Ölkənin aqrar inkişafının istiqamətlərini müəyyənləşdirən müşavirə

Ölkənin aqrar inkişafının istiqamətlərini müəyyənləşdirən müşavirəErmənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə, bu müharibənin nəticəsi olaraq ərazisinin 20 faizinin işğalı Azərbaycanda kənd təsərrüfatının inkişafını ləngitmişdi. İllər çəkən işğal müddətində min hektarlarla bağ sıradan çıxdı, neçə-neçə suvarma sistemi yararsız hala düşdü. Azərbaycan Ordusunun tarixi Zəfərindən sonra işğal olunmuş ərazilərdə quruculuq işləri başladı və böyük uğurlarla davam etməkdədir. Quruculuq işləri təkcə tikinti sahəsinə aid deyil, bu, həm də kənd təsərrüfatının bərpasına və inkişafına aiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışında bildirdi ki, tarixi Zəfərdən sonra bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu, Azərbaycanın Zəfərdən sonra da Zəfər qazanacağının zəmanətidir. Dövlət başçısı bildirdi ki, "Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi".
"Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir".
Prezident İlham Əliyev müşavirədə Azərbaycan gerçəkliklərinin bəşərilik amilinə də toxunaraq qeyd etdi ki, bizim fəaliyyətimizlə kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın: "…bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır".
Regional İnkişaf proqramlarının icrasında sosial infrastruktur layihələrinin də uğurla icra olunduğunu, qəbul edilmiş proqramların və qərarların böyük dönüşə səbəb olduğunu, aqroparkların yaradılmasının kənd təsərrüfatının inkişafında çox böyük rol oynadığını, … da nəzərə çatdıran cənab İlham Əliyev dedi: "Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq".
Dövlət xətti ilə həyata keçirilən bir çox layihələrin kənd təsərrüfatının inkişafına böyük təkan verdiyini, dünyada gedən meyillərin kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərdiyini, torpaqlardan səmərəli istifadə olunmasının zəruriliyini, hər bir əkin üçün yararlı torpaq sahəsinin öz pasportu olmasıını, kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsinin, gübrə istehsalının artırılmasının, kənd təsərrüfatı texnikası ilə təminatın yüksəldilməsinin zəruriliyini də diqqətə çatdıran dövlət başçımız Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlanıldığını, Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün vaxtilə Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılan kanallaın Şirvan və Qarabağ kanalları adlandırıldığını da bildirərək dedi ki, "…bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər".
Azərbaycan Respublukasının Prezidenti cənab İlham Əliyev müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Hökumətin, Prezident Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, digər qurumların fəal işləməsinin zəruriliyini də diqqətə çatdırdı.
Bu müşavirə Azərbaycanda kənd təsərrüfatının daha dinamik inkişafının təmin edilməsi istiqamətində fəaliyyətin istiqamətlərini müəyyənləşdirən vacib bir tədbir oldu.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 97   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.95% artaraq 4.600 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 2.63% bahalaşaraq 78.20 ABŞ dolları təşkil edib

25.05.2026 228
.

Təhsildə AI mübahisəsi: Faydalı vasitə, yoxsa təhlükə?

Süni intellekt alətlərinin, xüsusilə ChatGPT-nin məktəblilər arasında geniş yayılması təhsil sahəsində yeni müzakirələrə səbəb olub. Bir çox valideyn və müəllim hesab edir ki, şagirdlərin ev tapşırıqlarını ChatGPT vasitəsilə hazırlaması onların araşdırma və düşünmə bacarıqlarına mənfi təsir göstərə bilər

12:31 44
.

Wi-Fi dövrünün sonu: Dünya yeni bir texnologiyaya keçməyə hazırlaşır

Getdikcə daha çox şirkət və istifadəçi adi Wi-Fi texnologiyasına alternativ hesab edilən LiFi texnologiyasına maraq göstərir. Yeni sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, məlumat ötürülməsi üçün radio dalğaları deyil, LED lampaların işığından istifadə olunur. Qaynarinfo xəbər verir ki, bu barəd

25.05.2026 310
.

Şəmsi Qoca: Bu universitet aqrar təhsildə dönüş nöqtəsi olacaq

Azərbaycanda yeni universitet yaradılacaq. Bu məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Sənəd

12:23 77
.

Trampla Cinpin arasında gərginlik: mövzu Yaponiyadı

ABŞ Prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında keçirilən sammitdə ən gərgin müzakirə mövzusu Yaponiyanın yenidən hərbiləşdirilməsi məsələsi olub. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Si Cinpin Yaponiyanı

25.05.2026 276
.

Cənubi Koreyada yol ötürücüsü çöküb

Cənubi Koreyanın paytaxtı Seulda söküntü işləri zamanı təhlükəli hadisə baş verib. Məlumata görə, Seosomun estakadasında aparılan işlər zamanı köhnə yol ötürücüsünün bir hissəsi qəfil çöküb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı altı nəfərin yaralandığı bildirilir. Yerli xilasedic

11:38 108
.

Süni intellekt nə edə bilməz? - Astrofizikin cavabı

Son dövrlərdə süni intellektin insanların gördüyü işlərin böyük hissəsini əvəz edəcəyi ilə bağlı fikirlər tez-tez səsləndirilir. Lakin elmi dairələrdə bu iddialara skeptik yanaşanlar da az deyil. Alimlər hesab edir ki, süni intellekt nə qədər inkişaf etsə də, insan yaradıcılığını tam şəkildə təkrarlay

25.05.2026 238
.

Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır

Azərbaycanda kənd təsərrüfatına hər zaman böyük diqqət göstərilib. Hələ Sovetlər dönəmində Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə aqrar respublika olan respublikamız kənd təsərrüfatı məhsullarının istehsalında SSRİ miqyasında aparıcı yerlərdən birini tuturdu. Ölkəni

11:49 98
.

Müşavirədə xarici investorlara mesajlar səsləndirilib

Prezident İlham Əliyev may ayının 25-də keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Azərbaycanın artıq dünyada orta güc kimi tanındığını bildirib və əlavə edib ki, bu məqam bir çox ölkələrin şirkətlərinin müxtəlif sahələrdə respublikamızla əməkdaşlığına stimul yaradır

11:57 94
.

TOP MP3