"Prezident müşavirədə həm əldə olunan uğurları qeyd etdi, həm də mövcud problemləri açıq şəkildə diqqətə çatdırdı" - BƏHRUZ QULİYEV

"Prezident müşavirədə həm əldə olunan uğurları qeyd etdi, həm də mövcud problemləri açıq şəkildə diqqətə çatdırdı" - BƏHRUZ QULİYEV"Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, aqrar sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalır. Hələ 2004-cü ildə qəbul edilən Regional İnkişaf Proqramında kənd təsərrüfatının inkişafı xüsusi yer tuturdu və sonrakı illərdə verilən qərarlar, dövlət proqramları, subsidiyalar və güzəşt mexanizmləri bu strateji xəttin davamlı xarakter daşıdığını təsdiqlədi.
Dövlət başçısının da vurğuladığı kimi, kənd təsərrüfatına göstərilən dəstək təkcə iqtisadi məsələ deyil, həm də ölkənin ərzaq təhlükəsizliyi, regionların inkişafı və məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Prezident müşavirədə həm əldə olunan uğurları qeyd etdi, həm də mövcud problemləri açıq şəkildə diqqətə çatdırdı" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, fermerlərə subsidiyaların verilməsi, gübrə və yanacağın güzəştli şərtlərlə təmin olunması, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə təqdim edilməsi, eləcə də güzəştli kreditlərin ayrılması bu sahəyə dövlət qayğısının real göstəriciləridir.

Prezident müşavirədə həm əldə olunan uğurları qeyd etdi, həm də mövcud problemləri açıq şəkildə diqqətə çatdırdı. Bu yanaşma onu göstərir ki, dövlət başçısı kənd təsərrüfatında mövcud vəziyyəti obyektiv qiymətləndirir və qarşıda duran vəzifələri konkret şəkildə müəyyənləşdirir. Xüsusilə bəzi sahələrdə məhsuldarlığın aşağı olması, su təminatı, torpaqlardan səmərəli istifadə və idarəetmədə mövcud çatışmazlıqların aradan qaldırılması məsələləri xüsusi önəm daşıyır.

"Hesab edirəm ki. Prezidentin bəyan etdiyi Yeni Dövlət Proqramının hazırlanması isə aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Prezidentin səsləndirdiyi rəqəmlər də bu sahəyə diqqətin miqyasını aydın göstərir. Dövlət tərəfindən kənd təsərrüfatına təxminən 2 milyard manatdan çox vəsaitin yönəldilməsi, özəl sektorun isə təqribən 3 milyard manatdan artıq investisiya qoyuluşunda iştirakı aqrar sektorun ölkə iqtisadiyyatında mühüm yer tutduğunu nümayiş etdirir.

Bu siyasətin əsas məqsədi yalnız məhsul istehsalını artırmaq deyil, eyni zamanda müasir texnologiyaların tətbiqi, ixrac imkanlarının genişləndirilməsi, kənd yerlərində rifahın yüksəldilməsi və Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin müşavirədəki çıxışı göstərdi ki, kənd təsərrüfatının inkişafı gələcək illərdə də dövlət siyasətinin strateji istiqamətlərindən biri olaraq qalacaq və bu sahədə həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi gücünün daha da artmasına xidmət edəcək."- deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 492   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi

Polşanın xarici işlər nazirinin başqasının əmlakını mənimsəməkdə ittiham olunan müavini və Polşa Kəndli Partiyasının üzvü Vladislav Teofil Bartoşevski istefa ərizəsini təqdim edib. Lakin onun müraciəti hələ təsdiqlənməyib. -ın "TVP Info" telekanalına istinadən xəbərinə görə, bu barədə Polş

14.11.2026 141
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14.11.2026 285
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

14.11.2026 316
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

14.11.2026 197
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 199
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 231
.

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı - Video

Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. xəbər verir ki, o, videonu Leyla Əliyevanın sözlərinə bəstələnən mahnının müşayiəti ilə izləyicilərinə təqdim edib:. Görüntüləri buradan izləyə bilərsini

00:44 62
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

14.11.2026 198
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

14.11.2026 303
.