"Rusiya meylli və revanşist qüvvələrin tam şəkildə hakimiyyətə gəlməsi hazırkı mərhələdə daha aşağı ehtimal kimi görünür" - BƏHRUZ QULİYEV

"Rusiya meylli və revanşist qüvvələrin tam şəkildə hakimiyyətə gəlməsi hazırkı mərhələdə daha aşağı ehtimal kimi görünür" - BƏHRUZ QULİYEV"Ermənistanda keçiriləcək seçkilər təkcə bu ölkənin daxili siyasi gələcəyini deyil, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik və əməkdaşlıq gündəliyini müəyyənləşdirəcək mühüm siyasi hadisədir.

Hazırkı siyasi mənzərə və müxtəlif sorğular göstərir ki, Ermənistanda hakimiyyət uğrunda əsas mübarizə yenə də Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi siyasi komanda ilə müxalifət arasında gedir. Paşinyanın reytinqində əvvəlki illərlə müqayisədə müəyyən azalma müşahidə olunsa da, müxalifətin vahid namizəd və vahid siyasi platforma ətrafında birləşə bilməməsi hakimiyyətin əsas üstünlüklərindən biri olaraq qalır.

Bu baxımdan, mövcud vəziyyətə əsasən ən yüksək ehtimal yenə də Paşinyan komandasının seçkilərdə birinci siyasi qüvvə kimi çıxış etməsidir. Bunun əsas səbəbi müxalifətin parçalanmış vəziyyətdə olması, cəmiyyətin bir hissəsinin isə ölkənin yenidən keçmiş siyasi elitaların idarəçiliyinə qayıtmasını istəməməsidir. Eyni zamanda, Ermənistanın Qərblə münasibətlərinin inkişaf etdirilməsi xəttini dəstəkləyən seçici kütləsi hələ də kifayət qədər genişdir.

Lakin bu, Paşinyanın asan qələbə qazanacağı anlamına gəlmir. Əgər sosial-iqtisadi problemlər, təhlükəsizlik məsələləri və kilsə ilə hakimiyyət arasında yaranan gərginlik seçki kampaniyasının əsas mövzusuna çevrilərsə, onun rəhbərlik etdiyi siyasi qüvvə əvvəlki seçkilərlə müqayisədə daha az səs toplaya bilər. Bu halda koalisiya hökuməti variantı da gündəmə gələ bilər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Rusiya meylli və revanşist qüvvələrin tam şəkildə hakimiyyətə gəlməsi hazırkı mərhələdə daha aşağı ehtimal kimi görünür" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, digər tərəfdən, Rusiya meylli və revanşist qüvvələrin tam şəkildə hakimiyyətə gəlməsi hazırkı mərhələdə daha aşağı ehtimal kimi görünür. Bununla belə, onların parlamentdə təsir imkanlarını artırması və gələcək siyasi proseslərə daha fəal müdaxilə etməsi mümkündür.

"Hesab edirəm ki, bugünkü reallıq göstərir ki, Ermənistan seçkilərinin favoriti hələ də Paşinyan komandasıdır. Ancaq əsas sual onun qalib gəlib-gəlməyəcəyində deyil, hansı üstünlüklə qalib gələcəyində və seçkidən sonra ölkədə nə dərəcədə sabit siyasi idarəetmə formalaşdıra biləcəyindədir. Çünki Ermənistanın qarşısında duran əsas məsələ artıq təkcə hakimiyyət uğrunda mübarizə deyil, həm də sülh, kommunikasiyaların açılması, iqtisadi inkişaf və regional inteqrasiya ilə bağlı strateji qərarların verilməsidir. Bu qərarlar isə seçkinin nəticəsindən daha çox, seçkidən sonra formalaşacaq siyasi iradədən asılı olacaq." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 621   Tarix: 04 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 188
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14.11.2026 277
.

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca

14.11.2026 245
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

14.11.2026 212
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14.11.2026 257
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

14.11.2026 177
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 79
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

14.11.2026 239
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 146
.