Yaponiyanın silahlanması Çinlə gərginliyi artırır - POLİTOLOQDAN AÇIQLAMA

Yaponiyanın silahlanması Çinlə gərginliyi artırır - POLİTOLOQDAN AÇIQLAMASon illər Yaponiya hökumətinin müdafiə xərclərini artırması, yeni silah sistemləri əldə etməsi və ordunun imkanlarını genişləndirməsi regionda diqqətlə izlənilir. Xüsusilə uzaqmənzilli raket proqramları, ABŞ ilə birgə hərbi təlimlərin intensivləşməsi və təhlükəsizlik strategiyasındakı dəyişikliklər Çin tərəfindən narahatlıqla qarşılanır.

Pekin rəsmi Tokiyo rəhbərliyini "yenidən silahlanma" siyasətində ittiham edir və bunun Asiya-Sakit okean regionunda gərginliyi artıra biləcəyini bildirir. Tayvan məsələsi və Şərqi Çin dənizində artan qarşıdurma fonunda iki ölkə arasında münasibətlərin daha da həssas mərhələyə keçdiyi qeyd olunur.

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Yaponiyanın müdafiə potensialını gücləndirməsi Asiya-Sakit okean regionunda təhlükəsizlik balansının yenidən formalaşdığını göstərir. Onun sözlərinə görə, Tokiyo hökumətinin son illərdə silahlı qüvvələrə daha çox investisiya ayırması və uzaqmənzilli müdafiə imkanlarını artırması əsasən Şimali Koreya raket sınaqları və Çinlə artan geosiyasi gərginliklə izah olunur: "Çin tərəfinin bu addımları "təhlükə" kimi qiymətləndirməsi regionda qarşılıqlı etimadın zəif olduğunu göstərir.

Bu proses yaxın dövrdə açıq hərbi qarşıdurmadan çox, diplomatik təzyiqlərin və hərbi-siyasi rəqabətin artması ilə müşahidə oluna bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 103   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

94 il sonra əfsanəvi firon heykəlinin ikinci hissəsi tapıldı

Misirdə aparılan arxeoloji qazıntılar zamanı əfsanəvi firon heykəlinin ikinci hissəsi aşkarlanıb. Tapıntı alimlər tərəfindən son illərin ən mühüm arxeoloji kəşflərindən biri hesab olunur. Qaynarinfo xəbər verir ki, "Daily Galaxy" nəşrinin məlumatına görə, 2024-cü ilin yanvarında Qahirənin cənubundak

25.05.2026 267
.

Babək Niftəliyevə vəzifə verildi

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbində yeni vəzifəyə təyin edilib. BİG.AZ Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Niftəliyev xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb. Qeyd edə

25.05.2026 372
.

Prezident Si Cinpinə başsağlığı verdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı

25.05.2026 266
.

Qətər Hörmüzdən gizli şəkildə tanker keçirir

Qətər Hörmüz boğazından əsas alıcılara nəzərəçarpmadan mayeləşdirilmiş təbii qaz göndərir. xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb. "Hörmüz boğazının tam olaraq blokadasına baxmayaraq, Qətər gizli şəkildə mayeləşdirilmiş təbii qaz daşıyan üç tankeri oradan keçirib. Çinə gedə

25.05.2026 233
.

Netanyahu xəstəxanaya yerləşdirildi

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə yerləşən tibb mərkəzlərindən birinə aparılıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Netanyahu bazar ertəsi axşam "Hadassah Ein Kerem" xəstəxanasına yerləşdirilib. Baş nazirin ofisi onun burada stomatoloji müalicə aldığını açıqlayıb

12:03 71
.

Deputat: Rusiya ilə əməkdaşlıq bərpa edilməlidir

Bolqarıstan parlamentində Rusiyaya qarşı tətbiq edilən sanksiyaların tamamilə ləğvi və Moskva ilə dialoqun bərpası məsələsi müzakirəyə çıxarılıb. xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bu barədə parlament üzvü Angel Georgiyev açıqlama verib. Georgiyev bildirib ki, Bolqarıstanın istifadəsind

11:43 87
.

ABŞ İranı bombaladı

ABŞ qüvvələri İranın cənubunda hərbi hədəflərə zərbələr endirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyat ABŞ hərbçilərini qorumaq məqsədilə həyata keçirilib və "özünümüdafiə xarakteri" daşıyıb. CENTCOM-un sözçüsü Tim Hokinsin açıqlamasın

12:19 0
.

Rusiya Ukraynanı bombaladı

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə genişmiqyaslı hava hücumu həyata keçirib. Məlumata görə, hücum zamanı iki "İsgəndər-M" tipli ballistik raketlə yanaşı, onlarla pilotsuz uçuş aparatı da istifadə olunub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukrayna tərəfi bildirir ki, ümumilikd

11:46 84
.

Arutyunyan və digərlərinin məhkəməsi başlayır

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorl

10:45 118
.

TOP MP3