Azərbaycanda sosial şəbəkələr üçün yeni qaydalar müəyyənləşdiriləcək

Azərbaycanda sosial şəbəkələr üçün yeni qaydalar müəyyənləşdiriləcəkYaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderinin Azərbaycan Respublikasında fəaliyyətinə dair yeni qaydalar müəyyənləşdiriləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Yeni anlayışlar

sosial şəbəkə platforması - istifadəçilərə fərdi rəqəmsal hesab yaratmaq, digər istifadəçilərlə virtual əlaqə qurmaq və rəqəmsal məzmunu (mətn, foto, video, audio və s.) fərdi və (və ya) kütləvi şəkildə paylaşmaq imkanı verən, əsas funksiyası istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni təmin etməkdən ibarət olan informasiya sistemi;
yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması (platforma) - yaş məhdudiyyəti nəzərə alınmaqla, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) kütləvi şəkildə paylaşılması vasitəsilə istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni (təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması istisna olmaqla) təmin edən informasiya sistemi;
yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi (provayder) - platformanın texnoloji infrastrukturunu formalaşdıran, onun fəaliyyət prinsiplərini və istifadəçi qaydalarını müəyyən edən, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) paylaşılması alqoritmlərinə və istifadəçi məlumatlarının emalı prosesinə birbaşa nəzarət edən, habelə həmin platformanın idarə olunmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs;
fərdi rəqəmsal hesab - fiziki və ya hüquqi şəxsin platformada qeydiyyatı zamanı yaradılan, onun identifikasiyasını, ona məxsus məlumatların yerləşdirilməsini, idarə olunmasını və paylaşılmasını, digər istifadəçilərlə əlaqə qurulmasını, habelə xidmətlərdən fərdiləşdirilmiş qaydada istifadə edilməsini təmin edən, unikal identifikasiya və giriş məlumatları (istifadəçi adı, parol, çoxfaktorlu autentifikasiya vasitələri və s.) ilə qorunan, istifadəçiyə aid hüquq və öhdəliklərin tətbiq olunduğu rəqəmsal səhifə.
Provayderin Azərbaycan Respublikasında fəaliyyəti

Azərbaycan Respublikasının ərazisindəki istifadəçilərə xidmətlər təklif edən provayder fiziki şəxs olduqda vergi uçotuna, hüquqi şəxs olduqda isə (xarici hüquqi şəxsin isə filial və ya nümayəndəliyi yaradılaraq) "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.

Provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir.

Xarici hüquqi şəxs olan provayderin Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəlik Azərbaycan Respublikasının ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.

Xarici hüquqi şəxs olan provayder Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verəcək.

Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) şəxslərin platformada qeydiyyatına dair tələblər təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları 5 iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir.

Dövlət qeydiyyatına alınma tələbini 16 yaşı tamam olmamış şəxslərin fərdi rəqəmsal hesablarının yaradılmasına yol veriləyən platformaların siyahısına daxil edildikdən (siyahı qanuni qüvvəyə mindikdən) sonra 6 ay ərzində yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçiriləcək:

provayderə yazılı xəbərdarlıq ediləcək;
xəbərdarlıqdan sonra 30 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə provayderə 100 min manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək;
yuxarıda nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən 30 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə provayderə 300 min manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq ediləcək;
yuxarıda nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən 30 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul ediləcək;
yuxarıdakı qadağanın tətbiq edildiyi tarixdən sonra 90 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 % azaldılması üçün məhkəməyə müraciət təmin ediləcək. Bu müraciətə məhkəmə 5 gün müddətində baxacaq və qərar qəbul edəcək. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minəcək və qərardan şikayətin verilməsi onun icrasını dayandırmayacaq;
yuxarıda göstərilən müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 % azaldılması təmin ediləcək;
yuxarıda göstərilən tədbirin tətbiqindən sonra 60 gün ərzində dövlət qeydiyyatına alınma tələbinin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 % azaldılması təmin ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 650   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22.09.2026 242
.

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Siyahı

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artırılıb. Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin saytında müvafiq bölmə yenilənib. Hazırda sistemdə olan plastik cərrahların sayı 46-dan 51-ə çatdırılıb. Siyahıya əlavə olunanlar Amin Müzakir oğlu Əliyev, Turab Qurba

22.09.2026 343
.

Yaponiyada "Ducuan" tayfunu 4 nəfərin həyatına son qoyub

Sentyabrın 21-də Yaponiyaya daxil olan "Ducuan" tayfunu Honsu adasında ciddi fəsadlara o cümlədən can itkisinə səbəb olub. Azı 4 nəfər ölüb, 6 nəfər itkin düşüb. Yaponiya KİV-nin məlumatınat görə, bu barədə Tokionun yaxınlığında yerləşən və tayfundan ən çox zərər çəkən Kanaqava və Tiba prefekturalarını

22.09.2026 236
.

Məktəbli formasında yenilik: Ayrı-seçkiliyə yol verilməməlidir

Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında" qərar verib. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmaya

10:43 197
.

Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşməyə hazırdır. Bunu ABŞ dövlət katibi Marko Rubio NBC kanalına müsahibəsində bildirib. O, ABŞ tərəfinin İran Prezidenti Məsud Pezeşkianla da görüşə hazır olduğunu deyib. "Hazırd

22.09.2026 222
.

PAŞA QƏLBİNUR: "Biz ən qiymətli olan gözümüzü, görmə orqanımızı həmişə qorumağa borcluyuq"

Göz sağlamlığı insan həyatında mühüm rol oynayır. Uzun müddət telefon və kompyuter ekranına baxmaq, düzgün qidalanmamaq, yuxu rejiminə əməl etməmək və mütəmadi göz müayinəsindən keçməmək görmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Bəs gözlərimizi qorumaq üçün nələrə diqqət etməliyik və hansı hallard

22.09.2026 230
.

Kaliforniyada fövqəladə vəziyyət elan olunub

ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom El-Nino iqlim hadisəsinin təsiri altında rekord güclü fırtınaların regiona daxil olma təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib. Bu barədə ABŞ KİV-də məlumat yayılıb. "Yaxınlaşan El-Nino ilə əlaqəli fırtınalar mövsümünün rekor

22.09.2026 274
.

İlk Homo sapiensin üzü necə görünürdü?

Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf

22.09.2026 547
.

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşıb - Foto

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb. "Qafqazinfo" xəbər verir ki, ABŞ lideri sözügedən müsahibəni özünün "Truth Social"

11:15 116
.