Hər gün fərqinə varmadan şəkər qəbul edirik - təhlükəli tendensiya - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Hər gün fərqinə varmadan şəkər qəbul edirik - təhlükəli tendensiya - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMüasir dövrdə insanlar fərqinə varmadan gün ərzində böyük miqdarda şəkər qəbul edir. Xüsusilə paketləşdirilmiş şirələr, qazlı içkilər, şirin yoqurtlar, şokolad və müxtəlif hazır qidalar gündəlik rasionun ayrılmaz hissəsinə çevrilib. Bu məhsulların tərkibində olan gizli şəkər zamanla piylənmə, şəkərli diabet, ürək-damar problemləri və maddələr mübadiləsinin pozulması kimi ciddi sağlamlıq risklərinə yol aça bilər.

Bir çox insanlar isə qəbul etdikləri şəkərin miqdarını tam hesablamadıqları üçün təhlükənin fərqinə varmırlar. Bəs gündəlik həyatda paket qidalardan və şirəli içkilərdən orqanizmə daxil olan şəkərə necə nəzarət etmək olar və sağlam qidalanma üçün hansı addımlar atılmalıdır?
Hər gün fərqinə varmadan şəkər qəbul edirik - təhlükəli tendensiya - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, doğru qeyd etdiniz. İstehlak etdiyimiz qidalarla hər gün orqanizmimizə yüklü miqdarda şəkər daxil olur. Onun sözlərinə görə, bu gün şirniyyatlardan tutmuş, hazır paketli qidalara, qazlı və rəngli içkilərə qədər demək olar ki, hər yerdə şəkərlə qarşılaşırıq: "Ən böyük problem isə insanların bu şəkər miqdarına nəzarət edə bilməməsidir. Çoxumuz elə zənn edirik ki, əgər birbaşa şirin nəsə yemiriksə, deməli bədənimizə şəkər daxil olmur. Halbuki gündəlik qidalarımızın çoxunun tərkibində gizli şəkərlər var. Uzunmüddətli və nəzarətsiz şəkər qəbulu isə orqanizmdə ciddi sağlamlıq problemlərinə səbəb olur.

Şəkərin normadan artıq və xroniki şəkildə qəbul edilməsi bədəndə bir çox zəncirvari mənfi reaksiyalara səbəb olur. Beynəlxalq təşkilatlar sərbəst şəkərlərin gündəlik enerji qəbulunun 10%-indən, hətta daha yaxşı nəticə üçün 5%-indən az olması tövsiyə edilir. Qana sürətlə daxil olan şəkər insulin hormonunun davamlı olaraq yüksək qalmasına və zamanla insulin dirəncinə səbəb olur. Qaraciyər fruktozanı emal etməkdə çətinlik çəkir və artıq qalan şəkər birbaşa daxili orqanların ətrafında piylənməyə çevrilir. Yüksək şəkər qəbulu qan təzyiqini artırır, xroniki iltihab proseslərini hərəkətə gətirir və damar sərtliyi riskini çoxaldır. Qandakı artıq şəkər molekulları kollagen və elastin zülallarına bağlanaraq dərinin elastikliyini itirməsinə və erkən qırışların yaranmasına yol açır.

Mən çayı şəkərsiz içirəm, şirniyyat da yemirəm deyən bir çox insanın qan analizlərində yüksək qlükoza göstəricilərinə rast gəlinir. Qida texnologiyasında məhsulların rəf ömrünü uzatmaq, dadını və teksturasını tənzimləmək üçün şəkərdən geniş istifadə olunur.

Hazır sosuaslardan tutmuş, fit və dietik qidalar, paketli çörəklər, konservləşdirilmiş qidalar və bir çox qidada gizli şəkərlər var.

Şəkərə nəzarəti bir neçə qaydalara riayət edərək nail ola bilərik. Məhsulun ön tərəfindəki şəkərsiz, təbii, sağlam kimi manipulyativ iddialara deyil, arxa tərəfdəki tərkib hissəsinə baxmalıyıq. Şəkər özünü fərqli adlar altında gizlədir. Əgər tərkib siyahısında yüksək fruktozalı qarğıdalı şərbəti, maltoza, fruktoza, qlükoza, saxaroza, dekstroza, bəkməz, invert şəkər, maltodekstrin adları yazılıbsa, bilin ki, şəkər var. Ağ şəkər və süni şərbətlərlə zənginləşdirilmiş hazır qidalar əvəzinə yerli, mövsümi və təbii şəkər mənbələrindən istifadə edə bilərik. Rafinə edilmiş şəkəri az miqdarda yerli bal, ev şəraitində hazırlanmış meyvə quruları ilə əvəzləmək həm lif, həm də vitamin qəbulu baxımından daha faydalıdır.

Sousları, salat qarışıqlarını, şirniyyat alternativlərini evdə özümüz hazırlaya bilərik.

Şəkər qəbulunu birdən-birə sıfırlamaq bəzi insanlarda emosional aclıq, kəskin baş ağrıları yarada bilər. Bu səbəbdən prosesi tədricən, bədəni stressə salmadan həyata keçirmək lazımdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 09 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 264
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 156
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 188
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 178
.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

10:27 227
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

17:30 167
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

19:00 160
.

Tramp uçuşların dayandırılmasının səbəbi ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində ölkənin hava limanlarında yaşanan texniki nasazlığın mümkün səbəbi barədə danışıb. xəbər verir ki, Tramp uçuşların həyata keçirilməsində yaranan problemlərin köhnəlmiş avadanlıqlarla əlaqəli ola biləcəyini bildirib. "Bu, Federal Aviasiy

10:31 229
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

18:50 167
.