharibənin nəticələrini hiss edir - FT

Moskva sakinləri Ukraynanın artan dron hücumları fonunda Rusiya rəhbərliyinin başlatdığı genişmiqyaslı müharibənin təsirlərini ilk dəfə daha açıq şəkildə hiss etməyə başlayıblar. xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazır. Qəzetin məlumatına görə, yaz aylarından etibarən Ukraynanı

14:30 165
.

MM nümayəndə heyəti QDİƏT PA-nın 67-ci Baş Assambleyasında iştirak edəcək

Milli Məclisin (MM) nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci Baş Assambleyasında iştirak edəcək. Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, iştirak məqsədilə Mill

16:20 61
.

Tramp ABŞ şirkətlərinə görə Avropanı tariflərlə hədələyib

Ağ Ev lideri Donald Tramp, Avropanın Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi tətbiq edəcəyi təqdirdə, ABŞ-yə ixrac etdiyi məhsullara yeni, yüksək tariflərlə hədələyib. "Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb. "Bir çox Avropa ölkəsi Amerika şirkətlərin

26.06.2026 315
.

Vensdən İrana: ABŞ zorakılığa zorakılıqla cavab verəcək!

ABŞ anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır. xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens X hesabında yazıb. "İran atəşkəs müqaviləsi imzalayıb. Biz ona əməl edirik. Amma anlaşma memorandumunun necə həyata keçirilməsi ilə bağlı fikir ayrılıqlar

11:15 196
.

Qızıl və gümüşün qiymətində artım qeydə alındı

Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində artım qeydə alınıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,2% yüksələrək 4 096,3 ABŞ dollarına çatıb. Eyni zamanda

12:45 165
.

Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb

Baltikyanı ölkələr Avropa İttifaqını (Aİ) Rusiyadan neft idxalına qadağanın tətbiqini sürətləndirməyə çağırıblar. Bu barədə Financial Times məlumat yayıb. Məlumata görə, Baltikyanı ölkələrin rəsmiləri Rusiyanın enerji ixracından əldə etdiyi gəlirlərin azaldılması məqsədilə Aİ-ni mövcud məhdudiyyətlər

13:30 166
.

TOP MP3