Şəmsi Qoca: Bu universitet aqrar təhsildə dönüş nöqtəsi olacaq
Azərbaycanda yeni universitet yaradılacaq. Bu məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, xarici universitetlərdən biri ilə əməkdaşlıq çərçivəsində birgə universitetin yaradılması nəzərdə tutulur.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, yaradılacaq yeni müştərək universitet Azərbaycanın aqrar və müasir təhsil sistemində yeni mərhələnin əsasını qoyacaq:
"Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı çərçivəsində xarici tərəfdaşla yaradılacaq universitet yalnız yeni ali təhsil müəssisəsi deyil, həm də aqrar sahədə strateji inkişaf layihəsidir. Bu əməkdaşlıq dünyanın qabaqcıl texnologiyalarının və innovativ tədris metodlarının Azərbaycana gətirilməsinə imkan yaradacaq. Gənclər dünya standartlarına uyğun təhsili ölkə daxilində əldə edə biləcəklər.
Bu inteqrasiya yerli müəllim və alimlərin beynəlxalq təcrübə qazanmasına, təhsilin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcək. Universitet xüsusilə akvakultura və balıqçılıq sahəsində uzun illərdir hiss olunan mütəxəssis çatışmazlığının aradan qaldırılmasına xidmət edəcək.
Xəzər dənizinin və daxili su hövzələrinin potensialı müasir elmi yanaşmalar, süni intellekt texnologiyaları, genetik tədqiqatlar və ekosistemlərin qorunması metodları vasitəsilə daha səmərəli şəkildə istifadə olunacaq. Tələbələr nəzəri biliklərlə yanaşı, laboratoriyalarda və regionlarda praktiki təcrübə də qazanacaqlar.
Ekspertin sözlərinə görə, universitet kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində də mühüm rol oynayacaq. Burada dron texnologiyalarını, ağıllı suvarma sistemlərini və rəqəmsal idarəetməni bilən yeni nəsil aqronom və menecerlər hazırlanacaq.
Universitet nəzdində fəaliyyət göstərəcək startap və inkubasiya mərkəzləri gənclərin elmi ideyalarını biznes layihələrinə çevirməsinə imkan yaradacaq. Bu isə aqrar sektorda əmək bazarına hazır peşəkar kadrların yetişdirilməsinə şərait yaradacaq.
Şəmsi Qoca vurğulayıb ki, qlobal iqlim dəyişiklikləri və su qıtlığı fonunda ərzaq təhlükəsizliyi strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, universitetdə aparılacaq elmi araşdırmalar yerli toxumçuluğun inkişafına, torpaqların şorlaşmasına qarşı mübarizəyə və heyvandarlıqda məhsuldarlığın artırılmasına töhfə verəcək.
Ekspert hesab edir ki, bu layihə Azərbaycanın aqrar sahədə elmi potensialını gücləndirəcək və ölkənin gələcək inkişafında mühüm rol oynayacaq."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 640 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPolşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi
Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş
14.11.2026 141 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14.11.2026 285 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 316 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
14.11.2026 197 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
14.11.2026 199 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 231 Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video
Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini
00:44 62 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
14.11.2026 198 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
14.11.2026 303