"Tramp anlayıb ki, bu gün ukraynalılar qalibdir" - "The Economist"

"Tramp anlayıb ki, bu gün ukraynalılar qalibdir" - "The Economist"Donald Tramp artıq başa düşür ki, bu gün Ukrayna tərəfi qalib mövqedədir, Vladimir Putin isə məğlub tərəfdir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Economist" Fransa diplomatik mənbəsinə istinadən G7 sammitinin nəticələrinə dair yazır.

Məlumata görə, ABŞ daxil olmaqla yeddi ölkə Ukraynaya "sarsılmaz dəstəyini" bir daha təsdiqləyib və Rusiyaya qarşı təzyiqi artırmaq barədə razılığa gəlib. Bu, xüsusilə neft və qaz sektorunu hədəf alan yeni sanksiya paketləri ilə həyata keçiriləcək. Eyni zamanda, Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli silahlar və müttəfiq silahlarının Ukraynada lisenziya əsasında istehsalı imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Müzakirələr zamanı Fransa prezidenti Emmanuel Makron "Evian anı" adlanan konsepsiyaya istinad edib, Almaniya kansleri Friedrix Merz isə transatlantik münasibətlərdə "yeni ton"un yarandığını qeyd edib.

Fransız mənbə: "İndi Trampa aydındır ki, bu gün ukraynalılar qalibdir, uduzan isə Putindir", - deyə qeyd edib.

Bununla yanaşı, diplomatlar Trampın Ukrayna müharibəsinə yanaşmasının hələ də proqnozlaşdırılmasının çətin olduğunu vurğulayırlar. Avropada xatırladılır ki, o, əvvəl dəfələrlə Kiyevə dəstək barədə mövqeyini dəyişib və uzunmüddətli beynəlxalq münaqişələrdən uzaq durmağa meyllidir.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp G7 sammitində ABŞ müdafiə şirkətlərinin Ukrayna və Avropada lisenziya əsasında silah istehsal etməsi ideyasını nəzərdən keçirdiklərini bildirib. Liderlər sammitin yekununda Ukraynaya hərbi istehsalı artırmağa imkan verəcək lisenziyaların verilməsi və əlavə hava hücumundan müdafiə vasitələri, sistemlər və tutucu raketlərin tədarükünün genişləndirilməsi barədə razılığa gəliblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 92   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin Təhlükəsizlik Şurasını çağırdı

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Rusiyanın xarici siyasəti ilə bağlı görüş keçirib. xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Əsas məruzəni xarici işlər naziri Sergey Lavrov təqdim etdi . Görüşdə xarici işlər naziri Sergey Lavrov, həmçini

21:00 2
.

Takaiti: Yaponiya gəmisi Hörmüz boğazından uğurla keçib

Bu gün Yaponiya ilə əlaqəli bir gəmi Hörmüz boğazından uğurla keçərək Fars körfəzinin hüdudlarından kənara çıxıb. "Report" xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiti "X" sosial şəbəkəsindəki hesabında paylaşımında bildirib. Məlumata görə, sözügedən gəminin göyərtəsind

16:30 99
.

"Media savadlılığı haqqında" qanunun qəbulu təklif edilib

"Media savadlılığı haqqında" qanunun qəbulu təklif edilib. APA xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında "Media haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Sahib Alıyev çıxış edib. Deputat bildirib ki, dinlə bağlı bəzə

14:00 148
.

İsrail ordusu: Livanda onlarla "Hizbullah" üzvü öldürülüb, 80-dən çox hədəfə zərbə endirilib

İsrail ordusu ötən gecə Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbələr endirib. APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Nəticədə onlarla "Hizbullah" üzvünün öldürüldüyü bildirilib. Məlumata görə, atəşkəsin pozulmasına cavab olaraq, Bəq

18:15 1
.

Qartal Tərəfdaşı 2026" təlimləri Ermənistanda müzakirə mövzusuna çevrildi

Ermənistan və NATO ölkələri arasında keçirilən "Qartal Tərəfdaşı 2026" birgə hərbi təlimləri ölkənin tərəfdaşları arasında narahatlıq və çaşqınlıq yaradır. xəbər verir ki, bu fikri Ermənistan Milli Assambleyasının "Mənim Şərəfim Var" fraksiyasının rəhbəri Hayk Mamijanyan -ya açıqlamasınd

13:32 152
.

Putin danışıqlara hazırdı - Peskov

Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Rusiyanın Avropa ilə danışıqlara hazır olduğunu bildirib. xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib və qeyd edib ki, Rusiya bu əlaqələrin məhdudlaşdırılmasının təşəbbüskarı olmayıb. Kreml sözçüsü bildirib: "Preziden

20:00 1
.

Qızıl bazarında gözləntilər: qiymətlər yüksək qalacaq?

"Qızılın qiyməti ilə bağlı dəqiq proqnoz vermək çətin olsa da, mövcud qlobal iqtisadi və geosiyasi şərait bu qiymətli metalın orta və uzunmüddətli perspektivdə yüksək səviyyədə qalacağına işarə edir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O

14:28 141
.

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır - İDDİA

Anlaşılan o oldu ki, dövlət xəstəxanalarındakı Kompüter Tomoqrafiyası (KT) aparatları yoxa çıxıb. xəbər verir ki, bu barədə yazan jurnalist Elnurə Abuşova bildirib ki, həmkarımızın TƏBİB-dən aldığı rəsmi açıqlamada xəbər qismən təsdiqini tapdı:. "Yaqin özəllərə icarəyə verilib, çünki əvvəl vardı

19:45 1
.

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" qanuna təklif edilə

13:00 153
.

TOP MP3