Kral Bukinqem sarayını TƏRK EDİR
Böyük Britaniya kralı III Çarlz Bukinqem sarayını tərk edir. Kral sarayda aparılan 10 illik bərpa işləri başa çatdıqdan sonra da oraya köçməyəcək. O, Londondakı Klarens Haus iqamətgahında yaşamağa davam edəcək.
Bizim.Media xəbər verir ki, bu qərarla Bukinqem sarayının təxminən iki əsrdir Britaniya monarxlarının əsas yaşayış yeri kimi istifadə olunması ənənəsinə son qoyulur.
Saray bundan sonra da rəsmi qəbul və dövlət mərasimlərinin əsas məkanı olaraq qalacaq.
Kral sarayının xəzinədarı Ceyms Çalmers bildirib ki, Bukinqem sarayı monarxiyanın əsas qərargahı statusunu saxlayacaq, xarici dövlət başçılarının qəbulu və rəsmi tədbirlər burada keçiriləcək. Zərurət yarandıqda kralın istifadəsi üçün sarayda xüsusi otaqlar da ayrılacaq.
369 milyon funt-sterlinq dəyərində bərpa layihəsi çərçivəsində sarayın köhnəlmiş elektrik, su və istilik sistemləri tamamilə yenilənir. Təmir işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
Eyni zamanda, kral ailəsinin maliyyə hesabatı da açıqlanıb. Məlumata görə, III Çarlz 2024/2025-ci maliyyə ilində 12,9 milyon funt-sterlinq vergi ödəyib. O, taxta çıxdığı 2022-ci ildən bəri ümumilikdə 30 milyon funt-sterlinqdən çox vergi verib.
Kralın əsas şəxsi gəlir mənbəyi olan Lankaster Hersoqluğu 2025/2026-cı maliyyə ilində ona 25,2 milyon funt-sterlinq qazandırıb.
Bundan başqa, kral ailəsinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan Suveren Qrantın 2026/2027-ci ildə 137,9 milyon funt-sterlinq olacağı açıqlanıb. Bununla yanaşı, III Çarlzın xahişi ilə bu məbləğin 2027/2028-ci ildən etibarən 100 milyon funt-sterlinqə endirilməsi planlaşdırılır.
Şahzadə Uilyamın ofisi isə onun 2024/2025-ci maliyyə ilində 7,76 milyon funt-sterlinq vergi ödədiyini açıqlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 541 Tarix: 27 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ donanması 30 yerüstü dron sifariş etdi
ABŞ Hərbi Dəniz Qüvvələri 30 pilotsuz yerüstü gəmi alacaq. xəbər verir ki, bu barədə TWZ xəbər agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Orta Pilotsuz Səth Gəmisi (MUSV) proqramı çərçivəsində müqavilələr üç şirkətə - Galliano Marine Services, Huntington Ingalls Industries (HII) və Saronic Technologie
10:45 88 Azərbaycan tarixinin yeni mərhələsi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
08:46 154 Azərbaycan yeni mərmiatan dron istehsal edib
Azərbaycan yeni mərmiatan dron istehsal edib. BİG.AZ- "Report"-a istinadla xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir. "Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədil
30.09.2026 217 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
10:10 166 Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi
Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı
10:16 112 Niyə yadplanetlilər Yerə hücum etmir?
Kainatda milyardlarla ulduz və planet varsa, niyə indiyədək başqa sivilizasiyaların izinə rast gəlməmişik? Alimlər Fermi paradoksu kimi tanınan bu suala yeni izah təklif ediblər. Yaxınlıqdakı planetlərdə həyat olsa belə, mürəkkəb canlıların yaranması üçün lazım olan enerji kifayət etməyə bilər. xaric
30.09.2026 236 Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
10:24 110 1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi
1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c
08:39 150 Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı
"Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərind
10:54 125