Avstraliya 80 ildən sonra ən genişmiqyaslı hərbi islahatlara start verib
Avstraliya İkinci Dünya müharibəsindən bəri ən genişmiqyaslı hərbi islahatlara start verib.
Oxu.Az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Riçard Marlz Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" forumunda bəyan edib.
Onun sözlərinə görə, bunun səbəbi qlobal təhlükəsizlik sahəsində vəziyyətin kəskin şəkildə pisləşməsi və Hind-Sakit okean regionunda artan təhdidlərdir. Müdafiə idarəsinin rəhbəri bildirib ki, ölkənin silahlı qüvvələri döyüş gücünün artırılmasına diqqət yetirməklə dərin transformasiyadan keçir. Donanmanın inkişafı prioritet kimi müəyyənləşdirilib: müdafiə büdcəsinin 40%-dən çoxu dəniz qüvvələrinə yönəldilib.
Nazir qeyd edib ki, hökumət genişmiqyaslı silahlanma proqramını həyata keçirir, bu proqram AUKUS tərəfdaşlığı çərçivəsində atom sualtı qayıqlarının tikintisini, həmçinin yeni esmineslər, freqatlar və pilotsuz dəniz platformalarının yaradılmasını əhatə edir. Marlz cari strateji vəziyyəti 1945-ci ildən bəri Avstraliya üçün ən mürəkkəb və təhlükəli dövr kimi xarakterizə edib. Əsas çağırışlar sırasında o, sualtı infrastruktura qarşı təxribatları, Cənubi Çin dənizindəki gərginliyi, İran ətrafındakı vəziyyət və tənzimlənməyən "kölgə donanması"nın fəaliyyətini sadalayıb. Nazirin fikrincə, soyuq müharibədən sonrakı dövr qəti şəkildə başa çatıb və inandırıcı müdafiə imkanlarına investisiya qoymayan dövlətlər qaçılmaz olaraq xarici təzyiqə qarşı həssas olacaq və suverenliyini itirmək riski ilə üzləşəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 492 Tarix: 30 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkraynanın Danimarkadan alacağı hərbi yardım paketinin detalları açıqlanıb
Ukrayna ilin sonunadək Danimarkadan 645 milyon avro dəyərində hərbi yardım alacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, paketə müxtəlif yardım növləri, o cümlədə
14.11.2026 146 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
14.11.2026 215 Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə
14.11.2026 197 Paşinyan bir ayda Rusiyaya üç dəfə səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabr ayında danışıqlar üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırdığını bəyan edib. -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Paşinyan Dublin Beynəlxalq və Avropa Münasibətləri Məsələləri İnstitutunda çıxışı zamanı məlumat verib. "Dekab
14.11.2026 145 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarə
14.11.2026 260 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
14.11.2026 244 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14.11.2026 332 Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir
14.11.2026 191 TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14.11.2026 256