"Müasir dövrdə urbanizasiya dünyanın qarşısında duran əsas çağırışlardan birinə çevrilib" - BƏHRUZ QULİYEV
"Azərbaycanda WUF 13 kimi mötəbər beynəlxalq forumun keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, geosiyasi çəkisinin və qlobal təşəbbüslərdə fəal iştirakının növbəti təsdiqidir. Bu forum təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu platforma deyil, eyni zamanda dövlətlərin dayanıqlı inkişaf strategiyalarının formalaşdırıldığı mühüm beynəlxalq dialoq məkanıdır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert bildirib ki, müasir dövrdə urbanizasiya dünyanın qarşısında duran əsas çağırışlardan birinə çevrilib. Əhali artımı, iqlim dəyişiklikləri, nəqliyyat yükü, ekoloji təhlükəsizlik və sosial inklüzivlik kimi məsələlər artıq yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. WUF 13 məhz bu baxımdan dövlətləri, beynəlxalq təşkilatları, ekspertləri və akademik dairələri vahid platformada bir araya gətirərək qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
"Hesab edirəm ki, Azərbaycanın belə bir forumun ev sahibi seçilməsi təsadüfi deyil. Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, müasir şəhərsalma siyasəti, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə qurulan yeni yaşayış modelləri beynəlxalq səviyyədə maraq doğurur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi artıq təkcə regional deyil, beynəlxalq şəhərsalma təcrübəsi kimi də diqqətlə izlənilir.
Forum çərçivəsində yaşıl enerji, rəqəmsal transformasiya, dayanıqlı nəqliyyat sistemləri, ekoloji təhlükəsizlik və sosial rifah kimi məsələlərin müzakirəsi Azərbaycanın prioritetləri ilə də tam uzlaşır. Bu isə ölkəmizə həm öz təcrübəsini bölüşmək, həm də qabaqcıl beynəlxalq təcrübələri öyrənmək üçün əlavə imkanlar yaradır.
WUF 13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsinə, regionda lider dövlət kimi mövqeyinin güclənməsinə və yeni beynəlxalq tərəfdaşlıqların formalaşmasına ciddi töhfə verəcək. Eyni zamanda, bu forum ölkəmizin dayanıqlı inkişaf siyasətinin, müasir şəhərsalma modelinin və strateji baxışının beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.
Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız enerji və nəqliyyat layihələri ilə deyil, həm də qlobal inkişaf gündəliyinin formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir. WUF 13 isə bu reallığın növbəti beynəlxalq təsdiqi olacaq" - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 673 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan partiyasına xəbərdarlıq etdi: "Rusiya ilə bağlı mövzuları az müzakirə edin"
Ermənistanın Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının Rusiyanı tənqid edən qanadından Moskvaya qarşı tənqidi dayandırmağı xahiş edib. xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki mənbə məlumat verib. "İndilik Rusiya ilə bağlı mövzuları daha az müzakir
11:43 118 Rusiya-Ukrayna müharibəsi: gecə ərzində qarşılıqlı PUA hücumları
Rusiya və Ukrayna arasında qarşılıqlı pilotsuz uçuş aparatı hücumları davam edir. Sentyabrın 25-nə keçən gecə Rusiya qüvvələrinin Ukraynaya 300-ə yaxın PUA ilə hücum etdiyi bildirilir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 267 PUA məhv edilib və ya elektro
12:34 139 ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24.09.2026 224 Strateji valyuta ehtiyatlarımızın həcmi AÇIQLANDI
Qlobal risklərə baxmayaraq cari ilin ötən dövründə ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub və əsas makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Ümumilikdə, neft-qaz sektoru üzrə hasilatın və artım tempinin azalması şəraitində iqtisadi artım təmin olunub. 2026-cı ilin yanvar-avqust aylarınd
24.09.2026 221 Ukrayna və İran məsələlərində diplomatik kanallar niyə önəmlidir?
ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında təmaslar Ukrayna müharibəsi və İran ətrafındakı gərginlik fonunda diqqət çəkir. Bu görüşlərdən dərhal yekun siyasi razılaşma gözləməkdənsə, Vaşinqton və Moskva arasında diplomatik kanalların açıq saxlanılması baxımında
24.09.2026 235 Altı ay yolu bağlanan qəsəbə: Sakinlər qışa necə hazırlaşırlar?
Alyaskanın kiçik İql qəsəbəsində payızın gəlişi təkcə sərt soyuqlara hazırlıq demək deyil. Sakinlər qışda avtomobil yolu keçilməz hala düşdüyü üçün təxminən altı aylıq ərzaq ehtiyatı da toplamalı olurlar. xarici mediaya istinadla xəbər verir ki, qəsəbədə yaşayan Oliviya Consun ailəsinin qış hazırlığında
24.09.2026 257 SƏHV KARTA pul göndərdiniz? - Pulu qaytarmağın qanuni yolu
Mobil bankçılıq gündəlik ödənişləri bir neçə saniyəyə həll edir. Lakin telefon nömrəsinin səhv seçilməsi, kart rəqəmlərindən birinin yanlış yazılması və ya adları oxşar olan şəxslərin qarışdırılması pulun tamam başqa adama göndərilməsi ilə nəticələnə bilər. Belə anda insanların ilk reaksiyası banka zən
24.09.2026 297 Qızıl bahalaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 5,6 dollar artaraq 4 324 dollar təşkil edib. Bizim.Media xəbər verir ki, gümüş isə 0,35 dollar azalaraq 64,62 dollara bərabər olub
24.09.2026 176 "İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq"
Aparıcı Aytən Səfərova gündəlik xərclər və insanların bahalı telefon almağa üstünlük verməsi barədə danışıb. Axşam.az xəbər verir ki, aparıcı bu sözləri "Xəbər ertəsi" proqramında səsləndirib. A.Səfərova bildirib ki, insanlar bəzi xərclərdən narazılıq etsələr də, bahalı telefon almaqdan çəkinmirlər:
24.09.2026 290