10 gündən sonra bu şəxslər işsiz qalacaq - AÇIQLAMA
Məhərrəm ayının başlaması ilə əlaqədar ölkədə toy, nişan və kütləvi əyləncə tədbirlərinin müvəqqəti dayandırılması xidmət sektorunda çalışan yüzlərlə sahibkarı və fərdi fəaliyyət göstərən şəxsi ciddi sınaq qarşısında qoyub. İllərdir formalaşan bu ənənəvi durğunluq dövrü şadlıq saraylarından tutmuş musiqiçilərə, gəlinlik salonlarından foto-video studiyalarına qədər geniş sahənin gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olur.
Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Məhərrəmlik ayının xüsusilə yay mövsümünə təsadüf etməsi həm xidmət sektoruna, həm də ərzaq bazarına müəyyən mənfi təsirlər göstərir:
"Bu dövrdə iqtisadi baxımdan zəncirvari geriləmə prosesi müşahidə olunur. Çünki toyların və müxtəlif şənliklərin keçirilməməsi ərzaq məhsullarına, xüsusilə kənd təsərrüfatı məhsullarına olan tələbatın azalmasına səbəb olur. Eyni zamanda qızıl bazarında passivlik yaranır, alıcı sayı azalır. Bununla yanaşı, bərbərxanalar, gözəllik salonları, gəlinlik və kirayə geyim mağazalarında da durğunluq müşahidə edilir. Restoran və şadlıq saraylarının fəaliyyətindəki geriləmə isə nəticə etibarilə şərabçılıq və digər əlaqəli sahələrə də təsir göstərir. Bütün bunlar zəncirvari şəkildə ölkə iqtisadiyyatına təsir edir. Xüsusilə yay aylarında, turizm mövsümünün canlandığı dövrdə uzunmüddətli dini mərasimlərin keçirilməsi bir sıra xidmət sahələrində gəlirlərin azalmasına gətirib çıxarır".
O qeyd edib ki, əhalinin daha aktiv və eyni zamanda daha az təminatlı hissəsinin böyük bir qismi məhz xidmət sektorunda çalışır:
"Şadlıq saraylarının fəaliyyətinin zəifləməsi qabyuyanların, ofisiantların, foto və video çəkilişi ilə məşğul olan şəxslərin, musiqiçilərin, müğənnilərin və digər xidmət sahəsi əməkdaşlarının gəlirlərinə birbaşa təsir göstərir. Paralel olaraq avto-kirayə sektorunda da geriləmə müşahidə olunur. Bu proses aqrar sektordan başlayaraq yüngül sənayeyə, qızıl bazarına və ümumilikdə xidmət sektoruna qədər geniş sahələri əhatə edir. Xüsusilə yay mövsümündə təxminən 60 günə yaxın davam edən belə bir mərhələnin iqtisadi aktivliyə mənfi təsir göstərdiyi bildirilir. Məhərrəmlik əsrlərdir davam edən dini və milli ənənənin hissəsidir və cəmiyyətin böyük hissəsi tərəfindən həssas şəkildə qəbul olunur. Bu səbəbdən məsələyə yalnız iqtisadi deyil, sosial və dini aspektdən də yanaşmaq vacibdir. Mövzu ətrafında ictimai müzakirələrin aparılması və müəyyən maarifləndirmə işlərinin görülməsi faydalı ola bilər. Xüsusilə dini mərasimlərin müddəti və iqtisadi təsirləri ilə bağlı din xadimlərinin, iqtisadçıların və ictimaiyyət nümayəndələrinin ortaq müzakirəsi cəmiyyət üçün daha balanslı yanaşmanın formalaşmasına kömək edə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 583 Tarix: 06 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
15:30 177 Rusiya daha iki kəndi işğal etdi
Rusiya ordusu Donetskin Dobropolye kəndini və Zaporojye bölgəsinin Svetlaya Dolina kəndini ələ keçirib. xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb
20:45 119 Hindistanda avtobus yanıb - 9 nəfər həlak olub
Hindistan paytaxtı Dehli yaxınlığındakı Böyük Noyda rayonunda sürətli avtomagistralda avtobusda baş verən yanğın nəticəsində azı 9 nəfər həlak olub. Bu barədə ANI agentliyi məlumat yayıb. Hadisə zamanı avtobusda 35 sərnişin olub. Yanğının səbəbləri müəyyənləşdirilir. Faktla bağlı cinayət işi açılıb
21:15 96 "Barely Breathing" mahnısı ilə dünyaca məşhurlaşan musiqiçi Duncan Sheik vəfat edib
"Barely Breathing" mahnısı ilə dünyada tanınan, Broadway-in mükafatlı "Spring Awakening" müziklinin bəstəkarı Duncan Sheik 56 yaşında vəfat edib. xarici mediaya istinad edərək xəbər verir ki, Sheik-in anası məşhur musiqiçinin Nyu-Yorkda ürək dayanması nəticəsində həyatını itirdiyin
16:52 163 "Üzüklərin hökmdarı" filmindəki Qandalfı sevənlərin gözü aydın
İan MakKellen yeni "The Lord of the Rings: The Hunt for Gollum" filmi ilə illər sonra Qandalf obrazına qayıdır. Aktyor məşhur sehrbaz obrazı ilə yenidən ekranlarda görünəcək. xarici mediaya istinadən xəbər verir ki, maraq doğuran "The Lord of the Rings: The Hunt for Gollum" filmində
16:41 185 Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
17:13 276 Təyyarə qəzasında bacı-qardaşı ölmüşdü - Sevgilisini qətlə yetirdi
Qusarda meşədə meyit tapılıb. APA-ya istinadla xəbər verir ki, sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində Bakı şəhər sakini 50 yaşlı Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunu
18:30 265 Aİ Ukraynaya 3 milyard avroluq növbəti ödənişi təsdiqləyib
Avropa İttifaqı dəstək məqsədilə Ukraynaya tezliklə 3 milyard avroya yaxın məbləğ ödəyəcək. APA Aİ Şurasına istinadən xəbər verir ki, məbləğin ödənişi ilə bağlı qərar təsdiq edilib. Bildirilib ki, məbləğin 800 milyon avroluq hissəsi Ukraynaya Dəstək Krediti çərçivəsində Kiyevə ödəniləcək. Bu dəstək vəsaitini
20:15 117 Mbappe "Qızıl top"u pulla almaq niyyətindədir - İDDİA
Fransa millisinin keçmiş oyunçusu Jerom Roten bildirib ki, Kilian Mbappenin "Qızıl top" mükafatını qazanacağı təqdirdə onun nüfuzuna xələl gələcək. -ın xarici mediaya istinadən məlumatına görə, Jerom Roten Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappenin "Qızıl top"
19:15 151