Çörək və ətdən imtina: sağlam seçim, yoxsa yanlış tendensiya? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Çörək və ətdən imtina: sağlam seçim, yoxsa yanlış tendensiya? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illərdə dieta saxlamaq bir çox insan üçün gündəlik həyat tərzinə çevrilib. Xüsusilə sürətli arıqlama istəyənlər arasında çörək və ət məhsullarının birdən-birə rasiondan çıxarılması geniş yayılıb. Sosial şəbəkələrdə və müxtəlif mənbələrdə yayılan "tez nəticə" vədləri isə insanların qidalanmaya daha radikal yanaşmasına səbəb olur. Lakin belə kəskin dəyişikliklərin həqiqətən nə dərəcədə düzgün olduğu sual doğurur.

Bir çox hallarda qida rasionunun əsas komponentlərinin tamamilə çıxarılması balansın pozulmasına gətirib çıxara bilər və bu da uzunmüddətli nəticələr baxımından müzakirə mövzusudur. Bu səbəbdən son vaxtlar müzakirələr daha çox ondan ibarətdir ki, dieta "qadağalar sistemi" yox, daha çox düzgün qidalanma vərdişlərinin formalaşdırılması kimi başa düşülməlidir.
Çörək və ətdən imtina: sağlam seçim, yoxsa yanlış tendensiya? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, arıqlamaq üçün müraciət edənlərə bir çox dietoloqların verdiyi əzbər məsləhətlər var. Çörəyi kəs, əti dayandır çəkin azalacaq. Onun sözlərinə görə, amma məsələ bir qədər mürəkkəbdir: "Çörək və ət qruplarının qida rasionundan tamamilə çıxarılması, orqanizmin biokimyəvi tarazlığını pozan, əzələ itkisinə və mikroelement çatışmazlığına səbəb olan radikal bir yanaşmadır. Problem çox vaxt konkret məhsulda deyil. Onun miqdarında və ümumi qidalanma balansındadır. İlk olaraq çörəkdən başlayaq. Çörək orqanizm üçün əsas enerji mənbələrindən biri olan karbohidrat verir. Tamamilə çörəyi çıxarmaq bəzi insanlarda qısa müddətdə çəki azalmasına səbəb ola bilər. Çünki gündəlik kalori miqdarı azalır. Amma bu hər kəs üçün davamlı və sağlam nəticə vermir.

Əgər çörəyi tam kəsiriksə, xüsusilə də digər karbohidrat mənbələrini də azaldırıqsa, bir müddət sonra bizdə halsızlıq, tez yorulma, diqqət dağınıqlığı, əsəbilik kimi hallar yarana bilər. Çünki beyin əsas enerji mənbəyi kimi qlükozadan istifadə edir. Burada söhbət şəkərdən getmir. Ümumi karbohidrat balansından gedir.

Digər tərəfdən, bütün çörəklər də eyni deyil. Ağ undan hazırlanmış, çox emal olunmuş çörəklərlə tam taxıllı, ya çovdar çörəyi arasında fərq var. Lifli çörəklər daha uzun toxluq hissi verə bilir. Həmçinin qan şəkərinin daha sabit qalmasına kömək edir.

Ətlə bağlı deyə bilərəm ki, burada da tamamilə dayandırmaq düzgün yanaşma deyil. Ət yüksək keyfiyyətli zülal, dəmir, B12 vitamini və sink mənbəyidir. Xüsusilə B12 vitamini əsasən heyvani məhsullarda olur. Ət uzun müddət plansız şəkildə rasiondan çıxarılanda bəzi insanlarda dəmir çatışmazlığı, yorğunluq, əzələ itkisi və B12 defisiti yarana bilər. Bu o demək deyil ki, hər gün çox miqdarda qırmızı ət yemək lazımdır. Əksinə, hər zaman olduğu kimi balans vacibdir. Həddindən artıq işlənmiş ət məhsulları olan kolbasa, sosiska və oxşar məhsullar sağlam seçim deyil. Amma keyfiyyətli, normal porsiyada qəbul edilən ət bir çox insan üçün problem yaratmır.

Deyək ki, vegetarian qidalanmaya keçmək istəyirsiniz. Bu zaman rasion ciddi planlaşdırılmalıdır. Paxlalılar, yumurta, süd məhsulları, qoz-fındıq, digər alternativlər düzgün qurulmasa, qida çatışmazlığı riski artır.

Əslində çəki azaltmaqda əsas məsələ bir məhsuldan tamamilə imtina etmək deyil. Sağlam çəki atmaq istəyən hər birimiz bilməliyik ki, möcüzəvi bir qida yoxdur. Qadağalar üzərində qurulan dietalar müvəqqətidir. Daha vacib olan ümumi qidalanma davranışıdır. Bura porsiya ölçüsü, gündəlik hərəkətlilik, şəkərli və çox emal olunmuş məhsulların miqdarı, yuxu rejimi və davamlılıq daxildir. Əsas prinsip rəngli və balanslı boşqab modelidir. Boşqabınızın yarısı tərəvəz, dörddə biri keyfiyyətli protein olan ət, balıq, yumurta ola bilər. Digər dörddə biri isə mürəkkəb karbohidratlar olan tam taxıllı çörək, ya qarabaşaq olmalıdır.

Çörəyi rasionumuzdan tam çıxarıb arıqlaya bilərik. Başqa biri isə çörək yeyə-yeyə də çəki idarə edə bilər. Unutmayaq ki, orqanizm hamıda eyni reaksiya vermir. Ona görə də sərt qadağalardan çox, uzun müddət davam edə biləcəyimiz balanslı yanaşma daha real nəticə verir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1179   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sonsuzluğun əsas səbəbləri açıqlanıb: "Qadınlar daha gec ailə qururlar"

"Müasir dövrdə sonsuzluğun artmasının səbəbləri daha çox iki əsas faktorla əlaqələndirilir. Birinci səbəb qadınların sosial həyatda daha aktiv iştirak etməsidir. Çünki hazırda evlilik yaşı əvvəlki illərlə müqayisədə 5-10 il irəliləyib. Artıq qadınlar daha çox 30 yaşdan sonra ailə qururlar"

11:46 206
.

Uşaqlar məktəbin qarşısında paylanılan konfetdən zəhərlənib? - Açıqlama

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra onların zəhərlənməsi barədə səs yazısı yayılıb. DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqin

14:14 284
.

"Artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir"

"Bizim Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq bəyannamələrimiz, müqavilələrimiz var". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki

17:45 55
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

18:15 1
.

"Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb"

"Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir". APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regiona

13:26 148
.

Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA

"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma

14:05 167
.

"Olimp Hospital"da əməliyyat olunan 44 yaşlı kişi öldü

Bir neçə gün əvvəl Bakı şəhər Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Eynur Səfərov bu özəl klinikada əməliyyat olunub. Xəstəxanada onu

17:12 93
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

17:39 75
.

Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir. Satıcılar bildirirlə

11:38 205
.