İran üzərində tam hərbi qələbə qazandıq - Tramp
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yaxın Şərqdə həyata keçirdiyi hərbi və diplomatik addımlardan danışıb.
Modern.az xəbər verir ki, Axios nəşrinə verdiyi müsahibədə Tramp bildirib ki, ABŞ İrana müxtəlif yollarla, o cümlədən dəniz blokadası vasitəsilə təzyiq göstərib və bu, İranın hərbi-dəniz qüvvələri üçün ciddi nəticələrə səbəb olub.
O, həmçinin vəziyyəti daha geniş regional münaqişələrlə əlaqələndirərək, ABŞ-ın Hindistan və Pakistan arasında gərginliyin artmasının qarşısını almaqda rol oynadığını vurğulayıb. Trampın sözlərinə görə, söhbət nüvə qarşıdurmasına çevrilə biləcək təhlükəli vəziyyətdən gedirdi.
"Pakistan məndən xahiş etdi ki, davam etməyək. Dedim ki, onları bəyənirəm. Mən Pakistanı və Hindistanı - iki nüvə dövlətini dayandırdım. Pakistanın baş naziri dedi ki, Tramp 50 milyon insanın həyatını xilas edib. Amma məncə, bu rəqəm daha böyükdür".
Trampın sözlərinə görə, tərəflər nüvə silahından istifadəyə çox yaxın idilər və onun müdaxiləsi böyük bir fəlakətin qarşısını alıb.
İranla əldə olunan razılaşmalardan danışarkən jurnalist tiv Kaputo qeyd edib ki, mövcud çərçivə razılaşması "qeyd-şərtsiz təslimiyyət" kimi görünmür. Tramp isə buna belə cavab verib:
"Yəqin ki, elə qeyd-şərtsiz təslimiyyətin özüdür. Onların artıq ordusu yoxdur. Hər şey dənizin dibindədir. Onların 159 gəmisi var idi".
Tramp bildirib ki, Amerikanın əməliyyatları İranın hərbi imkanlarını, o cümlədən hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini faktiki olaraq iflic edib.
"Biz onların hərbi hava qüvvələrini, hava müdafiəsini məhv etdik. Buna görə də orada tam sərbəst uça bilirdik. Hər şeyi sıradan çıxardıq. Onlar heç nə edə bilmirdilər".
Tramp əlavə edib ki, İran rəhbərliyinin digər mühüm fiqurlarına və strukturlarına da zərbələr endirilib və bunun ölkənin hərbi potensialını ciddi şəkildə zəiflətdiyini düşünür.
O, eyni zamanda əvvəlki ABŞ administrasiyalarının daha az qətiyyətli davrandığını bildirib və öz siyasətini keçmiş prezident Barak Obama dövründə İranın nüvə proqramı ilə bağlı imzalanmış sazişlə müqayisə edərək həmin razılaşmanı "fəlakət" adlandırıb.
Trampın sözlərinə görə, ABŞ-ın hərəkətləri İranın hərbi infrastrukturunun bir hissəsinin "tamamilə məhv edilməsinə" gətirib çıxarıb və o vurğulayıb ki, diplomatiyanın və münaqişələrin nəticələrini müəyyən edən əsas amil gücdür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 536 Tarix: 20 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
18:30 183 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 165 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi
10:37 333 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 195 Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək
Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi
19:04 188 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 231 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 188 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb - Video
Türkiyəli jurnalist Hamid İhtiyar Antalya şəhərində keçirilmiş COP31 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə qlobal iqlim dəyişikliyi ilə bağlı sual ünvanlayıb. xəbər verir ki, bununla bağlı jurnalist öz "Instagram" səhifəsində paylaşım edib. "Əgər dünyanın prezidenti olsaydınız
21:51 1 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
19:27 208